Müsəlmanlar

Hz. Hüseynin neçə zövcəsi olub?

Cavab: İslam tarixi mənbələrində Hz. Hüseynin 4 zövcəsi olduğu bildirilir. Bunlar aşağıdakılardır:

  1. – Rübab: Ömər b. Xəttab, bir qızını Həsənə digər qızını da Hüseynə vermişdir. Hüseynə verən qızının adı Rabəb idi. Onun Hüseyndən olan Səkinə adlı qızı ve Abdul­lah adlı oğlu da var idi.(Tarixi Dəməşq, 69/119-120. Bundan əlavə Fatimə adında qızı və Ömər adında oğlu da olduğu rəvayət edilir.

2.- Sülafə, (Şəhrəbanu veya Şah zanen(hanımların şahı) Yezdəcirdin qızı Hüseyndən Əli Zeynul-Abidin ləqəbi ilə tanın­mış Əli b. Hüseyni dünyaya gətirdi. Onun da Oğlu Zeyd, Zeydiyyə buna bağlı olanlardı.

3 –Ummu İshaq, Qardaşı Həsənin arvadı, Həsən qardaşı Hüseynə özündən sonra onu almasını istəmiş və o da almışdır. Ondan da Rükiyyə adında qızı olmuşdur.

4.– Leyla və ya Ummu Leyla: Səqif qəbiləsindən olduğu və Hüseyndən Əli Əkbər adında bir oğlu olduğu rəvayət edilməkdədir. (Əl-Mukruzi, “Əmtaul-Əsma”, s. 6, s. 269.)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/6580.html

https://www.muselmanlar.com/elanlar-xeberler/13410.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.