Müsəlmanlar
Həccin insanın boynuna gəlməsi

Həccin insanın boynuna gəlməsi

Sual: Bəzi şəxslər belə deyirlər: “Həccə xərcləyəcəyim pulla elə buradakı kasıb və imkansızlara kömək edib həcc savabını qazanaram də”. Bu fikir düzgündür?

Əgər həccə getmək bir insanın üzərində vacibdirsə (xalq arasında “həcc filankəsin boynuna gəlib ifadəsi işlədilir) və həmin insanın sağlamlığı yerindədirsə, bu ibadəti yerinə yetirməlidir. Bunun xaricində nə cür yaxşılıq edirsə etsin, gördüyü xeyir əməl həccin əvəzini verə bilməz. Həcc müstəqil (ayrı) bir ibadətdir.