Sual: Şəriət ilə yönətilməyən dövləti sevmək, kiməsə və ya öz-özünə o dövləti tərifləmək tərifləmək, həmin dövləti çox sevdiyini demək, əsgərləri ilə fəxr etmək onları kiməsə tərifləmək caizdir mi?
Cavab: Şəriət, qanun-qayda deməkdir. Əgər insanların qoyduğu qayda-qanunda yəni şəriətdə açıq bir əyrilik, haqsızlıq varsa, əlbəttə bu əyriliyi sevmək olmaz və bunda düzəliş edilməlidir ki, məclisdə də gördüyünüz kimi bunlar müzakirəyə qoyulur.
Təəssüf ki, günümüzdə şəriət dedikdə, insanların Allah adından uydurduqları və bəzi İslam ölkələrində yürürlükdə olan şəriət ağlına gəlir ki, bunların Allahın şəriətiylə əlaqəsi yoxdur.
Əgər söhbət həqiqətən Allahın qoyduğu qayda-qanundan yəni şəriətdən gedirsə, bir müsəlman onu sevməli və həyatına tətbiq etməlidir. Xalqların və idarəçilərin çoxu Allahın qoyduğu qayda-qanuna uymaq istəmədikləri üçün, biz “dünyəvi dövlətik” deyərək, öz mənfəətlərinə uyğun yeni qanunlar çıxarırlar və beləcə cəmiyyətdə ədalətsizlik, istismar baş alıb gedir. Bu dünyada dünyəvi olmayan heçnə yoxdur. Bu səbəblə dünyəvi ya da dini dövlət olmaz. Haqqı ya da batılı yürürlüyə qoyan, ədalətli ya da zalım dövlət olur.
Qısacası; Allahın şəriəti ilə idarə olunmayan dövlət sevilməz. Ancaq həmin dövlətin təşkilatları, xalqı və əsgərləri fərqli dəyərləndirilir. Onların içində haqqa çalışanı da olur, batıla çalışanı da, yaxşısı da olur pisi də. Yaxşısını sevməli, tərifləməli, onunla fəxr etməliyik, pisindən isə uzaq durmalıyıq.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Ətraflı məlumat əldə etmək üçün sizə saytımızın bu linkində təqdim olunan kitabı diqqətlə oxuyun:
https://www.muselmanlar.com/genel/11457.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.