Sual: Bəzi insanlar "vicdan nə olan şeydir"- deyirlər. Bəziləri də belə bir şeyin varlığına inanmır. Bizə bunu izah edə bilərsizmi? Sizcə vicdan nədir?
Cavab: Vicdan kəliməsi, ərəbcə bir kəlimə olub, mənası “var olmaq”, “nəfs” və “daxili güc” mənalarına gəlir. Dilimizdə bu kəlimə, insanlığını, əslini, mənəvi dəyərlərini qoruma xarakterli “namus”, “qeyrət” kimi sinonim kəlimələrlə yanaşı işlədilməkdədir. Buna bir mənada, yaradılış şəklini, xüsusiyyətini üzərində daşımaq da deyə bilərik.
Vicdan, Allahın insan fitrətinə/təbiətinə bəxş etdiyi ən böyük nemət yəni, insanı insan edən qanunlar cəmidir. Onu həyatına əks etdirərək yaşayan bir insan həyatda xoşbəxt və hüzurlu ola bilər. Əks təqdirdə həm dünyası həm də axirəti məhv olur.
Vicdan barədə qısa və öz məlumatı aşağıdakı videodan da dinləyə bilərsiz: