Qurana görə Tövratda və İncildə göstərilən son nəbinin xüsusiyyətlərindən biri də “ümmi” olmasıdır:
الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِنْدَهُمْ فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ
“Onlar, ümmi nəbi olan bu Rəsula tabe olan kəslərdir. Bu nəbinin xüsusiyyətlərini Tövratda və İncildə yazılı görürlər.” (Əraf, 7/157.)
Ayəyə görə həm Tövrat həm də İncildə gələcəyi gözlənilən nəbinin ümmi olacağı məlumatı yer almaqdadır. Bu məlumatın Tövratda nə cür yer aldığıyla əlaqəli əvvəlki məqalələrimizdə bəhs etdik.[1] Bu araşdırmamızda isə ayənin İncildəki qarşılığından bəhs edəcəyik. Quran, İsanın (ə.s.) nəbimizi müjdələməsilə əlaqəli belə buyurmaqdadır:
“Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.” (Saff, 61/6)
İncildə nəbimizin müjdələnməsi mövzusunda müsəlmanlar ümumiyyətlə Yuhanna İncilində yer alan “Paraklitus” pasajlarından irəli keçə bilməmişlər. Tərtib edilmiş ən qədim təfsir olaraq qəbul edilən Mikatil b. Süleymanın təfsirində Saff 6-cı ayəsində keçən “ismuhu Əhməd” ifadəsini tək bir cümlə ilə belə izah edirlər; “Süryanicə Faraklitadır.”[2] Bu görüş son dərəcə problemlidir.
Müfəssirlərin İncildə nəbimizlə əlaqəli “Paraklitus” kəlməsi xaricində heç bir izahat verə bilməmələri, bu mövzuda müsəlmanların nə qədər laqeyid və uğursuz olduqlarının acı bir işarəsidir.
Halbuki, “Paraklitus” pasajları olmasa belə, digər İncillər nəbimizi geniş şəkildə vəsf etməkdə və müjdələməkdədir. Əslində bu kəliməyə heç ehtiyac da yoxdur.
İsa əleyhissəlam, Saff surəsinin 6-ayəsində ifadə edilən cümləni, gizli və ya təkcə öz həvarilərinə deyil, bütün İsrailoğullarına geniş bir meydanda elan etmişdi. Bu elan “Betha Mikdas/Beytül Məqdis Möüzəsi” olaraq tarixə keçmişdir. Bu möüzədə, içində yəhudi alimləri də olmaqla on minlərlə insan iştirak etmişdir. Qüdsdə beytül Məqdisin içində Yəhudi din xadimlərinə və xalqına deyilən bu möüzədə İsa əleyhissəlam, gələcək nəbiylə əlaqəli çox şey söyləyir. Bu möüzədə işlədilən cümlələr və həmçinin Qurani Kərimin yol göstəriciliyi araşdırmamızı asanlaşdırmış və mövzumuzu daha da aydınlatmış oldu.
Müsəlmanların belə bir həqiqəti gözardı etmiş olmalarına daha doğrusu heyrət edirik. Şübhəsiz ki, bunun ən böyük səbəbi Qurandan uzaqlaşan ümmətin onlarla ayədə ifadə edilən “təsdiq” qavramına əhəmiyyət verməməkləri və hətta bu həqiqəti inkar etməkləridir.
İsa əleyhissəlamın möüzələrində diqqət edəcəyimiz xüsus; danışdığı şeylərə təmsillər, məsəllər qataraq insanlara çatdırmasıdır. Onun bu xüsusiyyəti, daha əvvəl Tövratda qeyd edilmiş bir vəsfi idi:
“İsa, bütün bunları xalqa təmsillərlə çatdırdı. Təmsilsiz onlara heçbir şey deməzdi. Bu, daha əvvəl nəbiylə əlaqəli bildirilən söz yerinə gəlsin deyə oldu: “Ağzımı məsəllər gətirərək açacağam, dünyanın quruluşundan bəri gizli qalmış sirləri dilə gətirəcəyəm.” (Matta, 13:34-35.)
İndi gələcək nəbiylə əlaqəli İsa əleyhissəlamın gətirdiyi təmsilləri sizə təqdim etməyə çalışacayıq:
Köşənin Baş Daşı
İsa əleyhissəlam, Beyti Məqdisə girəndə çevrəsindəki camaata və Yəhudi din xadimlərinə bu təmsillə səslənir:
“(İsa belə dedi) Bir təmsil daha dinləyin!
Torpaq sahibi bir adam, bağ yetişdirir, çevrəsini hasarlayır və bir də gözətçi qüləsi tikir. Sonra bağı bağbanlara kiralayıb səfərə çıxır. Hasad vaxtı yaxlaşanda, məhsulun özünə düşən payından alması üçün bağbanlara öz nökərlərini göndərdi. Bağbanlar, adamın nökərlərini tuturlar və birini döyür, birini öldürür, o birini də daşlayırlar. Bağ sahibi bu dəfə əvvəlkindən çox nökər göndərir. Bağbanlar bunlara da eyni şeyi edirlər. Sonunda bağ sahibi
“Oğlumu sayarlar”[3] deyə, bağbanlara onu yollayır. Amma bağbanlar, adamın oğlunu görəndə bir birlərinə, “Mirasçı bu; gəlin, onu öldürüb mirasını ələ keçirək”- dedilər. Beləliklə, onu tutdular və bağdan atıb öldürdülər. Bu vəziyyətdə bağın sahibi gəldiyi zaman bağbanlara nə edəcək?” İsaya belə cavab verdilər: “Bu dəhşətli adamları dəhşətli şəkildə həlak edəcək; bağı da məhsulunu da özünə vaxtında verəcək olan başqa bağbanlara kiralayacaq.” İsa onlara sual etdi: “Müqəddəs mətnlərdə bu sözləri heç oxumadınızmı?
“İnşaatçıların rədd etdiyi daş,
Elə köşənin baş daşı oldu.
Bu səbəblə sizə deyim ki, Tanrının hakimiyyəti sizdən alınacaq və bunun məhsullarını yetişdirən digər millətə veriləcək.” Kahinlər və Ferisilər, İsanın təmsillərini eşidəndə bunların özləri haqqında deyildiyini başa düşdülər. Onu tutmaq istəsələr də xalqın təzyiqindən çəkindilər. Çünki xalq, onu elçi sayırdı.” Matta 21:33-46.
Təmsildə verilən xarakterləri incələyək:
Bağ sahibi: Uca Allah
Bağ: Kitab, hikmət və nübüvvət.
Bağ kiracıları: İsrailoğulları
Bağ sahibinin nökərləri: Nəbilər
Bağ sahibinin oğlu: İsa əleyhissəlam
Təmsilin başında İsa əleyhissəlamın anlatdığı budur:
Uca Allah, İsrailoğullarına böyük bir nemət bəxş edərək, onlara Kitab və Hikmət verir. Əmrlərinə və qadağalarına layiqi şəkildə rəayət edəcəklərinə dair onlardan söz alır. Ancaq İsrailoğulları əllərindəki nemətlərin qədrini bilməyincə, Allah nəbilər göndərərək onları dəfələrlə xəbərdar edir. Amma yenə də İsrailoğulları nəbilərə pis davranır. Allah, sonra Tövratda da əvvəlcədən müjdələnən İsa əleyhissəlamı göndərir. Ancaq İsrailoğulları onu da yalanlayırlar.
Bunun üzərinə İsa əleyhissəlam, oradaki din xadimlərinə soruşur;
“Bağ sahibi bağını əmanət etdiyi bu adamlara nə edəcək?”
İsrailoğullarının irəli gələnləri öz dilləriylə bunu etiraf edirlər; bağı da məhsulunu da özünə vaxtında verəcək olan başqa bağbanlara kiralayacaq.”
İsrailoğulları, Allahın sünnəti ecabı belə olmasını bildikləri üçün istəmədən də olsa bu cavabı verirlər. Allahın bu mövzudakı sünnətinin nə olduğu Quranda da xəbər verilmişdir.[3]
Ardından İsa əleyhissəlam, “Bu səbəblə sizə deyim ki, Tanrının hakimiyyəti sizdən alınacaq və bunun məhsullarını yetişdirən digər millətə veriləcək.” Bu ifadə, gələcək olan nəbinin artıq İsrailoğulları içindən çıxmayacağını da bildirməkdədir.
Bəs bu nəbi hardan çıxacaq?
Bunu da İsa əleyhissəlam, Tövratda nəbimizi müjdələyən pasajlardan onlara xatırladır:
“İnşaatçıların rədd etdiyi daş,
Elə köşənin baş daşı oldu. (Məzmurlar 118:22.)
İnşaatçıların rədd etdiyi daş, İsmayıl əleyhissəlamın nəsli olan Ərəblərdir. Köşənin baş daşı olması, son kitab olan Quranın onlara veriləcək olmasıdır. Bu daşın kimi və hansı bölgəni təmsil etdiyi Tövratda başqa bir bölümdə izah edilməkdədir:
“Bu səbəblə Uca Rəbb deyir ki, “Beləcə Siyona sağlam təməl olaraq bir daş, yoxlanmamış bir daş, dəyərli bir köşə daşı yerləşdirirəm. Ona güvənən məğlub olmayacaq.” Yeşaya 28:16.
Köşə daşı olacaq bu daşının Siyona yerləşdirildiyi söylənməkdədir. Bəs Siyon haradır? Bunu yenə Tövratdan öyrənə bilərik:
“Sənin evində oturanlar nə xoşbəxtdir, səni daim ucaldırlar! Nə xoşbəxdir o insan ki, gücünü Səndən alır! Ağlı daim Siyonu ziyarət etməkdə. Bəkkə vadisindən keçəndə, çeşmə başına çevirirlər oranı, ilk yağmurlar oranı bərəkətə boğar. Getdikcə güclənir, Siyonda Allahın huzuruna çıxarlar.” Məzmurlar, 84:4-7.
Yuxarıdakı pasajda “Allahın evi”, “Bəkkə Vadisi” və “Siyon” adları keçməkdədir. Bəkkə vadisindən keçənlərin Siyonda Allahın huzuruna çıxdığı söylənməkdədir. O halda Siyon, Beytullahın olduğu Məscidi-Haram bölgəsi olmalıdır. İnşaatçıların rədd etdiyi daşın da İsmayılın nəsli olduğunu təsdiqləməkdədir.
Bütün bu məlumatlar, gələcək olan nəbinin Ərəblər, yəni ümmilər içərisindən çıxacağını göstərməkdədir. İsrailoğulları, İsa əleyhissəlamın verdiyi bu məlumatları çox yaxşı başa düşdükləri üçün onu orada həps etmək istəmişlər. Ancaq xalqın təzyiqindən qorxaraq, ona bir şey edə bilməmişlər.
Daha da əhəmiyyətlisi “köşənin baş daşı” olma vəsfinin Qurandakı “Əhməd (ən tərifli) qavramı ilə üst-üstə düşməsidir. Hər nəbi, “tərifəlayiq” olma yönündə eynidir. Çünki, onlar insanlar arasından Allahın seçdiyi şəxslərdir. Ancaq bu xüsusiyyət, ismi-təfdil qəlibiylə “Əhməd/ən tərifli” şəklində təkcə son nəbimizə gəlməkdədir. Bu da onun “köşənin baş daşı” olmasından qaynaqlanmaqdadır. Bir divarın hər daşı əhəmiyyətlidir. Lakin, təkcə bir dənəsi “köşənin baş daşı” olma şərəfinə sahib olur.
İradlar və Hədis
İmanı zəif olan bəzi Quran yorumcuların (!), Əraf 157-ci ayədə keçən “onu əllərindəki Tövrat və İncildə görürlər” həqiqətinə göz yummaqla qalmayıb, “neçə dənə İncil var, hansında görəcəklər” deyə, lağyana sözlər sərf etməkləri çox üzücü bir haldır. Hər şey açıq şəkildə ortadadır ki, İsa əleyhissəlamın beyti Məqdisdə irəli gələn Yəhudi alimlərinə çatdırdığı bu məlumat Matta, Markos və Luka İncillərində ittifaqla yer almaqdadır.[4] Yəni, hansı İncilə baxarsanız baxın, nəbimizlə əlaqəli həqiqətlər qarşınıza çıxmaqdadır.
Nəbimizin bu mövzuyla əlaqəli aşağıdakı hədisi də buraya qədər verdiyimiz izahatları xülasələşdirməkdədir:
“Mənimlə məndən əvvəlki nəbilərin misalı, çox gözəl bir bina inşa edən adamın misalı kimidir. Binanın təkcə köşələrinin birində bir kərpic yeri boş qalmışdır. İnsanlar heyranlıqla bu evi dolaşanda əksikliyi görüb “bu əksik parça tamamlanmayacaqmı?”- deyə soruşurlar. Elə əksik olan, o parça mənəm; Mən, nəbilərin sonuncusuyam.” (Buxari, “Mənakib” 18; Müslüm, “Fədail” 20 vd.)
İsa əleyhissəlamın Camaata Son Sözləri
İsa əleyhissəlam, Beyti Məqdis içində bu möüzəsinin sonunda yenə çox mühüm bir şey deyir:
“Ey Yerusəlim! Peyğəmbərləri öldürən, göndərilən elçiləri daşlayan Yerusəlim! Toyuq cücələrini qənədləri altına topladığı kimi mən də sənin uşaqlarını toplamaq istədim, amma siz istəmədiniz. Baxın, eviniz (Beytiniz) kimsəsiz buraxılacaq! Sizə bunu deyim: “Rəbbin adıyla gələnə həmd olsun!” deyəcəyiniz zamana qədər məni bir daha görməyəcəksiniz.” (Matta 23:39)
İsa əleyhissəlam, bu son sözündə dörd mühüm şeyə işarə edir:
Birinci; “eviniz (Beytiniz) kimsəsiz qalacaq” deyərək, İsrailoğullarının əlindən təkcə nübüvvət alınmayacaq, eyni zamanda Beyti Məqdisin də qiblə olma xüsusiyyətini itirəcəyini xəbər verir.
İkinci; İsa əleyhissəlam burada “Rəbbin adıyla gələn” deyə birindən bəhs edir. İsanın bu ifadəni işlətməsi təsadüfü deyil. Bu qavram, Yəhudilərin zehnində bir məna kəsb edir. “Rəbbin adıyla gələn” adam Tövratda da bəhs edilən biridir. Həm də “köşə daşı” pasajlarında yer alan babda.
“Ucalsın Rəbbin adıyla gələn! Ucaldırıq sizi Rəbbin evindən.” Məzmurlar 118:26.
Rəbbin adıyla gələn adam “Rəbbin beytində” yəni “Beytullah”da olan adamdır. Quranın nazil olan ilk ayəsinin də “Oxu, yaradan Rəbbinin adıyla” təsdiq yönündən son dərəcə əhəmiyyətlidir. Çünki, əhli Kitab belə bir nəbini gözləyirdi. Təkcə Quranın bu ayəsini eşidən əhli Kitab mənsubu Muhəmməd əleyhissəlamın gözlədikləri “Rəbbinin adıyla gələn” şəxs olduğunu başa düşəcəkdi.
Üçüncü; İsa əleyhissəlam, “Rəbbin adıyla gələn” şəxsin, insanların “Həmd olsun” deyəcəyi adam olacağını xəbər verir. Bu da “həmdedilmiş” mənasındakı “Muhəmməd” sifətinə uymaqdır.
Dördüncü; İsa əleyhissəlam, “o zamana qədər məni bir daha görməyəcəksiniz.” Deyərək, gələcək olan bu şəxsin özündən layiqi şəkildə bəhs edəcəyini xəbər verməkdədir. Həqiqətən də Quran nazil olana qədər İsrailoğulları, İsa əleyhissəlamdan yaxalarını qurtardıqlarını düşünürdülər. Ancaq İsa əleyhissəlamla əlaqəli həqiqətlərin və İsrailoğullarının ona qarşı pis davranışlarının açıq aydın göstərildiyi ayələr Muhəmməd əleyhissəlama nazil olanda, İsa əleyhissəlam təkrar qarşılarına çıxmış oldu.
Nəticə etibarilə təsdiq yönündən Xristianların əllərindəki mövcud İncillər incələnəndə çox mühüm məlumatlar əldə edirik. Müsəlmanlar, Quranın rəhbərliyində hərəkət etmək əvəzinə bu gün hələ möcüzəvi şəkildə zühur edəcək “qeyb olmuş orijinal İncil” gözləməkdədir. Bu zehniyyətdəki bir kütləni Allah əsla müvəffəq eləməz.
Tədqiqatçı Müəllif: Vədat Yılmaz.
Mənbə:
[1] Bax: Kitap ve Tadik programı “Tövratta Muhamməd” bölümləri.
[2] Mikatıl b. Süleyman, Təfsirul Kəbir, İşaret yay., c.4, s. 214.
[3] İncildə “Oğul, Ata” ifadəsi “sevgili, yaxın” mənasında hər nəbi üçün işlədilir. Quranda bir anlamda “Vəli” kəliməsinin qarşılığıdır. “Mən sizə deyirəm ki, düşmənlərinizə, sizə zülm edənlərə (islah olmaları üçün) dua edin. Elə ki, göylərdəki Atanızın oğulları olasız. Çünki O, günəşini həm pislərin həm də yaxşıların üzərinə doğdurur; yağışını həm doğruların həm də əyrilərin üstünə yağdırır.” (Matta, 5:44-45.)
[4] “Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, Allah da onların yerinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə dönməz olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah, imkanları Geniş, hər şeyi Biləndir.” (Maidə, 5/54).
[5] Matta 21:33-41; Markos 12:1-9.; Luka 20:9-16.