Müsəlmanlar
Maaşın banka köçməsi və həvəsləndirmə məqsədi daşıyan hədiyyələr

Maaşın banka köçməsi və həvəsləndirmə məqsədi daşıyan hədiyyələr

Sual: Mən dövlət qulluqçusuyam. İdarəmiz bizim maaşların köçürüləcəyi bankı müəyyənləşdirmək üçün rayonumuzdakı banklardan dövlət işçilərinə neçə manat həvəsləndirmə pulu veriləcəyini soruşdu. Sonra ən çox həvəsləndirmə pulu təklif edən bankla müqavilə bağladı. İndi həmin bank bizim maaşımızın öz filiallarına köçürülməsinin müqabilində bizə müəyyən qədər pul verir. Bəzi iş yoldaşlarımız bu hədiyyənin haram olduğunu, çünki bankın faizdən pul qazanan bir müəssisə olduğunu irəli sürürlər. Elə isə bankın bizə verdiyi həmin pulu almaq dini baxımdan düzgündür?

Faiz borcdan götürülən gəlir deməkdir. Sizin haqqında danışdığınız əməliyyatda banka əvvəlcədən pul köçürüb borc verən və o borcdan faiz gəliri götürən dövlətdir. Dövlət həmin pulun işçilərə verilməsini tələb edir. Elə buna görə də bu pul dövlət üçün faizdir, amma sizin üçün faiz deyil. Çünki müqavilə sizinlə yox, dövlətlə bank arasında bağlanmışdır. Başqa sözlə, o pulu almağınızda hər hansı bir problem yoxdur.