Müsəlmanlar

Şeytan olmasaydı dünyada imtahan olardımı?

Sual: Əgər İblis, səcdə əmrini yerinə yetirsəydi, dünyada imtahan deyə bir şey olacaqdımı?

Cavab: İmtahan, təkcə İblisə görə hazırlanmayıb. İblis olsaydı da olmasaydı da səcdə etsəydi də etməsəydi də Allah imtahanı həm mələklər həm də Adəm və övladları üçün hazırlamışdır.

Adəmi cənnətə yerləşdirdikdən sonra da imtahan orda davam edir. Allah ona:

Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə yerləş. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”. (Əraf, 7/19)

Lakin, İblis onu qandırır və bu dəfə də Adəm imtahandan keçə bilmir. Allahın (dünyada) yerləşdirdiyi cənnət (bağ) məqamından və imkanlarından məhrum qalır. Nəticədə Adəm, səhvini başa düşüb tövbə etdiyi üçün İblis kimi (lənətlənib/uzaqlaşdırılıb) cəzalandırılmır.

İmtahan, Adəm övladlarından son insana qədər yəni, qiyamətə kimi davam edəcəkdir. İblis bu imtahanın təkcə bir tərəfidir. İnsan, eyni zamanda nəfsinin, düşüncələrinin və özündə olan hər cür xüsusiyyətlərinin pis və yaxşı yönləriylə imtahan edilir.

Sualınız: “Süleymaniyə Vəqfi Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/5585.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.