Sual: Qərb aləminin, başqa sözlə desək, xristian dünyasının ümumdünya iqtisadiyyatına hansısa bir xidmətindən danışmaq mümkündür? Əgər mümkünsə, bu necə baş vermişdir? Görəsən, bu məsələ ilə əlaqədar tədqiqat aparmaq üçün hansı mənbələrə müraciət etmək olar?
Cavab: Dünya iqtisadiyyatına müsbət və mənfi cəhətləri ilə birlikdə, yəni, kompleks yanaşdıqda görmək olur ki, yaşadığımız dünyanın çatdığı hazırkı iqtisadi səviyyədə bütün bəşəriyyətin xidmətləri və rolu olub. Xristian dünyası da buna daxildir. Coğrafi kəşflər, iri məbləğli investisiyaya malik olan müştərək kompaniyaların təsis edilməsi, bu müəssisələrin inkişafı, ilk sənaye çevrilişi təşəbbüsləri, mənfi cəhətlərinə baxmayaraq dünya ticarətinin inkişafında əhəmiyyətli rol və təsirləri olan bank işi və sığorta sistemi, pul və sərmaye birjaları və sairə kimi məsələlər bir xristian mərkəzi olan qərbdə meydana gəlib. Daha doğrusu, bunlar əksər hallarda qərb dünyası tərəfindən həyata keçirilib. Müasir dövrdə ticarət əlaqələrinin əsasını təşkil edən bir çox hüquqi qayda və tənzimləmələr, o cümlədən maliyyə məhsulları və mühasibat məsələlərinin mənbəyi də xristian qərb dünyasıdır.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.