Müsəlmanlar

Bir dəstəmazla ən çox neçə vaxt namaz qılmaq olar?

Sual: Bir dəstəmazla ən çox neçə vaxt namaz qılmaq olar?

Dəstəmaz almaq namaz qılmaq üçün tələb olunan şərtdir. Dəstəmaz üçün batil olmamaq (dəstəmazın sınması, pozulması) şərti ilə hər hansı bir say və dəfə məhdudiyyəti yoxdur. Namaz qıldıqca qıla bilərsiniz. Bu məsələ ilə əlaqədar olan bir hədisdə belə deyilir:

“Süleyman ibn Büreydənin öz atasından rəvayət etdiyinə əsasən o, belə demişdir: “Peyğəmbər (s. a. v.) Fəth (Məkkənin fəthi) günü namazlarının hamısını bir dəstəmazla qılmış və məstlərinin (çustsayağı bir ayaq geyim elementi) üstünə məsh etmişdir. Ömər peyğəmbərə: “Vallah, sən bu gün indiyədək görmədiğin bir iş gördün”, – dedikdə, peyğəmbər ona: “Mən bunu bilərək etdim”, – deyə cavab vermişdir (Müslim, Təharət, 86 (277)”.
Peyğəmbərimizin sözlərindəki “Mən bunu bilərək etdim” ifadəsi batil olmadıqca bir dəstəmazla birdən çox namaz qılınmasının münasib olduğunu göstərmək məqsədi daşıyır.
Buxarinin rəvayətlərində də həm peyğəmbərimizin, həm də əshabələrin eyni dəstəmazla, yəni, batil olmadıqca bir dəstəmazla bir neçə vaxt namazını qıldıqlarına dair məlumat mövcuddur (Geniş məlumat üçün baxın: Buxari, Vüdu (Dəstəmaz), 54).