Müsəlmanlar

Özünü idarə edəbiləcək qaydada azca içki içməkdə problem var?

Sual: Bəzi insanlar azca içki içməkdə problem, günah olmadığını və ya içkinin azı özlərini sərxoş etmədiklərini deyirlər.

Cavab: Haram haramdır, azı da haramdır çoxu da. Misal üçün: Qumar stolunda əyləşib, bir manatdan qumar oynasanız da bu qumar sayılır, yüz manatdan oynasanız da bu qumar sayılır. Əgər yediyin və ya içdiyin maddə sizə sərxoşluq verirsə, o haramdır. Uca Allah, Qurani Kərimdə içkinin haramlığı barədə  belə buyurur:

“Ey inanıb güvənənlər! İçki, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız”. (Maidə, 5/90)

Peyğəmbərimiz əleyhissəlamdan rəvayət edilən hədisdə də:  “Hər sarxoşluk verən şey xamrdır ve hər xamr haramdır.” (Müslim, “Əşribə“, 10; Əbu Davud, “Əşribə“,5)

Qısacası: “Çoğu sərxoş edən şeyin azı da haramdır.” (Əbu Davud, “Əşribə“,5; Tirmizi “Əşribə” 3).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/genel/13579.html

Müalicə məqsədiylə içki içmək olarmı?