Müsəlmanlar

Reenkarnasyon nədir. İslamda reenkarnasyon varmı?

Cavab: Reenkarnasyon, ruhun köçü və ya ruhun bir bədən öldükdən sonra onun başqa bədənlə davam etməsi deməkdir.

Reenkarnasyona inananlar heç bir elmi dəlilə əsaslanmırlar və belə insanlar axirətə inanmadıqları üçün bu cür fantaziyalar uydurublar. Bəzi münafiqlər də bu fantaziyalara qatılmış və bir neçə Quran ayəsini təhrif etmək surətiylə özlərinə oradan dəlil çıxarmaq istəmişlər.

Ruh, canlılar içərisində yalnız insana verilən bir cövhərdir. Uca Allah, hər insanın özünəməxsus ruhu olduğunu bildirir. Bəzi ruhların, bədəni tərk etdikdən sonra Allah qatında xüsusi olaraq ruziləndirlidiklərindən bəhs edilir:

Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir”. (Ali İmran 3/169).

Ayədən də gördüyümüz kimi onların ruhları ancaq Allahın dərgahında, göyün xüsusi bir qatındadır.

Bəzi ruhların isə Allahla dialoqundan, onların təkrar dünyaya geri dönüb, xeyirli əməllər işləmək istəməsindən bəhs edilir. Bu barədə Quranda belə buyrulur:

“Nəhayət, onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər: “Ey Rəbbim! Məni (dünyaya) geri qaytar! Bəlkə tərk etdiyim o yerdə xeyirxah bir iş görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər davam edən bərzəx (maneə) vardır”. (Möminun 23/99-100).

Gördüyünüz kimi, yenidən diriliş gününə qədər ölmüş insanın nə bədəni nə də ruhu dünyaya geri qaytarılır.

Nəticə olaraq; dünyaya bir dəfə gəlirik və Allahın insan üçün yaratdığı imtahan dünyasından Onun istədiyi kimi çıxmağı bacarmalıyıq. Əksi təqdirdə, sonrakı peşmanlıq heç bir fayda saxlamayacaq.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/7733.html

https://www.muselmanlar.com/fitvalar/7269.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.