Müsəlmanlar

Əli xınalı qadının dəstəmazı.

Sual: Nişanda əlimizə xına sürtdük, indi namazın vaxtı gəlib, əlimizdəki xınanı təmizliyə bilmirik. Namazı qəzaya buraxa bilərikmi? Ya da əlimiz xınalı dəstəmaz ala bilərikmi? Qısacası, əli xınalı bir qadın, aldığı dəstəmazla namaz qıla bilərmi?

Cavab: Bəli, qıla bilər. Namaz heç bir halda qəzaya buraxıla bilməz. Hətta su olmazsa belə “məsh edərək namazı qılın” – buyurulmaqdadır.

Sizə bir nümunə ilə izah edim: Əliniz xınalı halda, bir pisliyə dəydiyi zaman sizə birisi gedin əlinizi yuyun deyir və siz də yuyub gəlirsiz, əliniz artıq təmiz sayılmırmı? Əlbəttə ki, yumuş və təmiz hesab olunur. Allah da: “Əllərinizi yuyun”[1], – deyə, əmr edir. Burada xınanın və ya sürdüyü lakın dərinin altına nüfuz edib etməməsinin də mətləbə dəxli yoxdur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.youtube.com/watch?v=QEqI_jb7yZQ&ab_channel=KuranlaAyd%C4%B1nlanmak

https://www.muselmanlar.com/fitvalar/888.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

 

[1] Bax: Maidə, 5/6.