Müsəlmanlar
Bir müsəlman manekenliyi özünə peşə seçə bilər?

Bir müsəlman manekenliyi özünə peşə seçə bilər?

Sual: Mən bu yaxınlarda manekenliklə (model, mannequin) əlaqədar bir iş təklifi aldım. Mən özüm bu təklifi qəbul etmək istəyirəm. Amma evdə söz-söhbət yaranır. Ailə üzvləri bu işi görməyin günah olub olmadığı barədə mübahisə edirlər. Əgər həmin işə başlasam, yəni, manekenlik etsəm, qazandığım pul mənə halal olar?

Cavab: Müsəlman bir kişi və qadın ancaq və ancaq Allahın halal hesab etdiyi formada pul qazanmalıdır. Deməli, bir müsəlman qumar oynamaqla, yaxud da qumar oyunu təşkil etməklə, eləcə də içki, donuz əti və sairə kimi haram şeylər sataraq pul qazana bilməz. Eynilə bunun kimi, müsəlman bir insan öz bədəninin başqalarının qabağında açılması qadağan olan naməhrəm hissələrini nümayiş etdirərək pul qazana bilməz. Bu, haramdır!

Buna görə də siz iş təklifini və ailə üzvlərinizin narahatlığını halal-haram baxımından təhlil etdikdən sonra bir qərara gəlməlisiniz. Halal yollarla pul qazanmaq mümkün olduğu halda, əsla Allahın qadağan etdiyi yollardan pul qazanmaq fikrinə düşməyin. Unutmayın ki, naməhrəm yerlərinizi açmadan və açanlarla birlikdə olmadan da işləyə bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.