Müsəlmanlar
Həyat yoldaşım müsəlman oldu. Birbaşa Cənnətə gedəcək?

Həyat yoldaşım müsəlman oldu. Birbaşa Cənnətə gedəcək?

Sual: Mənim həyat yoldaşım xristian idi. Mən onu müsəlman etdim. O, İslamın və imanın şərtlərini qəbul etdi. Belə olan halda, mənim özümün və həyat yoldaşımın Allah yanında vəziyyəti necə olacaq? O birbaşa Cənnətə gedəcək?

Cavab: Peyğəmbərimiz (s. a. v.) həzrəti Əliyə belə deyib:

“Bir şəxsin sənin əlinlə müsəlman olması dünyadan və dünyada olan hər şeydən daha xeyirlidir (üstündür)”.

Allah Təala bildirib ki, əhli-kitabdan olan yəhudi və xristianlar müsəlmanlığı qəbul etdikləri vaxt ikiqat savab qazanırlar. Bununla əlaqədar olaraq Qurani-Kərimdə belə deyilir:

“Qurandan əvvəl kitab verilmiş kimsələr Qurana inanacaqlar. Onlara Quran oxunduğu vaxt belə deyərlər: ”Biz ona inandıq. Çünki bu, bizim Rəbbimizdən gələn doğrunun məhz özüdür. Biz bundan əvvəl də Allaha təslim olmuşduq”. “Budur, onların əvəzləri (mükafatları) səbirli olduqlarına görə ikiqat verilir. Onlar pisliyi yaxşılıqla  qarşılayırlar. Onlara ruzi olaraq verdiklərimizlə başqalarını da doyururlar”. (Qəsəs, 28/52-54)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.