Müsəlmanlar
Teatrda müxtəlif cildlərə girmək günahdır?

Teatrda müxtəlif cildlərə girmək günahdır?

Sual: Qadınların teatrda kişi sifətinə (pal-paltarını dəyişdirmək, makiaj, qrim və sairə ilə) bürünməyi günahdır? Yəni, onlar hədisdə deyildiyi kimi kişiyə oxşamış olarlar?

Cavab: Bəzi hədislərdə xəbərdarlıq edilir ki, qadınlar kişilərə, kişilər də qadınlara oxşamasın. Lakin bunlar həyat tərzi ilə əlaqədar şeylərdir. Yəni, qadınların eynilə kişilər kimi geyinib onlar kimi hərəkət etməyə çalışması, ya da kişilərin qadınlar kimi geyinib onlar kimi rəftar etməsi kimi şeylərdir.

Qeyd edək ki, zarafat, əyləncə, şənlik, teatr və sairə kimi oyunlarda müşahidə olunan şeylər bu qadağana daxil deyil. Bunlar mübah əyləncələrdir. Başqa sözlə, belə şeylər günah deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.