Sual: Mən çıxılmaz vəziyyətə düşmüşəm. Bəzən ancaq Quranı qəbul etməyi fikirləşirəm. Amma Quranda necə namaz qılmalı olduğumuz belə, izah edilmir. Suallarıma cavab tapa bilmirəm. Mən hər şeyi tam formada yerinə yetirmək istəyirəm. Hətta bu səbəbə görə bütün Quranı əzbərlədim. Sonra hədisləri əzbərləməyə başladım amma bunu yarımçıq saxladım. Çünki hədislər Quran ayələri kimi bir neçə min ədəd deyil. Onlardan yüz minlərləsi var. Ətrafımda məni istiqamətləndirən bir nəfər də yoxdur. Allah Təala Quranda deyir ki, kim təqvalı olsa, Allah ona bir çıxış yolu verər. Mən təqvalı bir həyat yaşamaq istəyirəm. Və inanıram ki, mənim kimi təqvalı həyat yaşamaq istəyən bir çox insan var. Ancaq sizin vebsaytlarınız ədalət baxımından çox da təqva deyil. Siz təqva və mistikliyə meylli insanlarla əlaqədar bir vebsayt hazırlaya bilərsinizmi? Əgər belə bir şey olsa, mənə elə gəlir ki, bu cür insanların təriqətlərin bataqlığına düşməsinin qarşısını da müəyyən mənada almaq olar. Çünki ilahiyyatçılar İslam dinini çox pozitiv və rasional şərh edirlər. Sanki ürək və könül məsələlərinə toxunmurlar. Təriqətlər də bu vəziyyətdən istifadə edib özlərinə tərəfdar tapırlar.
Cavab: Quran təbiət kimidir. Onun meyvələrindən yeyər, sularından içərsiniz amma çörək yemək istəsəniz, buğdanı əkən, biçən, təmizləyən, un halına gətirən, unu sobaya bişirməyə aparan, çörəyi bişirən və sizə satan insanların olmasına ehtiyac hiss edərsiniz. Bu cür şeylər müəyyən mənada qabiliyyət və ixtisaslaşma tələb edir. Siz çörəyə baxmaqla onun necə hazırlandığını başa düşməzsiniz.
Hədislər də çörək kimidir. Onları peyğəmbərimiz (ə. s.) hazırlayıb. Necə hazırlandığını sadəcə olaraq bir mütəxəssis heyəti anlaya bilər. Namazın necə qılınmalı və neçə rükətdən ibarət olması məsələsi də Quranda vardır; lakin onu oradan çıxarıb anlamaq mütəxəssislərin bacara bildikləri bir işdir. Bu iş eynilə qızıl çıxarmaq kimidir.
Ən böyük təqva Allahın buyuruqlarına tabe olmaq və qadağalarından uzaq durmaqdır. Bizim saytlarımız bu məsələdə hər hansı bir şeyi əksik qoymayıb.