Sual: Biz ticarətlə məşğul oluruq. Bu il pul sarıdan çətinliyimiz var və kredit götürmək istəyirik. Mən Allaha dua edirəm ki, bizi kreditə möhtac etməsin. Amma kredit götürməsək, işimizi həll edə bilmirik. Bu halda nə etməliyik?
Cavab: Ticarətlə məşğul olmaq asan bir şey deyil. Ticarətdə bir çox problemlərin olması normal haldır. Təbii ki, bu problemlərin başında pul problemi dayanır. Başqa sözlə, nağd pul çətinliyi. Əlbəttə ki, çətinliyi olmayan heç bir insan sadəcə olaraq kef üçün faizli kredit götürüb özünü borclu vəziyyətə salmaz. Lakin Allah Təala buna baxmayaraq qəti bir dillə faizi haram etmiş və bunu bilə-bilə alanları, faiz məsələsində təkid edənləri Allah və Allahın elçisinə qarşı müharibə edənlər kimi qəbul etmişdir.