Müsəlmanlar

Qadınlar şalvarla namaz qıla bilər?

Cavab: Uca Rəbbimiz:Səcdə edilən hər yerdə zinətlərinizi taxın (gözəl geyinin)”. buyurmaqdadır (Əraf 7/31).

Yəni sizi gözəl göstərən paltarlar geyinin. Şalvar əslində qadına məxsus geyim tərzi deyil, ancaq günümüzdə bu cür geyim tərzi kişi, qadın bir-birinə qarışmış vəziyyətdə və artıq çox diqqət çəkməməkdə və eyib də sayılmamaqdadır. Şalvar, qadın və kişinin eyib yerlərini örtdüyü üçün (əgər çox dar deyilsə) onunla namaz qılına bilər. Ən yaxşısı isə, şalvarın üstündən bir şey salıb qılmasıdır. Qadınlar xüsusi ilə ictimai yerlərdə buna diqqət etsələr yaxşı olar.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/5558.html

https://www.muselmanlar.com/elanlar-xeberler/7302.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.