Müsəlmanlar

Muhəmməd əleyhissəlamın aləmlərə rəhmət olaraq göndərilməsi nə anlama gəlir?

Cavab: Muhəmməd əleyhissəlamın aləmlərə rəhmət olaraq göndərilməsi, onun Allahın elçisi olması səbəbiylədir. Yəni onun zatı ilə əlaqəli deyil, yükləndiyi vəzifəsi ilə əlaqəlidir. Elçi, Allahın sözünü gətirən insandır. Uca Allahın ona verdiyi risalət/elçilik vəzifəsi ilə həmin sözü/vəhyi (Quranı) insanlara çatdırır və insanlar da bu söz/Quran sayəsində dünyada aydınlanmış və axirətdə də əbədi cənnəti qazanmış olurlar. Əsl rəhmət də budur.

Ənbiya surəsinin 105-108 ayələrini oxuduğunuz zaman görəcəksiniz ki, bu rəhmət Musaya göndərilən Tövrat, ondan sonra göndərilən Zəbura da şamil edilmişdir. Xülasə olaraq, Allahdan gələn bütün elçilər yəni, başda ilahi kitablar və bu kitabları təbliğlə vəzifəli bütün peyğəmbərlər, Allahdan bir rəhmət olaraq göndərilmişlər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/13604.html

https://www.muselmanlar.com/fitvalar/6393.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.