Sual: Bir çox Quran tərcümələrində Bəqərə surəsinin 275-ci ayəsində belə bir ifadəyə rastlayırıq: “Faiz yeyənlər, qəbirlərindən şeytan toxunmuş/çarpmış kimi qalxarlar”. Bu tərcümə nə dərəcədə doğrudur?
Cavab: İlk əvvəl bunu qeyd edək ki; Allah, bu ayədə insanların faiz günahı üzündən dünyada düşdükləri vəziyyəti təmsil etməkdədir. Nazil olan ayə belədir: “Faiz yeyənlər, ancaq şeytan vurub sərsəmlənənlər kimi ayaqda dururlar. Bu onların: “Alış-veriş də faizçilik kimidir!”– demələrindəndir. Halbuki, Allah alış-verişi halal, faizçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra buna son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Hər kim də buna davam edərsə, onlar Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.” (Bəqərə, 2/275).
Gördüyünüz kimi ayənin əvvəlində nə axirətdən nə də qəbirdən bəhs edilməz. İnsanların dünyada işlədikləri faiz günahı səbəbilə axirətdə cəzalandırılacaqları bildirilir.
Əlavə olaraq bunu da qeyd edək ki, faiz alanların sərsəm kimi ayaqda durmaları, onların fiziki yöndən sərxoş kimi olması deyil, iqtisadi cəhətdən istiqrarsız və hər an üzüstə düşəcəyi mənasına gəlir. Bu səbəblə Yəhudilər özləri deyir ki, “faiz, ilan zəhəri kimidir”. İlan, bir insanı topuğundan vuranda, ilk əvvəl çox da acı verməz və digər orqanlar bunu hiss etməz. Lakin, zəhər yayılmağa başlayandan sonra bütün orqanlar sıradan çıxmağa və insan qıvrılmağa başlayar. Elə buna görə də faizə bulaşan hər hansı bir insan və ya cəmiyyət, istiqrarı pozulmuş və ilanın sancdığı kimi qıvranmış bir hala gəlir.
İqtisadçıların da bildirdiyi kimi, dünyada baş vermiş bütün iqtisadi böhranların, infilyasiyanın ən böyük səbəbi elə faiz olmuşdur.
Sualınız: “Süleymaniyə Elmi-Araşdırma Vəqfi” heyəti tərəfindən cavablanmışdır.
Faizlə əlaqəli ətraflı məlumat üçün aşağıdakı linki tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/1887.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.