Müsəlmanlar

Hz. PEYĞƏMBƏRƏ QARŞI EDİLƏN TƏHQİR CINAYƏTİ VƏ CƏZASI.

QEYRİ MÜSƏLMANLARIN hz PEYĞƏMBƏRƏ QARŞI ETDİKLƏRİ TƏHQİR CINAYƏTİ VƏ CƏZASI

Doç. Dr. Suat ERDOĞAN
Son illərdə Müsəlmanların müqəddəslərinə qarşı yürüdülən sözlü və feli təhqir aksiyaları sistemli bir şəkildə artaraq davam etməkdədir. Bəhs olunan təhqir və aşağılayıcı fəaliyyətlərin önəmli bir qisminin Hz. Peyğəmbərə yönəlik olduğu görülməkdədir. Əlbəttə heç kimin bir başqasının şərəf və ləyaqətini alçaldan sözlü və ya feli davranışlar etmək haqqı yoxdur. İnsan haqlarının pozulması anlamına gələn söz və davranışlar bütün hüquq sistemləri tərəfindən cinayət çərçivəsində dəyərləndirilib cəza verilməsi nəzərdə tutulmuşdur. Hz. Peyğəmbərə təhqir cinayəti şəxsi bir hüquq pozulmasından əlavə, bütün Müsəlmanların müqəddəs dəyərlərinə yönəlmiş olduğu üçün xüsusi bir cinayət olaraq qəbul edilməsi daha doğrudur. Hz. Peyğəmbərə təhqir cinayətinin Müsəlman biri tərəfindən işlənməsi ayrı bir cinayət növü olan irtidad əhatəsində dəyərləndirildiyinə görə bu məqalənin mövzusu Müsəlman olmayanların Hz. Peyğəmbərə təhqir cinayəti ilə məhdudlaşdırılmışdır. İslam hüquq ədəbiyyatında Müsəlman olmayanların Hz. Peyğəmbərə təhqir cinayəti adətən “ukubat” başlığından əlavə, zimmət aktı/vətəndaşlıq hüququ çərçivəsində ələ alınmaqdadır. Hz. Peyğəmbərə təhqir cinayəti və cəzası mövzusunda müstəqil əsərlər də qələmə alınmışdır.
Fərqli görüş sahibləri olmaqla birlikdə, Hz. Peyğəmbərə təhqir cinayətinin cəzasının ölüm olduğu mövzusunda ümumi bir fikir var. Hənəfilərin digər fiqh məktəblərindən fərqli olaraq, qeyri Müsəlman vətəndaşın bu əhatədəki cinayətinin mənimsəmə aktına xələl gətirməyəcək şəklində baxış açıqlamaları mövzu ilə əlaqədar önəmli açılımdır. Məqalədə Hz. Peyğəmbərə təhqir cinayəti qarşılığında müəyyən edilən ölüm cəzasının dayaqları üzərində durulmaqdadır. Ayrıca mövzu cinayət-cəza uyğunluğu baxımından ələ alınmaqda və Hz. Peyğəmbərə təhqir cinayətinin cəzası mövzusunda yeni bir yanaşma təqdim edilməkdədir. Bu bağlamda bəhsi keçən cinayət əhatəsində müəyyən edilən ölüm cəzasının cinayət-cəza uyğunluğu ilə düz gəlmədiyi ortaya qoyulmaqdadır.
Açar sözlər: İslam Hüququ, Muhamməd, Cinayət, Cəza, Təhqir.

Giriş
İslamı şiddət və terror dini olaraq göstərmə səyləri son illərdə artaraq davam etməkdədir. Müsəlmanların müqəddəslərinə, özəlliklə Hz. Peyğəmbərə qarşı təhqir xüsusiyyətli nəşrlər və aksiyaların daima gündəmdə saxlanması və bir qisim dairələr tərəfindən bu aksiyaların düşüncə azadlığı əhatəsində dəyərləndirilməsi art niyyətli bir davranışdır. İslamı və Müsəlmanları dünya ictimaiyyətində şiddət tərəfdarı və xoşməramsız olaraq göstərmə səylərinə xidmət qayəsi güdən bu əhatədəki fəaliyyətlər qarşısında göstərilməsi gərəkən reaksiyanın təyin olunması önəmlidir. Quran və Hz. Peyğəmbərə qarşı təhqir ehtiva edən fəaliyyətlərin, təxribat və müsəlmanları zorakılıq girdabının içinə çəkməyi hədəfləyən, İslam dünyasına yönəlik pis niyyətli planların hissəsi olduğu açıq görünür.
Hz. Peyğəmbərə qarşı təhqir daxil Müsəlmanların müqəddəslərinə qarşı həyata keçirilən fəaliyyətlərə qarşı göstərilən qatı etirazlar və faillər üçün suiqəsd daxil ölüm cəzası tələbləri, bu fəaliyyətləri icra edənlərin əməllərinə çatmaqlarına fayda verməkdən o tərəfə getməməkdədir. Necə ki, İslama və Hz. Peyğəmbərə qarşı təhqir və çirkin iftiralar sonrasında gerçəkləşdirilən etiraz aksiyalarındakı tutum və davranışlar, bəlli çevrələr tərəfindən Müsəlmanların şiddət tərəfdarı və dözümsüz olduğunun dəlili olaraq təqdim edilməkdədir. Örnək olaraq Fransız mətbəə quruluşu olan Charlie Hedbo hadisəsindən sonra Diyarbakırda minlərlə insanın qatılması ilə gerçəkləşdirilən Hz. Peyğəmbərə hörmət mitinqində, bəzi qənaət öndərlərinin “Hz. Peyğəmbərə dil uzadanın dilini kəsərik” tərzindəki söyləmlərin İslama və Müsəlmanlara bir faydası olmadığı aydındır. Bəhs olunan hücumdan sonra başda Fransa olmaqla bir çox qərb ölkələrində terroru lənətləmək adına yüz minlərlə insanın iştirakı ilə təşkil olunan etiraz aksiyalarının, terrora qarşı olmaqdan çox İslamofobiyaya xidmət etməsinə şübhə yoxdur. Bu bağlamda İslam coğrafiyasında fərqli dini təşkilatların əli ilə, İslam və şəriət adına icra edilən şiddət aksiyaları bəhsi keçən dairələr tərəfindən istismar edilməkdədir. Bütün bunlar internet çağının imkanları ilə bir araya gəldikdə, İslam adına yıxım çox daha irəli səviyyələrə çatmaqdadır.
İslam hüququnda cinayət və cəzalar ukubat başlığı altında qisas, həddlər və tazir olmaqla üç ana bölümdə ələ alınmaqdadır. Qisas, qəsdən adam öldürmək və yaralamaq cinayətləri üçün cinayətin eynisi ilə qarşılamaq anlamındadır. Hədd cinayətləri isə Quran və sünnədə açıqlanan, zina, əsilsiz zina isnadı (kazif), oğurluq, terror (hirabə), hədd ya da tazir olduğu barəsində mübahisəli, sərxoşluq verən maddələri istifadə və irtidad (dindən dönmə) cinayətlərindən meydana gəlməkdədir. Bunlardan başqa qalan, digər bir ifadə ilə Quran və sünnədə açıqlanmayan cinayətlər isə tazir əhatəsində dəyərləndirilməkdə və bu əhatədəki cinayətlərin cəzasını təyin etmək səlahiyyəti siyasi rəhbərliyə tanınmaqdadır. Mənbələrdə tazir cinayəti əhatəsində dövlət xəzinəsi, yetim malı və ortaqlıq mövzusunda xainlik etmək, qida maddələri, geyim və bənzər mövzularda hiylə etmək, tərəzidə əskik ölçmək, qeyri-real qiymətə mal satmaq, yalançı şahidlik etmək, yalançı şahidlik etmək barəsində təlqin etmək, rüşvət almaq, həbsdən qaçmaq kimi çox sayda cinayətə yer verilməkdədir. Yenə tazir əhatəsində ümumi mənada təhqir cinayətlərinə də yer verilməklə birlikdə, Hz. Peyğəmbərə təhqir cinayəti mövzusuna toxunulmamaqdadır. Bu mövzu klassik fiqh mənbələrində vətəndaşlıq hüququ əhatəsində kitabus-siyer, kitabul-cizye kimi başlıqlar ilə siyer və megazi kitablarında bəhs olunmaqdadır. Mövzunu detallı olaraq işləmiş müstəqil əsərlər də hazırlanmışdır. İbn Teymiyyənin (ölümü 728/1327) es-Sarimul-meslul ala şatimil-Rasul ve Subkinin (ölümü 771/1370) es-Seyful-meslul ala men sebber-Rasul (Peyğəmbəri təhqir edən adama kəskin qılınc) şəklində Türkcəyə tərcümə edə biləcəyimiz əsərlərin başlıqlarındakı ifadələrdə mövzu haqqında həssasiyyət və qatı müdafiəçi bir yanaşmanın izlərini görmək mümkündür. Hz. Peyğəmbərə təhqir cinayəti haqqında əhatəli bilgi verən əsərlərdən biri olan Kadi İyazın (ölümü 544/1149) eş-Şifa bi-tarifi hukukil-Mustafa isimli əsərinin yazılma məqsədləri arasında Hz. Peyğəmbərin böyüklüyü, ona göstərilməsi gərəkən hörmət və hörmətdə qüsur edənlərin durumunun açıqlanması yer almaqdadır. Dörd bölümdən ibarət olan əsərin dördüncü bölümünün Hz. Peyğəmbərə təhqirin cəzasına ayrılması mövzuya verilən önəmi göstərməkdədir. Son dönəm Hənəfi alimlərindən İbn Abidin (ölümü 1252/1836) tərəfindən yazılmış Tenbihul-vulati vel-hükkam ala ahkami şatimi hayrul-enam ev ehadi ashabihil-kiram adlı əsəri mövzuyla bağlı eyni həssasiyyətin davamı olaraq dəyərləndirmək mümkündür. İbn Abidin, əsəri yazmaq səbəbini Maliki Kadi İyad, Hənbəli İbn Teymiyyə və Şafi Subkinin müstəqil əsərlər verməsinə qarşılıq, Hənəfi imamlarından mövzu haqqında doyurucu bir əsərin olmaması olaraq açıqlamaqdadır.
Hz. Peyğəmbərə təhqir cinayəti və cəzası klassik mənbələrdən başqa beynəlxalq bir toplantıda təbliğ olaraq təqdim olunmuş , ayrıca mövzu haqqında bir də doktorluq dissertasiya çalışması edilmişdir. Bəhs olunan doktorluq çalışmasında Müsəlman, qeyri-Müsəlman ayırımı olmadan Hz. Peyğəmbərə təhqir cinayəti və cəzasını bir bütün olaraq baxılmaqda və mövzu ilə əlaqədar klassik görüşün yanında çağdaş düşüncələrə də yer verilməkdədir. Klassik mənbələrdə Hz. Peyğəmbərə qarşı hörmətsizlik və təhqir cinayəti haqqında failinin dinin inancına görə fərqli dəyərləndirilmələrə yer verilməkdədir . Müsəlman bir adamın bu mövzudakı söz və davranışları “elfazi-küfür” çevrəsində irtidad cinayəti olaraq qəbul edilməkdə və bəhs olunan cinayət üçün ölüm cəzası hesablanmaqdadır . İrtidad cinayəti və cəzası ayrı bir çalışma olduğundan bu məqalənin mövzusu Müsəlman olmayan şəxslərin Hz. Peyğəmbərə təhqir cinayəti və cəzası ilə məhdudlaşdırılmışdır. Əslində mövzunun gündəmdəki və müzakirə olunan tərəfi də budur. Qeyri Müsəlman vətəndaşın Hz. Peyğəmbərə təhqir cinayəti qavrama aktının davamı əhatəsində müzakirə olunarkən, Müsəlman olmayan və başqa bir ölkə vətəndaşının bəhs olunan cinayəti etməsi dövlətlər hüququna da aidiyyatı olan bir tərəfi də vardır. Hz. Peyğəmbərə sözlü və ya feli olaraq təhqir edən əcnəbi ölkə vətəndaşı bir adamı məhkəmə yolu ilə cəzalandırmaqdan başqa suiqəsd ilə öldürmənin cəvazı mövzunu daha da önəmli etməkdədir. Salman Rüşdi hadisəsində olduğu kimi, əcnəbi bir ölkə vətəndaşı haqqında ölüm cəzası fətvası verilməsi Müsəlmanları dünya ictimaiyyətində çətin vəziyyətə düşəcəyi şübhəsizdir. Bu cür qərarların verilməsində klassik mənbələrimizdəki, Hz. Peyğəmbərə təhqir etməyin cəzasının ölüm olduğuna dair hökmlərin təsiri olduğunu söyləmək mümkündür.
Dünyada bir çox sahədə kök atmağa başlayan İslama qarşı olanlarla mücadilə etmək, ədəbiyyatımızda İslamofobiyaya dayaq ola biləcək fiqh şərhlərinin, -doğruları qorumaq şərtilə- Quran-Sünnət bütünlüyündən baxılması və bu mövzuda günümüzün şərtlərinə görə yeni bir söyləm inkişaf etdirilməsi önəmlidir. Ancaq bu əhatədə ediləcək çalışmalarda istənilən nəticə əldə olunsa da bəhs olunan dairələrin İslama qarşı olan tədbirlərindən əl çəkməyəcəklərini təxmin etmək çətin deyildir. Necə ki, mövzunun siyasi və tarixi bir arxa planının olduğunda şübhə yoxdur. Durum belə olsa da bəhs olunan çalışmaların mütləq edilməsi gərəkir. Necə ki, qənaətimizə görə Peyğəmbərə təhqir cinayəti üçün təqdim olunan ölüm cəzası, o günün şərtləri daxilində əldə olunan fiqhi bir yanaşma olub, mütləq doğru olaraq dəyərləndirilməsi mümkün olmadığı kimi, günümüzdə İslamın və Müsəlmanların məsləhəti baxımından da uyğun deyildir.
Məqalədə Hz. Peyğəmbərə təhqir cinayəti və cəzası Quran-Sünnət mərkəzli bir yanaşma ilə baxılmaqda, tarixən meydana gələn fiqhi ictihad və şərhlər dəyərləndirilməkdə və cinayət-cəza uyğunluğu baxımından Hz. Peyğəmbərə təhqirin cəzası mövzusunda bir təqdimat verilməkdədir.

İslam Hüququnda Təhqir Cinayəti və Cəzası
Ümumi olaraq Təhqir Cinayəti və Cəzası
Şübhəsiz heç kimsə bir başqasının şərəf və ləyaqətini incidən sözlü və ya feli davranışlar haqqına sahib deyildir. İnsan haqlarının pozulması anlamına gələn bu cür davranışlar, cəza tədbiri gərəkdirən cinayət əhatəsindədir. Necə ki, gündəmimizdə haqsız istinad və təhqir cinayətləri üçün həbs və pul cəzaları tətbiq olunmaqdadır. Klassik fiqh kitablarında hansı söz və davranışların təhqir dairəsində dəyərləndiriləcəyinə dair bilgilər vardır.
– Hz. Peyğəmbərə Təhqir Cinayəti və Cəzası
İslam hüququnda cinayət və cəzalar ukubat başlığı altında baxılmaqdadır. Ancaq Hz. Peyğəmbərə təhqir cinayətinə bu bölümdə ayrı bir başlıq altında yer verilməzkən, daha çox alt başlıqlarda bəzi yerlərdə toxunulur. Fətva məcmularında isə elfaz-i küfür sözləri bağlantısında mövzuya yer verilməkdədir. Müstəqil bir neçə əsərdən başqa klassik qaynaqlarda Hz. Peyğəmbərə təhqir cinayətinə məhdud olaraq yer verilməkdədir.
Quran və sünnətdə Allah və Rəsuluna “əziyyət” olaraq sinifləndirilən təhqir cinayəti, klassik mənbələrdə adətən, sebbun-nebi/ şetmun-nebi (Hz. Peyğəmbərə küfr etmək, söymək) başlığı altında baxılmaqda və Hz. Peyğəmbərə yönəlik lağlağı, iftira, qarayaxma və ailə həyatı ilə əlaqədar çirkin yanaşmalar kimi çeşidli şəkillərdə təzahür edən davranışlar bu dairədə dəyərləndirilməkdədir.
Hz. Muhəmmədə yönəlik hörmətsizlikləri araşdıran əsərlərdə sebb/şetm qavramı bu şəkildə ifadə edilməkdədir:
“Allahın elçisinə birbaşa dil uzadan (söyən, küfr edən), onun özünə, ailəsinə, soyuna, dininə və ya ona xas vəsflərdən birinə hər-hansı bir şəkildə bir əskiklik və qüsur nisbət edən, dolayı da olsa ona dil uzadan, kimlik və mənliyini digər bir ifadə ilə şəxsiyyətini alçaltmaq, yaralamaq, təhqir etmək, şan və şərəfini aşağılamaq, kiçiltmək və ayıblamaq məqsədilə birinə və ya bir şeyə bənzədən kimsə onu söymüş (sebb etmiş) olur…
Eyni şəkildə Rəsulullaha bəddua edən, lənət oxuyan, zərər görməsini istəyən, pislik etmək məqsədilə, məqam, mövqe və şərəfinə uyğun olmayan şeyləri ona nisbət edən, onun uca mərtəbəsinə münasibətsiz, əsilsiz və çirkin sözlər yaraşdıran, məruz qaldığı bəzi müsibət və problemləri dilinə dolayaraq özünü ayıblayan yaxud da başqalarına da ola biləcək bir neçə insani arzuları bəhanə edərək onu insanların gözündən salmağa çalışan fərdlər də ona təhqir və hörmətsizlik etmiş olur.”
Hz. Peyğəmbərin həyatı boyunca kahin, sehrbaz, məcnun kimi çeşidli epitetlərlə incidildiyi, iftira və təhqirlərə məruz qaldığı bir gerçəkdir. Ancaq günümüzdə həyatda olmadığı düşünüldükdə onun şəxsinə yönəlik hər cür təhqir və iftira, şəxsi haqq pozuntusundan çox Müsəlmanların müqəddəsinə yönəlik cinayət əhatəsində dəyərləndirilməsi gərəkir. Bu səbəblə mövzunu gündəmimizdə cəza sanksiya dairəsində olan, xalqı kin və düşmənliyə təhrik, xalqın bir qisminin mənimsədiyi dini dəyərlərin aşağılanması çevrəsində dəyərləndirmək yanlış olmayacaqdır.

Quranda Peyğəmbərə Təhqir Cinayəti və Cəzası
Quran, ayrı-seçkilik etmədən, əhli-kitab və müşriklərin bütün Müsəlmanlara qarşı çeşidli üzücü davranışlar sərgiləyəcəklərini, hətta bunun qacınılmaz olduğunu dilə gətirməkdədir və bu cür davranışları sərgiləyənlərə qarşı necə davranmaq gərəkdiyi aşağıdakı ayədə bu şəkildə açıqlanmaqdadır:
“And olsun, mallarınız və canlarınız barəsində imtahana çəkiləcəksiniz, Sizdən öncə kitab verilənlərdən və Allaha ortaq qoşanlardan üzücü bir çox söz eşidəcəksiniz. Əgər səbr edər və Allaha qarşı çıxmaqdan çəkinsəniz bilin ki, bunlar (etməyə dəyər) əzm gərəkdirən işlərdəndir.”
Quran, cinayət qurbanı olan adama cəza vermək barəsində seçim haqqı tanımaqla birlikdə, əfv etmək və dəymiş ziyanlar qarşısında səbirli olmağı tövsiyyə etməkdədir. Necə ki, yuxarıdakı ayədə də əhli-kitab və müşriklərin əziyyətləri qarşısında cəza yerinə səbr tövsiyyə edilməkdədir.
Bu ayənin hökmünün Məkkə dönəmi kital ayəsindən öncəsi üçün keçərli olduğu düşüncəsinə qarşılıq Kurtubi, (ölümü 671/12473) ayənin mənsuh olmadığını, mücadilənin ən gözəl şəkildə edilməsini gərəkdiyini, Hz. Peyğəmbərin də kital əmrinə rəğmən Yəhudi və Xristiyanlarla yaxşı davrandığını və müşriklərə qarşı da əfv edici olduğunu ifadə etməkdədir.
Necə ki, İslam cəza hüququnun təməli olaraq qəbul edilən aşağıdakı ayələrdə cəza yerinə əfv və səbir tövsiyyə olunmaqdadır:
“Bir pisliyin qarşılığı, onun kimi bir pislikdir (ona uyğun bir cəzadır). Amma kim əfv edər və aranı düzəldərsə, onun mükafatı Allaha aiddir. Şübhəsiz O, zalimləri sevməz.”
“Cəza verəcəksinizsə sizə edilənin misli ilə cəzalandırın, səbr edərsəniz əlbəttə bu səbr edənlər üçün daha xeyirlidir. “
Bununla birlikdə əhli kitab və müşriklərin əziyyətlərinə qarşı Müsəlmanlara səbir tövsiyyə edilməklə bərabər, onların etdiklərinin bir şəkildə cəzasız qalmayacağı aşağıdakı ayədə bu şəkildə açıqlanmaqdadır:
“Şübhəsiz Allah və Rəsulunu incidənlərə, Allah dünya və axirətdə lənət etmiş və omlara aşağılayıcı bir əzab hazırlamışdır.”
Allah və Rəsulunu incidənlər haqqında axirət əzabından başqa dünyada tel`in cəzası, qınayanın qınanması, aşağılayanın aşağılanması şəklində edilən cinayətin cinsindən bir sanksiya olduğu görülməkdədir. Allah və Rəsuluna haqsız qarayaxma edən və dəyər verməyən adamların bənzər şəkildə dəyərsiz olaraq sinifləndirilmələri anlamında tel`in, inkarçıların dünya və axirətdəki cəzalarının ümumi xarakteridir.
– Peyğəmbərə Təhqir Cinayəti Əhatəsindəki Rəvayətlər
Mənbələr, Hz. Peyğəmbərin ticarət yolları, Mədinənin daxili və xarici təhlükəsizliyini təmin etmək kimi fərqli məqsədlərlə birlikdə dinə və müqəddəs dəyərlərə qarşı fəaliyyət içində olanlardan qorunmaq üçün özəl vəzifəlilər təşkil etdiyini xəbər verməkdədir. Bu bağlamda şerləri ilə Hz. Peyğəmbərə satira qoşmaq və toplumu İslam və Müsəlmanlar əleyhinə təxribatı nəticəsində Əbu Afek, Əsma bnt Mərvan və Kab b. Əşrəf adlı şəxslərin suiqəsd nəticəsində öldürüldüyü qeyd edilməkdədir. Ərtürk, Əbu Afek və Əsma bnt Mərvanın öldürülməsi ilə bağlı tarix kitablarında yer alan rəvayətlər haqqında belə bir dəyərləndirmə vardır:
“Əbu Afek və Əsma bnt Mərvan adlı şəxslərin İslam əleyhinə şer oxuduqları üçün qəddarlıqla Hz. Peyğəmbərin əmri ilə öldürüldüklərinə dair iki rəvayətin qəbul kriteriyaları baxımından əsla mənbə dəyərlərinin olmadığı, məzmunların da İslamın təməl prinsiplərinə tamamilə zidd olduqları üçün qəbul edilməyəcəyi ortaya çıxmaqdadır.
İslama və Müsəlmanlara yönəlik yıxıcı fəaliyyətlər və Hz. Peyğəmbərə təhqir cinayətinin cəzası haqqında Kab b. Əşrəfin ismindən daha çox bəhs olunmaqdadır. Kab b. Əşrəfin öldürülməsi haqqında tarixi mənbələrin yanında hədis kitablarında da detallı bilgilər vardır. Rəvayətə görə bir gün Hz. Peyğəmbərin məsciddə “Kabın öhdəsindən kim gələcək, şübhəsiz O Allah və Rəsuluna əza etmişdir.” şəklindəki ifadələrinin üstündən Muhamməd b. Məsləmə, Hz. Peyğəmbərdən izin istər və bir suiqəsd nəticəsində Kab b. Əşrəfi öldürür. Rəvayətlərə görə Muhamməd b. Məsləmənin, Kab b. Əşrəfi hiylə ilə öldürmək üçün Hz. Peyğəmbərdən “Mənə bu mövzuda, ona hər hansı bir şey söyləməmək izni verin.” şəklindəki istəyi Hz. Peyğəmbər tərəfindən qəbul edilməkdə və Muhamməd b. Məsləmi yoldaşları ilə birlikdə, yalan bəyanatlarla Kab b. Əşrəfi tələyə salıb öldürməkdədir. Kab b. Əşrəfin öldürülməsi haqqındakı bəhsi keçən rəvayətlər, Hz. Peyğəmbəri təhqir edən adamın öldürülməsi gərəkdiyi şəklindəki ictihadların söykənəcəyi olması baxımından önəmlidir.
Rəvayətdə yer alan “Allah və Rəsuluna əziyyət” ifadəsinin, Quranda eyni şəkildə keçməsi diqqət çəkməkdədir. Quran, Allah və Rəsuluna əziyyət qarşısında səbir tövsiyyə edərkən, əlaqədar rəvayətə görə Hz. Peyğəmbərin Muhamməd b. Məsləməyə Kab b. Əşrəfi öldürməsi üçün, yalan və hiylə daxil, hər şeydən istifadə edə biləcəyinə dair suiqəsd izni verməsini açıqlamaq mümkün deyil. Bu səbəblə əlaqədar rəvayətlərə söykənərək, İslam və Müsəlmanlara qarşı fəaliyyətdə olanlar haqqında, fəaliyyətləri təhqir və aşağılayıcı da olsa suiqəsdə icazə vermək günümüz dünyasında Müsəlmanları müdafiəsi çətin bir vəziyyətdə saxlayacaqdır. Eyni şəkildə yüz iyirmi yaşında olduğu bildirilən bir şairin, incidici ifadələr işlətmiş olsa da Hz. Peyğəmbərin şəhərlərinin daxili işlərinə müdaxiləsini tənqid etməsi səbəbilə suiqəsdlə öldürülməsini açıqlamaq mümkün deyildir. Ayrıca bu vəziyyətin, Müsəlmanları bu cür hərəkətləri səbəbilə zaman-zaman terror dövləti olmaqla günahlandırılan ölkələrin vəziyyətinə düşürəcəyi də açıqdır. Əbu Afek, Əsma bnt Mərvan, Əbu Azzə b. Abdullah və Kab b. Əşrəf kimi şairlərin şerlərilə İslam dəvətinin önündə bir əngəl olaraq dəyərləndirildiyi və Maidə 3-cü ayəsi əhatəsində pozuculuqda günahlandırmaqla öldürdükləri şəklindəki bir yanaşma da doğru deyil. Ona görə də bu anlayışla tərifi tam olaraq edilməyən və şərhə açıq saxlanılan cinayət tərifi ilə hər cür hərəkətin pozuculuq əhatəsində dəyərləndirilib ölüm cəzasına hökm etmənin yolu açılmış olur. Necə ki, tarix boyu çox sayda adamın pozuculuq cinayəti üzrə məhkum edilib, çoxu haqqında ölüm cəzasının icra edildiyinə dair örnəklər vardır. Halbuki, bəhs olunan ayədə pozuculuq cinayəti dairəsində edilən cinayətə görə dəyişən salb, (asmaq) ölüm, əl-ayaq çarpaz kəsmək və sürgün olmaqla birdən çox cəza tələbi olmaqdadır. Necə ki, Malikilərin bu mövzuda dövlət başçısına cəzalar arasında mütləq mənada seçim səlahiyyəti verən baxışı, Hənəfilər tərəfindən Quranın cinayət-cəza prinsiplərinə zidd görülərək tənqid etməkdə və pozuculuq cinayəti dairəsində ölüm cəzasının sadəcə öldürənlər üçün verilə biləcəyi, öldürməyən və mal-mülkə yönəlik bir haqqın tapdalanmasında olmayanların cəzasının sürgün olacağı ifadə edilməkdədir. Fikrimizcə də Maidə surəsi 33-cü ayəsini əsas götürərək öldürməyən adamlar haqqında pozuculuq ittihamı ilə ölüm cəzasına hökm etmək doğru deyildir.
Mövzu ilə əlaqədar rəvayətlər üzərindən Hz. Peyğəmbəri təhqir edən adam haqqında ölüm cəzasına hökm etməyin, üsul baxımından da doğru olmadığını bildirməliyik. Quranda da Allah və Rəsuluna əziyyət edənlər haqqında öncəliklə səbir tövsiyyə edilərkən, digər bir ayəyə isə cəza mahiyyətində lənətdən söz edilməkdədir. Ayədəki ifadələr bəyan məqamında həsr olaraq dəyərləndirildiyində, mövzu barəsində rəvayətlərə söykənərək veriləcək olan ölüm hökmü – Hənəfilərin üsulu baxımından- nass üzərinə daha çox, yəni nəsx mənası daşımaqdadır. Bu ancaq mütəvatir ən azından məşhur bir rəvayətlə mümkün ola bilər. Hz. Peyğəmbərə təhqir haqqında ölüm cəzasının bəhs edildiyi rəvayətlərin bir qismi xəbəri-vahid olsa da digər qismi tarixi qeydlərdən ibarətdir. Rəvayətlə əlaqədar digər bir mətin tənqidi, Kab b. Əşrəf kimi İslamla mübarizə barəsində önə çıxan, məşhur bir adamla əlaqədar suiqəsdin, məsciddə açıq şəkildə edilməsidir. Digər tərəfdən mövzu ilə əlaqədar rəvayətlərin hökmə dəlaləti də qəti deyildir. Necə ki, bəhsi keçən adamların sırf təhqir və əza cinayəti etdikləri üçün öldürüldüklərinə dair əlimizdə dəqiq dəlillər olmamaqdadır. Mövzu ilə əlaqədar ən önəmli referans mənbəyi olan Kab b. Əşrəfin öldürülməsini sadəcə təhqir mahiyyətli fəaliyyətlərinə bağlamaq doğru deyildir. Necə ki, mənbələrdə Kab b. Əşrəfin Bədir döyüşündən sonra Məkkəyə gedərək Müsəlmanların əleyhinə döyüşə qızışdırmaçılıq etməsi, ayrıca qırx nəfərə yaxın adamı ilə Müsəlmanlara qarşı savaşmaq üçün Məkkəlilərlə anlaşması və Hz. Peyğəmbəri öldürmək üçün bir qrup Yəhudi ilə gizli suiqəsd planlamasından bəhs olunmaqdadır. Ayrıca rəvayətlərdəki Kab b. Əşrəfin başının Hz. Peyğəmbərə gətirilməsinin üstündən Hz. Peyğəmbərin Allaha şükr etdiyi və “gücünüz çatan Yəhudini öldürün” şəklindəki səhih hədis mənbələrində yer almayan və bir millətə qarşı soyqırım anlamı verən ifadələri, İslamın sülh və ya döyüş hüququ prinsipləri ilə əlaqələndirmək doğru deyildir. Nəticə olaraq bir çox baxımdan tənqidə açıq olması səbəbilə səhihliyi barəsində şübhə yaradan bu cür rəvayətlər üzündən, Hz. Peyğəmbərə təhqir cinayəti edən adam üçün ölüm cəzası kimi ağır və geri dönüşü olmayan bir cəzaya hökm etmək tutarlı deyildir. Kab b. Əşrəfin öldürülməsi haqqındakı rəvayətlər isə səhih hədis mənbələrində yer almaqla birlikdə yuxarıda ifadə edildiyi kimi hökmə dəlaləti qəti deyildir.
Hz. Peyğəmbərə təhqir əhatəsində dəyərləndiriləbiləcək digər bir rəvayət belədir: Yəhudilərdən bir toplum Hz. Peyğəmbərə gələrək belə dedilər: (guya salam verirmiş kimi) “əs-Samu aleykum (ölüm sənin üzərinə olsun)” Hz. Aişə deyir ki; “mən onların nə demək istədiyini anladım və ölüm və lənət sizin üzərinizə olsun” dedim. Bunun üstündən Hz. Peyğəmbər: “Asta ol ey Aişə, mən onlara sizin üzərinizə olsun demişdim.” buyurdu.
Rəvayətdəki ifadələrdən Hz. Peyğəmbərin özünə qarşı incidici və təhqir mahiyyətli davranış qarşısında, sadəcə misli ilə qarşılıq ilə kifayətləndiyi və Hz. Aişəni də həddi aşmamaq barədə xəbərdar etməsi anlaşılmaqdadır. Hz. Aişənin tələffüz etdiyi lənət ifadəsinin Allah və Rəsuluna əziyyət edənlər üçün Quranda bu əhatədə ifadə olunan tel`in ilə uyğunluğu da diqqətə layiqdir.

Klassik Mənbələrdə Peyğəmbərə Təhqir Cinayəti və Cəzası
Klassik mənbələrdə Hz. Peyğəmbəri təhqir edən adamın Müsəlman və ya qeyri-müsəlman olması ayırd olunmadan cəzasının ölüm olduğu haqqında ümumi bir fikir hakimdir. Hətta bu mövzuda ümmətin icma etdiyi ifadə edilməkdədir. Ancaq mövzu ilə əlaqədar icma iddialarına məsafəli yanaşmaq gərəkir. Həmçinin icmadan sözü gedən ibarələrin davamında Əbu Hənifənin müxalifətindən bəhs olunur. Necə ki, Subki, (ölümü 771/1370) Hz. Peyğəmbəri təhqir edən adamın öldürüləcəyi barəsində Əbu Hənifənin müxalifəti olması səbəbilə bu mövzuda icmadan söz edilə bilinməyəcəyi bildirilməkdədir. Zaman-zaman klassik mənbələrdə rast gəlinən bu cür icma ifadələrini üsuldakı icma qavramından fərqli olaraq, məzhəb içində fərqli baxış tapılmadığı və ya üləmanın ümumi fikrinin bu istiqamətdə olduğu anlamında dəyərləndirmək daha doğrudur.
Hz. Peyğəmbəri təhqirin cəzasının istənilən halda ölüm olduğu fikrində olanlar, aşağıdakı ayələrin bu hökmə dəlalət etdiyini bildirməkdədirlər:
“…Allahın Rəsulunu incidənlər üçün isə ələm dolu bir əzab vardır.”
“Şübhəsiz Allah və Rəsulunu incidənlərə, Allah dünya və axirətdə lənət etmiş və onlara aşağılayıcı bir əzab hazırlamışdır.”
“Lənətlənmiş olaraq harada olurlarsa tutulub, mütləq öldürülərlər.”
Hz. Peyğəmbəri təhqirin cəzasını ölüm olaraq açıqlayanlar, ayələrdə keçən “Allahın əzabı və lənətlənmə” ifadələrindən yola çıxaraq belə bir nəticəyə varılmaqdadırlar. Fikrimizə görə hökmə dəlaləti qəti olmayan sözü gedən ifadələrdən bir nəticəyə çatmaq ağlabatan deyildir. Yenə mövzu haqqındakı digər bir dəlil olaraq qəbul edilən, Əhzab surəsi 61-ci ayəsindəki “tapıldıqları yerdə tutulub öldürülmələri” ifadəsini hər-hansı bir adamın etdiyi cinayət səbəbilə mühakimə olunub ölüm cəzasına məhkum olunması mənasından daha çox, savaş hüququ əhatəsində dəyərləndirmək daha doğrudur. Necə ki, ilk müfəssirlərdən Mukatil b. Süleyman (ölümü 150/767) bir sonrakı ayədə sünnətullah olaraq təsbit edilən bu vəziyyətə Bədir savaşını örnək göstərməkdədir. Bu ayələrin yanında, yuxarıda verilən çox sayda rivayət özəlliklə Kab b. Əşrəfin öldürülməsi Peyğəmbərə təhqir cəzasının sünnədən dəlili olaraq qəbul edilməkdədir. Qeyd olunan rəvayətlər haqqında bir yuxarıdakı başlıqda yetərli dəyərləndirmə edildiyi üçün burada təkrara ehtiyac görmürük. Ancaq burada bir əlavə etməkdə fayda var. Hz. Peyğəmbərin mövzu ilə əlaqədar olaraq, Kab b. Əşrəf və Əbu Rafi kimi bəziləri haqqında ölüm cəzasına hökm verərkən, özünü sakitləşdirən Ənəs b. Züneym əd-Dilini əfv etməsi, bəziləri üçün İsə heç cəza verməməsi şəklində rəvayətlərin fərqliliq göstərməsi, ayrıca sözü gedən cinayət dairəsində veriləcək cəzanın həddmi yoxsa tazir qrupunamı daxil ediləcəyi barəsindəki müzakirələr, Hz. Peyğəmbəri təhqirin cəzasını istənilən halda ölüm olaraq açıqlamamıza maneədir.
Qeyri Müsəlmanın Hz. Peyğəmbəri təhqir cinayəti fiqh kitablarında əsasən vətəndaşlıq hüququ əhatəsində baxılmaqda və bu bağlamda zimminin (qeyri müsəlman vatandaş) zimmet aktının pozulub-pozulmayacağı mübahisə mövzusu edilməkdədir. Hənəfilər, Hz. Peyğəmbəri təhqir etməni Müsəlman üçün irtidad, zimmi üçün isə küfrdən də o tərəfə olaraq dəyərləndirməkdədirlər. Allaha övlad nisbət edilməsi kimi Hz. Peyğəmbəri təhqir də eyni statusda qəbul etməkdə və bunun zimmət aktına zərər verməyəcəyini bildirməkdədirlər. Hənəfilər, Hz. Aişə ilə birlikdə olduğu vaxt Hz. Peyğəmbərə salam vermək bəhanəsilə, edilən sataşmanı təhqir olaraq dəyərləndirməkdədirlər. Onlara görə durum zimmət aktının sonlandırılması anlamına gəlsəydi, adı keçən Yəhudilərin hərbi statusunda öldürülmələri gərəkərdi. Bu bağlantıda Abdullah b. Ömərə istinad edilən rəvayətin isnadının zəif olduğu ifadə edilməkdədir. Ancaq zimmet aktı pozulmasa da sözü gedən fəaliyyət, Hənəfilərə görə də cinayət dairəsində dəyərləndirilməkdədir. Bu bağlantıda Cessas (ölümü 370/981) Süfyan əs-Səvrinin (ölümü 161/778) də Hənəfilərlə eyni baxışda olduğuna yer verməkdə və Hz. Peyğəmbəri təhqir edən zimmi haqqında ölüm cəzasından başqa tazir növündən bir cəzanın veriləcəyindən bəhs etməkdədir.
Son dönəm bəzi Hənəfi alimlər, Hz. Peyğəmbəri təhqir əhatəsindəki davranışların vərdiş halına gəlməsi, ictimai olaraq edilməsi, ya da zimmet aktının vəsfi olan zillətə zidd bir şəkildə üstün olması vəziyyətində, zimmet aktının sona çatacağı və sözü gedən cinayəti edən adamlar haqqında dövlət başçısının ölüm cəzası verə biləcəyini ifadə etməkdədirlər. İbnul Human (ölümü 861/1457), əhli zimmətin anlaşmanın tələbi olaraq, cizyə qəbulundan sonra İslam və Müsəlmanları küçümsəyici davranışlardan çəkinmələrinin davamının əsil olduğunu, əks təqdirdə zimmət aktının sona çatacağını ifadə etməkdədir. Ayrıca yuxarıdakı rəvayətdə adı çəkilən Yəhudilərin cizyə verən əhli zimmətdən deyil, Bəni Kurayza və Bəni Badir kimi anlaşmalı qruplardan olduğunu bildirməkdədir.
Son dönəm Hənəfi fəqihlərindən İbn Abidin, Hz. Peyğəmbəri təhqir cinayətinin aleni və itiyadi olması halında ixtisaslı haldan failə tazir olaraq ölüm cəzası veriləcəyini, Əbusuud Əfəndinin də (ölümü 982/1574) bu şəkildə fətva verdiyini bildirməkdədir . Şeyxulislam Feyzullah Əfəndi də (ölümü 1175/1761) ;
“Zeydi zimminin Rəsuli Əkrəm həzrətlərinə açıq şəkildə səbb etdiyi sabit olsa Zeyde nə lazım olur? Sualına “əl-Cavab: Bila tahir məlun qətl olunur.”
“Zeydi zimmi açıq şəkildə haşa summa haşa Rəsuli Əkrəm sallallahu aleyhi və səlləm həzrətlərinə tabir və tasrihi şani mustehcen lafz ilə səbb və şetm etdiyi şərrən sabit olsa Zeydə şərran nə lazım olur?” sualına da əl-Cavab: Gerçi eimmei Hanefi, tazir və habsi medid ilə iktifa eyləmişlər lakin bəzi mütəahhirin qətlinə ifta eylədiklərindən maada eimmei Şafiyyə və Malikiyyə ümumən qətlinə zahib olub Əbusuud aleyhi rahmətul-vadud həzrətləri qətlinə ifta edib Sultan Süleyman Xan aleyhir rahmətu vəl qufran həzrətlərinə məruz olan mevaddandır, hələ də padişahi İslama ərz olunub qətl olunmaq gərəkdir” deyə fətva verməkdədir.
Bir qism Hənəfi fəqihin mövzu haqqındakı baxış dəyişikliyində, toplum düzənini təmin etmək, özəlliklə pozuculuq cinayəti və tazir anlayışı çərçivəsində dövlət başçısına ölüm cəzasına qərar çatan geniş təqdir səlahiyyətinin, təsirli olduğunu söyləmək mümkündür. Necə ki, Osmanlıda bu anlayışla cəzaların ağırlaşdırıldığı və çox sayda fərqli cinayət üçün siyasi olaraq qətl tətbiq etmələrə sıx-sıx müraciət edildiyi tarixi qeydlərdən anlaşılmaqdadır. Aydının aşağıdakı fikirlərini bu çərçivədə dəyərləndirmək yerinə düşər:
“Cəzaların ağırlaşdırılmasında İslam hüququnda mövcud “say bil fesad” (pozuculuq qavramından da çox faydalanmış və zaman-zaman bu qavram sıxışdırılmışdır. Bu səbəblə zənn olunanın əksinə, Osmanlı ənənəvi cəza hüququnun İslam hüququnun gətirmiş olduğu cəzaları yüngülləşdirmədiyi, hətta önəmli ölçüdə ağırlaşdırdığı deyilə bilər”
Şafi məzhəbində Hz. Peyğəmbəri təhqir edən zimminin zimmət aktının pozulması haqqında fərqli baxışlar olmaqla birlikdə, ümumi fikir açıq və ya gizli Qurana və Hz. Peyğəmbərə təhqirin sülh və zimmət aktını sona çatdıracağı şəklindədir. Şafilər, Abdullah b. Ömərin, Hz. Peyğəmbərə küfr edildiyinə dair bir xəbər üstünə, “biz onlara bunun üçün eman vermədik, mən istəsəydim o adamı öldürərdim” sözlərinin əshab tərəfindən rədd edilmədiyini, bu səbəblə bu mövzuda icma meydana gəldiyini bildirməkdədirlər. Ayrıca Hənəfilərin zimmət aktının sona çatmayacağı mövzusunda dəlil olaraq irəli sürdükləri yuxarıda keçən bir qrup Yəhudinin Hz. Peyğəmbərə guya salam vermək üçün işlətdikləri ifadələri “təhqir” mənasında deyil “bəsit bir qınama” olaraq dəyərləndirməkdədirlər. Ayrıca bu hadisənin İslamın güclü olmadığı bir dönəmdə baş verdiyini ifadə etməkdədirlər. Şafilər, Hənəfilərin Hz. Peyğəmbərə təhqiri Xristiyanların üçlük inancı əhatəsində Allaha qarşı söylədiklərinə bənzədərək küfürdən əlavə olaraq dəyərləndirmələrinə, Xristiyanların üçlük inancında tazım, Hz. Peyğəmbərə qarşı isə təhqir məqsədi güddükləri, ayrıca üçlünü ancaq özləri qəbul etmələrinə rəğmən, Hz. Peyğəmbərə təhqirdə isə məqsədlərinin pislik olduğu şəklində cavab verməkdədirlər.
Maliki və Hənbəlilər də Hz. Peyğəmbərə təhqir cinayətinin zimmet aktını sona çatdıracağı şəklində baxış açıqlamaqdadırlar. Necə ki, İbn Qeyyum (ölümü 751/1350) Kab b. Əşrəfin öldürülməsini əhdinin etibarsız sayılması ilə əlaqələndirməkdədir. Yıldız, İslam hüququnda Hz. Peyğəmbəri təhqir edən zimminin aktının pozulması haqqında dörd fərqli baxış olduğunu bildirməkdə və mütləq olaraq aktın pozulacağı və pozulmayacağı şəklində iki zidd fikrin yanında, zimmət aktında təhqir etməməyin şərt qoşulub qoşulmamasına görə də dəyişən iki ayrı baxışdan bəhs etməkdədir.
İbn Teymiyyə, müstəqil olaraq qələmə aldığı es-Sarimul-meslul ala Şatimul-Rasul adlı əsərində mövzu ilə əlaqədar fəqihlərin fikirlərini ətraflı bir şəkildə incələməkdədir. Əsər, Hz. Peyğəmbəri təhqir edən adamın Müsəlman ya da kafir olsun, öldürüləcəyi hökmünə müxalifət edən bir alimin tapılmadığından bəhs etməkdədir. Ayrıca əshabın ilk icma etdiyi mövzulardan birinin Hz. Peyğəmbəri təhqirin cəzasının ölüm, Peyğəmbərdən başqasını təhqirin cəzasının isə cəldə olduğunu təsbit etməkdədir. Hz. Peyğəmbəri təhqir edən adamın sonradan Müsəlman olmasının vəziyyəti dəyişdirməyəcəyi və zındıqlıq cinayətində olduğu kimi istitabənin (tövbəyə dəvət) söhbət mövzusu olmadığını bildirməkdədir.
Hz. Peyğəmbəri təhqir barəsində əsərində ən geniş şəkildə yer verən insan Kadi İyazdır (ölümü 544/1149). Kadi İyaz, Allahın Quranda Hz. Peyğəmbərə əziyyət etməyi haram qıldığını və buna riayət etməyən, birbaşa ya da dolayı olaraq onu söyən, təhqir edən, özü və ya nəsli haqqında aşağılayıcı söz söyləyən adamların tövbə haqqı da olmadan öldürülməsi xüsusunda icmanın varlığından bəhs etməkdədir. Hz. Peyğəmbərə əziyyət edən adamın öldürülməsi barəsində dəlil olaraq, Quranın sözü gedən adamları lənətlədiyini, lənətə kafirlərin layiq olduğunu, küfrün hökmünün də qətl olduğunu ifadə etməkdədir. Bu mövzuda “hər hansı bir Nəbiyə söyəni öldürün, əshabına söyəni isə cəldə ilə cəzalandırın “ şəklində bir rəvayətdən bəhs etməkdə və Kab b. Əşrəfin öldürülməsini də dəlilləri arasında saymaqdadır. Kadi İyazın Qurandakı lənət qavramı üzərindən etdiyi istidlalın yerində olmadığı ortadadır. Necə ki, bu anlayışa görə bütün kafirlərin olduqları yerdə tutulub istənilən halda öldürülmələri gərəkir.
Cinayət-Cəza Uyğunluğu baxımından Peyğəmbərə Təhqir Cinayəti və Cəzası
i. Cinayət-Cəza Uyğunluğu
Cinayət-Cəza Uyğunluğu, cəzanın təyin olunmasında cinayətin əsas alınması və cinayətdəki haqq pozulmasına yol açan hər bir ünsürün qarşılığının cəzada tapılması şəklində açıqlana bilər. Bu anlayışa görə cinayətlərin dəyişməsi ilə cəzalarda fərqliliklər meydana gəlməkdədir. Cinayət-cəza uyğunluğunda cinayət ilə cəza arasındakı tarazlıq sadəcə cinayətin ağırlığı ilə məhdudlaşmadan, cəzanın təyin olunmasına təsir edən çox sayda kriteriya tapılmaqdadır. Bu yönü ilə cinayət-cəza uyğunluğu sistemini, hər bir cinayət üçün fərqli bir cəza, bəzən cinayətin xarakterindən meydana gələn- bir cinayət üçün birdən çox sanksiyanın söhbət mövzusu ola bildiyi cəzalandırma sistemi olaraq tərif vermək mümkündür. Əlbəttə eyni hüquqi maraqları qoruyan cinayətlər üçün bənzər sanksiyalar da söhbət mövzusu olacaqdır.
Cinayət-cəza uyğunluğu, çağdaş İslam hüquq ədəbiyyatında tam mənası ilə qarşılığı olmasa da klassik təfsir, hədis və kəlam mənbələrində “cəza cinayətin cinsindəndir.” İfadəsi ilə qismən dilə gətirilməkdədir.
Keçmiş ümmətlərin etdikləri müxtəlif cinayətlər səbəbi ilə qarşılaşdırdıqları cəzalar,İslam hüquq ədəbiyyatında qisas və hədd cinayətləri üçün nəzərdə tutulan dünyəvi cəzalar ayrıca uxrəvi cəzalarda da eyni bir strukturdan başqa çox sayda cəza növü olmaqdadır. Nəticə olaraq Quran və sünnədə cinayətə görə dəyişən fərqli cəzalandırma növlərinin ümumi prinsip çərçivəsində bəlli bir sistemə bağlı olduğu dərk edilməkdədir.Fəxrəddin ər-Razinin (ölümü 606/1210) haqqında “Bu ayə fiqh elmində əsas bir prinsipdir. Çünki ayə, bütün cinayətlərə misli ilə qarşılıq verməyi prinsip olaraq ortaya qoymaqdadır.” şəklində baxış bəyan etdiyi Şura Surəsinin 40-cı ayəsi fikrimizcə İslam cəza hüququnun üzərinə dayandığı/ dayanması gərəkdiyi ztəməl bir prinsipi ortaya çıxarmaqdadır:
“Bir pisliyin qarşılığı, ona bərabər bir pislikdir.”
Şura Surəsi 40-cı ayəsi bənzər digər ayələrlə birlikdə cinayət-cəza uyğunluğunun əsas prinsipini meydana gətirməklə və İslam hüquq ədəbiyyatında qisas və hədd olaraq ifadə edilən cinayətlərin cəzaları bu ayələrin nəticəsi və onlarla uyğun olaraq gerçəkləşməktədir. Qisas və hədd cinayətlərindən savayı əsasən qissə kontekstində yer verilən cəza nümunələrindən, uxrəvi cəzalara qədər, Quranda yer alan cox saydakı cəzada eyni prinsiplərin keçərli olduğu görülməkdədir. Qurandakı çox saydakı cəzanın ümumi prinsiplərlə uyğun örnək həllər çərçivəsində olduğu anlaşılmaqdadır. Quran və sünnədə yer verilməyən cəzaların təyin olunmasında ümumi prinsiplər və örnək həllər üzərindən cinayətə uyğun cəza təyin etmənin məcburi olduğu, əks bir tutumun zülm və haqsızlıq olacağı əlaqədar ayələrdə təsbit edilməkdədir.
Hz. Peyğəmbərin mənəvi şəxsinə yönəlik təhqir əhatəsindəki mənfi davranışlar, bütün Müsəlmanların müqəddəs dəyərlərinə yönəlik alçaldıcı, incidici haqq pozuntularıdır. Cinayətə görə cəza prinsipinə görə cinayətdə var olan alçaldıcı, aşağılayıcı və qınayıcı özəlliklərin də cəzada eyni şəkildə yer alması gərəkir. Necə ki, Quranda Allah və Rəsuluna əziyyət edənlər haqqında təqdim olunan tel`in cəzasını bu bağlamda dəyərləndirmək gərəkir. Ayəyə görə cinayətə misli ilə qarşılıq verilməkdə, incitmə və aşağılama cinayəti qınama yolu ilə eyni şəkildə qarşılıq tapmaqdadır. Cinayət edən adamın məhkəmə yolu ilə müftəri, yalançı və təhqir edən adam olaraq qəbul edilməsi önəmlidir. Necə ki, təhqir cinayətlərində çox vaxt zərərçəkənlərin, cüzi miqdarda simvolik mənada pul cəzası tələbi ilə iş açması, belə bir hədəfin güdüldüyünü göstərməkdədir.
Bu növ cinayətlərin mətbuat vasitəsilə edilməsi və cinayətin siniflənmiş hala gəlməsi səbəbilə cəza da cinayətin quruluşuna görə dəyişə biləcəkdir. Bu əhatədə tel`in/qınama cəzasına əlavə olaraq, fail üçün bir qisim mədəni haqlardan məhrumiyyət gündəmə gələ bilər. Təşkilati olaraq bağlamaq, yayım qadağası, ölkədən çıxartmaq, vətəndaşlıqdan çıxarmaq kimi sanksiyalardan bəhs oluna biləcəkdir. Onsuz da qiyməti bilinməyən nemətlərin geri alınması Quranın ümumi prinsiplərindəndir. Cinayətin başqa bir ölkədə edilməsi və ya günümüzdə sıxlıqla rastlandığı kimi, bəzi ölkələrin cinayətə zəmin zəmin hazırlaması durumunda beynəlxalq hüquqda qarşılığı olan bir qisim sanksiyalar gündəmə gələ bilər. Beynəlxalq arenada çəkisi olan, siyasi və iqtisadi baxımdan güclü bir ölkənin varlığı ilə qınamaq, əlaqələrə yenidən baxmaq, embarqo kimi sanksiyaların təxminlərin üzərində təsirli olacağı düşünülməkdədir. Ayrıca dünya miqyasında güclü və təsirli bir İslam birliyi də bu cür cinayətlərə qarşı tətbiq olunacaq sanksiyaların təsirini artıracaqdır.
Cinayət ilə cəza arasında adil bir meyarın tapılması cinayət-cəza uyğunluğunun önəmli bir əsasıdır. Mövzuya bu prizmadan baxıldığında da Hz. Peyğəmbəri təhqir edən Müsəlman olmayan adamın ləyaqətsiz davranışlarının qarşılığı edilən cinayətə uyğun, mənəvi cinayətə qarşı mənəvi bir sanksiya olmalıdır. Fikrimizcə Quranda bəhsi keçən cinayət əhatəsində təqdim olunan və bir qisim rəvayətlərdə rastladığımız qınayanın qınanması anlamında tel`in cinayətlə taraz və cinayətə uyğun bir cəzadır. Tel`in cəzasının edilən cinayətə görə bəsit, xəfif qaldığı iddia oluna bilər. Ancaq İslam cəza hüququnda ən ağır cinayətlərdən olan qəsdən adam öldürmədə belə failə əfv ya da ulul-əmrin təqdiri ilə tazir növündən daha yüngül bir cəza ilə həyata dönüş imkanı verilərkən , Hz. Peyğəmbəri təhqir cinayətində istitabə haqqı belə tanınmasının mütləq mənada ölüm cəzasının təqdim edilməsini cinayət-cəza tarazlığı baxımından doğru görmək mümkün deyildir. Tel`in qavramının hüquqi bir termin olduğunu və yuxarıda bildirildiyi kimi bir qisim mədəni haqlardan məhrumiyyət, vətəndaşlıqdan çıxartmaq və ölkədən çıxartmaq kimi nəticələrinin ola biləcəyini söyləməliyik. Bu nəticə Hənəfilərin Hz. Peyğəmbəri təhqir edən qeyri-müsəlman haqqında düşündükləri tazir cəzası ilə də paralellik göstərməkdədir.
Nəticə
Müsəlman və ya qeyri-müsəlman dini inancı fərq etmədən Hz. Peyğəmbəri təhqir edən adamın cəzasının ölüm olduğu barəsində alimlər arasında ümumi bir fikir olmaqdadır. Son dönəmdə bir qisim alim tərəfindən zidd fikir bildirilmiş olsa da Hənəfi məzhəbindəki ümumi fikir, zimminin Hz. Peyğəmbərə təhqir cinayəti, zimmət aktının pozulmasına əsas deyildir. Ancaq bəhsi keçən cinayəti törədən zimmiyə ölümdən başqa tazir növündən bir cəza verilməsi gərəkir. Fikrimizcə, Hənəfilərin digər fiqh məktəblərindən fərqli olaraq, vətəndaşlıq hüququ dairəsində ortaya qoyduğu bu yanaşma, fərqli inanc qruplarının bir arada yaşadığı günümüz dünyasında məsləhət olunandır.
Hz. Peyğəmbəri təhqirin cəzasının ölüm olduğu barəsində dəlil gətirilən ayələrin hökmə dəlaləti yetərli deyildir. Ayrıca bu mövzuda ən önəmli referens olaraq qəbul edilən Kab b. Əşrəf ilə əlaqədar rəvayətlər, səhih hədis qaynaqlarında yer almaqla birlikdə, öldürülməsi haqqında fərqli əsaslardan bəhs olunmaqdadır. Mövzu ilə əlaqədar digər rəvayətlər isə mötəbər hədis mənbələrindən başqa tarixi qeydlərdən ibarətdir. Nəticə olaraq hökmə dəlaləti qəti olmayan ayələr və bir çox baxımdan müzakirəyə açıq rəvayətlər üzərindən, Hz. Peyğəmbəri təhqir edən zimmi haqqında ölüm cəzasına hökm etmək və ya əcnəbi bir ölkə vətəndaşı üçün suiqəsdə yol açmaq doğru deyildir. Ayrıca bəhs olunan rəvayətlərdə Hz. Peyğəmbəri təhqir edənlər haqqında ölüm, əhv ya da heç cəza verilməməsi kimi fəqrliliklərin tapılması və bu əhatədəki cəzanın hədd ya da tazir olduğu barəsindəki müzakirələr, mütləq mənada Hz. Peyğəmbəri təhqir edənin cəzasının ölüm olaraq təyin olunmasına manedir.
Heç kimin başqasının şəxsini və ya müqəddəsini təhqir etmək haqqı olmadığı kimi bu dairədəki hərəkətlərin cəza təqibi olması hüququn bir tələbidir. Bu durum bütün din mənsubları üçün keçərli olduğu kimi, Müsəımanlar üçün müqəddəs olan dəyərlərə yönəlik hər növ xətrə dəyən mənfi söz və hərəkətlərin də cinayətə uyğun bir sanksiya ilə qarşılanması gərəkir. Ancaq cinayət və cəza arasında çəki baxımından bəlli bir tarazlığın olması istər səmavi istərsə də bəşəri hüququn və insan fitrətinin bir tələbidir. Hz. Peyğəmbəri təhqir cinayəti də daxil olmaqla müqəddəs dəyərlərə yönəlmiş bütün cinayətlət, toplumun inanclarını hədəf alması səbəbilə ictimai hüququnə və əfv dairəsindən kənardır. Bu səbəblə bu cür cinayətlər istənilən halda cəzalandırılmalıdır. Ancaq cinayət ilə cəza arasında tarazlıq və uyğunluğun olması gərəkir. Fikrimizcə, təhqir, qınamaq və aşağılamaq kimi xətrə dəyən hər növ cinayətin qarşılığı, eyni şəkildə xətrə dəyən olan telin cəzası olmalıdır. İncidici və xətrə dəyən mənəvi cinayətlərin qarşılığı, bənzər şəkildə xətrə dəyən mənəvi bir sanksiya olan qınamaq ilə məhdud olmalıdır.
Xüsusilə əcnəbi bir ölkə vətəndaşı üçün ediləcək suiqəsd və məhkəməsiz cəza mənasına gələn hərəkətlər, beynəlxalq hüquq baxımından da problem yaratmaqdadır. Bu etibarla Müsəlmanları dünya ictimaiyyətində çətin vəziyyətə salacaq fikirlərin qəbulu, məsləhət baxımından doğru deyildir. Hz. Peyğəmbərə qarşı təhqir və xətrə dəyən davranışların heç bir növünün qəbulu əlbəttə mümkün deyildir. Bununla bərabər, İslamın müqəddəsatına qarşı edilən haqsızlıqların, çox sayda qeyri-Müslimin hidayətinə vəsilə olduğu/ ola biləcəyi, şər kimi gördüyümüz neçə şeyin xeyirlə nəticələnə biləcəyi gerçəyini də unutmamaq gərəkir.