Cavab: Bəli, öyrənə bilərsiz. Qurani Kərimdə Uca Allah, kimlərin qurbanının qəbul ediləcəyini kimlərin edilməyəciyini bildirmişdir:
“Onlara Adəmin iki oğlu ilə əlaqəli xəbəri olduğu kimi söylə. Bir gün ikisi də qurban təqdim etmişdi, birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdi. Qurbanı qəbul edilməyən: “Səni mütləq öldürəcəyəm!”, – dedi. Digər qardaşı isə: “Allah ancaq müttəqilərdən/özünü pisliklərdən qoruyanlardan qəbul edər”, – dedi (Maidə 5/27).
Ayədən gördüyümüz kimi; Uca Allah təqvalı insanın yəni, Allahdan çəkinərək özünü günahlardan qoruyan insanın etdiyi xeyir işlərini qəbul edər. Bir başqa ayədə belə buyurulur:
“Bacardığınız qədər Allaha qarşı gəlməkdən çəkinin! Ona qulaq asın, itaət edin və öz xeyriniz üçün (Allah yolunda) xərcləyin! Nəfsinin xəsisliyindən qorunanlar əsl nicat tapanlardır” (Təğabun 64/16).
Təqvalı olmaq, Allahın sevgisini qazanmaq deməkdir. Çünki Quranda təqvalı insanları sevdiyini bildirir: “Şübhəsiz ki, Allah müttəqiləri sevir” (Tövbə 9/4,7).
Siz də bu xüsusiyyətlər varsa, bilin ki, Allah sizi sevir və qurbanınızı da qəbul etmişdir.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Qurban barədə hər cür sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/?s=qurban
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.