Müsəlmanlar
Camaat namazında cərgələr və qabaq səfdən arxa cərgəyə çəkilmək

Camaat namazında cərgələr və qabaq səfdən arxa cərgəyə çəkilmək

Sual: Məsciddə namaz qılınırdı. Özümü camaata çatdıra bilmədim. Birinci cərgə tamamilə dolu idi. Arxada isə heç kəs yox idi. Belə olan halda, birinci cərgədən ikinci cərgəyə, yəni, öz yanıma hər hansı bir kəsi necə çəkə bilərəm?

Qabaq cərgədə yer qalmadığına görə arxada tək başına namaz qılmaq məcburiyyətində qalan şəxs haqqında müxtəlif fikirlər mövcuddur.

A) İmam Şafiinin fikrincə həmin adam namazını qabaq cərgədən kimi isə öz yanına çəkmədən qılar. Çünki əgər qabaq cərgədən kimi isə yanına çəksə, hər şeydən əvvəl o adamı qabaq cərgədə namaza durmağın fəzilətindən məhrum etmiş olur. Əlavə olaraq, həmin cərgədə bir boşluq yaranmağına səbəb olur. Bu baxımdan namazı tək başına qılar.

B) İmam Malikin fikrinə əsasən cərgələrin arxasında namaz qılan şəxsin namazı səhihdir. Qabaq sıradan kimi isə öz yanına çəkməyinə ehtiyac yoxdur. Əgər çəksə, çəkilən adam həmin adama tabe olmamalıdır.

C) Bəzi alimlər belə hesab edirlər ki, qabaq cərgədə duran bir kəsi arxaya çəkmək həmin adama zülm etmək deməkdir.

D) Hənəfi məzhəbinə əsasən həmin adam imam (pişnamaz) rüku üçün əyilmək istəyənə qədər kiminsə bayırdan gəlməyini gözləməlidir. Heç kimin gəlməyəcəyini başa düşdükdə isə imam rükuya getməzdən əvvəl qabaq cərgədən bir nəfəri yanına dartıb namazını qılmalıdır. Bu hərəkəti ilə bir növ hədisdə bildirilənlərə tabe olur.

Şafii alimlərinin əksəriyyətinin fikrincə belə bir vəziyyətlə üz-üzə qalan adam namaza durduqdan sonra qabaq cərgədən bir nəfəri öz yanına çəkir. Çəkilən adam da çəkənin istəyinə tabe olmaqla böyük savab qazanır.

Qeyd edilir ki, hökm bu cür olsa da, dövrümüzün insanlarının bunu bilməməsi və tətbiq edilməsindən irəli gələn problemlər də nəzərə alınaraq cərgədə tək başına namaz qılmaq mümkündür.

Neməti-İslam müəllifi mərhum Mehmed Zihni Əfəndinin aşağıdakı qiymətli sözləri də unudulmamalıdır:

“Tək durmaq daha yaxşıdır. Çünki camaatın çoxunun namaz məsələlərini bilmədiyinə görə çəkilən adamın namazına xələlə gələ bilər”.

MƏNBƏ: Sünəni-Əbu Davud Tərcümə və Şərhi, Hüseyin Kayapınar, Necati Yenel, Necat Akdeniz, Şamil Yayınevi, 3-cü cild, s. 47-48.