Müsəlmanlar

Boğaz heyvandan qurban

Sual: Mən ev aldığıma görə borcumu verib qurtardıqdan sonra qurban kəsməyə niyyət etdim. Bunu həyata keçirmək üçün bir neçə gün bundan əvvəl bir qoyun da aldım. Heyvanı almamışdan qabaq satıcıdan: “Bu heyvanı qurban kəsmək üçün alıram, görəsən, bunun balası yoxdur ki?”, - deyə soruşdum. O da mənə: “Bu heyvandan qurban olar, balası yoxdur”, - dedi. Ancaq biz heyvanı kəsəndən sonra qarnından balası çıxdı. Belə olan halda, bu qurban düzdür? Başqa bir heyvan alıb kəsmək lazımdır?

Cavab: Əgər qurbanlıq heyvanın boğaz olduğu bilinirsə, onu kəsməmək daha yaxşıdır. Yaxşı olar ki, qarnında balası olan heyvan kəsilməsin. Bilmədən kəsilibsə, o başqa. Ancaq kəsiləndə də qurban ibadəti yerinə yetirilmiş olur.

Qurbanla əlaqəli digər sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.