Sual: Biz təzə evlənmişik. 5 aydır. Evə ayın-oyun aldığımız vaxt xeyli borca düşdük. İndi mən özüm də, həyat yoldaşım da işlədiyimiz halda maaşımız bizə güc-bəla çatır. Qurban kəsməyə pulumuz yoxdur. Belə olan halda kredit, yaxud da borc götürüb qurban kəssək, olar?
Cavab: “Allaha yaxın olmaq, yəni, ibadət məqsədilə müəyyən bir vaxtda müəyyən növ heyvanları kəsmək” mənası verən qurban Hənəfi məzhəbinə əsasən vacib, digər məzhəblərə əsasən sünnədir (müstəhəb). Dəlillər bu ibadətin sünnə olduğunu bildirir. Bundan əlavə, eyni yerdə – birlikdə yaşayan ailə üzvlərindən bir nəfərin qurban kəsməyi kifayətdir. Hamısının ayrı-ayrı qurban kəsməyi şərt deyil.
Qurbanla əlaqəli digər sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.