Müsəlmanlar

Kişi neçə ay müddətinə kimi arvadından uzaqda yaşaya bilər?

Sual: Mən bir neçə ildi Rusyaya çörək dalınca işləməyə gedirəm. Bu il bir şey qazana bilmədim və məcburi gələn ilə qədər burda qalıcam. Pul olmadıqdan sonra evə getməyin mənası yoxdu. İndi mən bu iki il ərzində arvaddan uzaq qaldığım üçün aramızdakı nikah düşərmi?

Cavab: Evli olanların uzun müddət bir-birindən ayrı yaşamaları, onların nikahlarına bir xələl gətirməz. Lakin, evlilərin (hansı səbəb olur-olsun) bu cür yaşamaları doğru bir şey deyil. Çünki hər birinin həm öz üzərində həm də uşaqları üzərində haqları və məsuliyyəti vardır. Evlilik, insanı bir çox mənfi təsirlərdən qorumaqla yanaşı, onun maddi və mənəvi ehtiyaclarını təmin etmək üçün qurulmuşdur. Uca Allah kitabında bu barədə belə deyir:

“Onlarla hüzur tapasınız deyə sizə, öz cinsinizdən zövcələr yaratması Allahın ayələrindəndir. Aranıza sevgi və mərhəmət də qoymuşdur. Düşünən bir cəmiyyət üçün bunda dəlillər vardır.” (Rum 30/21.)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/13292.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14556.html

https://www.muselmanlar.com/elanlar-xeberler/12764.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.