Müsəlmanlar

Allah bir insanı başqasının duası ilə doğru yola yönləndirirmi?

Sual: Bir insan günah işləməsin deyə ona ana-atası və ya bir başqa yaxını, dostu dua edərsə, Allah həmin insanın günah işləməsinə mane olacaq səbəblər, fürsətlər yaradırmı? Yəni, başqalarının xeyir-duaları sayəsində Allah bu insanın günah işləməsinə mane olurmu?

Cavab: Əlbəttə ki, biz özümüzə, yaxınlarımıza və hətta başqalarına da dua edəcəyik. Dua nədir? Dua sözü ərəbcə, “kömək, çağırmaq, yalvarmaq mənalarına gəlir və eyni zamanda  arzu, istək, təmənni” deməkdir. Biz həm özümüzə həm baqalarına yaxşı şeylər arzulayacayıq. Dua/Arzu bir şeyin başlangıcıdır. Həyata keçməsi üçün isə əmələ, fəaliyyətə möhtacdır. Əgər əməl, fəaliyyət yoxdursa dua bir yalvarış və arzu olaraq havada qalır, həyata keçməz. Məsələn; su və içki olan bir süfrədə oturan atanıza “ya Rəbb! nə olar atam içki içməsin!” deyə, dua edə bilərsiniz. Lakin duanın həyata keçməsi üçün atanızın buna əməl etməsi lazımdır. Yəni, sırf dua ilə bir insanın günah işləməsinə Allah mane olmur. İnsanın öz-özünə etdiyi dua da belədir. Əməlsiz olmaz.

Qurani-Kərimdə Rəbbimiz, iki fərqli inanca sahib insanların iki fərqli duasından bəhs edər:

“… İnsanlardan kimisi, «Rəbbimiz! Bizə nə verəcəksənsə bu dünyada ver!» deyir. Onun axirətdə heç bir nəsibi olmaz.

İnsanlardan kimisi də: «Rəbbimiz! Bizə bu dünyada gözəllik ver, axirətdə də gözəllik bəxş et. Bizi atəş əzabından qoru!»[1] deyir. (Bəqərə 2/201-202).

Sonrakı ayədə də Rəbbimiz, bu arzu və məqsədlərindən əldə etdiyi qazanclarının qarşılığından bəhs edər:

“Bunların hər birinə qazandıqlarından bir pay var. Allah tez haqq-hesab çəkəndir.” (Bəqərə 2/203).

Nəticə etibarı ilə; Bir insan özü belə öz arzu və istəyinə uyğun davranmazsa, müvəffəq ola bilməz. Əgər davranarsa, Allah da ona köməklik edər. Lakin bu da qaranti deyil, bəzi hallarda imtahan üçün onu sınayır. Çünki Rəbbimiz bizi həm zənginlik həm də fağırlıqla imtahan edər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/14400.html

https://www.muselmanlar.com/fitvalar/7712.html

https://www.muselmanlar.com/fitvalar/5699.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

 

[1] Bu, dilimizdə “Rabbəna atina” adını almış bir duadır və biz hər namazın son oturuşunda da bunu oxuyuruq.