Müsəlmanlar
Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər?

Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər?

Sual: Deyilənə görə məlum olan üç aydan (Rəcəb, Şaban, Ramazan ayları) birində rəhmətə gedənlər axirətdə haqq-hesab edilmir və sorğu-suala tutulmurlar. Bu söz düzdür?

Cavab: Xeyr, belə bir şey yoxdur. Bu barədə deyilənlər düzgün deyil. Elə bir kəs yoxdur ki, Qiyamət günü Allah dərgahında haqq-hesab edilməsin və sorğu-sual olunmasın. Hətta peyğəmbərlər də buna daxildir. Bu, həqiqətdir. Məsələ ilə əlaqədar Quran ayələrindən bəziləri belədir:

“Əlbəttə, Biz peyğəmbər göndərilən kəsləri də, göndərilən peyğəmbərlərin özlərini də mütləq haqq-hesaba çəkəcəyik!” (Əraf, 7/6).

“Siz etdiyiniz əməllərdən qəti surətdə sorğu-sual ediləcəksiniz” (Nəhl, 16/93).

“Bu Quran həm sənə, həm də millətinə gözəl bir addır, şərəfdir. Gələcəkdə ondan sorğu-sual ediləcəksiniz” (Zuxruf, 43/44).

“Sonra o gün nemətlərdən haqq-hesab olunacaqsınız” (Təkasur, 102/8).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.