Müsəlmanlar

Ərbəin günü. Ərbəin nədir?

Cavab: Ərbəin, ərəb dilində qırx deməkdir. Şiələr, Hüseyn əleyhissəlamın Kərbəlada Yezidin əsgərləri tərəfindən şəhid edilməsinin 40 –cı gününü yad edərlər. Elə həmin günə Ərbəin deyirlər.

Peyğəmbər nəvəsi Hüseyn əleyhissəlam, bütün müsəlmanların sevdiyi, xatirəsini əziz tutduğu insandır. Onun həyatı bizə nümunə, ölümü isə dərs olmalıdır. Hüseyni Hüseyn edən, onun Allaha olan güvəni və müsəlmanlığıdır. Biz də onun kimi yaşamağı, zülmə qarşı çıxmağı öyrənməliyik. Yoxsa, onu istismar edərək, adından yeni bir yol, din və dava güdməməliyik. Hazırda imamlar adından yas mərasimləri tərtib etməklə və onlara ağlamaqla, özlərini döyməklə savab qazanacaqlarını düşünənlər, siyasi təfriqəyə və müsəlmanlar arasında kin və nifrətə səbəb olurlar.

Peygəmbər əleyhissəlam, hədislərinin birində, “Yanaxlarını döyən, Saçını başını yolan, yaxalarını yırtan və Cahiliyyə adətini sürdürənlər bizdən deyildir.” buyurmuşdur.

Dinimizə yas adıyla keçirilən yeddisi, qırxı, əlli ikisi, ili kimi günlər tamamilə Yəhudilərin, Məcusilərin və Şaman din xadimlərinin bizim mollalara ötürdüyü və İslamdan xəbəri olmayan xalqın da mənimsədiyi cahiliyyə adətlərindəndir. Yəni dinimizdə olmayan adət-ənənədir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/genel/13529.html

https://www.muselmanlar.com/elanlar-xeberler/13244.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.