Müsəlmanlar
Faizin qadağan olmasının səbəbləri

Faizin qadağan olmasının səbəbləri

Sual: Görəsən, faizin haram olmağı bir zülm vasitəsi olmasından irəli gəlir, yoxsa sadəcə olaraq imtahan baxımından qadağan olunub? Mən sizə bir misal verərək bir hadisəni danışmaq istəyirəm. Burada, yəni, Norveçdə insanlar ev almaq istəyirlər və banklardan pul götürə bilirlər. Təbii ki, faizlə. Tutalım ki, X adlı bir şəxs bir ev bəyənib. Evin qiyməti 1 milyon krondur. Banka gedir və evin pulunu borc alır. Bank ona 20 illik ödəmə planı tərtib edir. Hər ay banka faizi ilə birlikdə 10 kron borc ödəyir. Aldığı ev 2 mənzildən ibarətdir. Bunlardan birində kirayənişin qalır və onsuz da həmin kirayənişin evin yiyəsinə 10 kron kirayə pulu verir. Başqa sözlə desək, ev yiyəsi onsuz da kirayənişindən aldığı pulla banka olan borcunu ödəyir. Beləliklə, 20 ildən sonra cibindən bir qəpik də çıxmadan evin sahibinə çevrilir. Digər tərəfdən də, dövlət həmin şəxsdən banka borcu olduğuna görə gəlir vergisini az tutur. Nəticədə bankdan borc alan həmin adam hər cəhətdən udmuş olur. Məni maraqlandıran odur ki, bu məsələ də faizdir? Mənə elə gəlir ki, bu da faizdir. Bəs siz nə fikirləşirsiniz?

Cavab: Allah əgər bir şeyi qadağan edibsə, nə üçün qadağan etdiyini araşdırmaq bizlik deyil. Bizim görməli olduğumuz yeganə iş Allahın həmin əmrinə tabe olmaqdır. Deməli, faiz haram edilibsə, bu, zülm vasitəsi olmasına görə deyil. Allah onu haram etdiyi üçün haramdır. Sizin danışdığınız şeylər də elə sizin də qeyd etdiyiniz kimi faizə daxildir, haramdır.