Müsəlmanlar

Aybaşı/heyiz olan qadına qurban kəsilə bilərmi?

Sual: Mənim adımdan qurban kəsiləcək. Qorxuram həmin gün heyiz olaram. Əgər heyiz olsam, mənim qurbanım qəbul olarmı? Yəni, heyizli qadına qurban düşürmü?

Cavab: Qadınlarda olan heyiz halı, təbii bir haldır. Onun bu halı nə namaza, nə oruca, nə Quran oxumağa, nə qurban kəsməyə nə də hər hansı bir ibadətə mane deyildir. Əksini iddia edən mollalar Allahın dininə, kitabına iftira edirlər. Aybaşı olan qadını pis görmək, onların toxunduğu şeyi murdar saymaq düşüncəsi İsrailiyyat mənbələrindən gəlir və bir çox din xadimləri də bu düşüncəni ordan götürmüşdür.

Qurani Kərim, qadınların heyiz/aybaşı halını təbii bir əziyyət/rahatsızlıq olaraq görür və onları belə bir halda kişilərin rahat buraxmalarını, cinsi əlaqəyə girməmələrini əmr edir.[1]

Qısacası; Aybaşı olan qadınla sadəcə cinsi əlaqəyə girmək qadağan edilmişdir. Bunun xaricində qurban da daxil, bütün ibadətləri yerinə yetirə bilər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Qadınların aybaşı halı ilə əlaqəli bütün sual-cavabları saytımızın bu linkində görə bilərsiz:

https://www.muselmanlar.com/?s=ayba%C5%9F%C4%B1

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Bəqərə 2/222.