Müsəlmanlar

İnsan öldükdən sonra ruhu hara gedir?

Cavab: Uca Rəbbimiz Möminun surəsində, ruhları alınan kafirlərin peşman olaraq belə dediklərini bildirir: Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman: “Ey Rəbbim! Məni (dünyaya) geri qaytar!” deyər. Bəlkə, tərk etdiyim o yerdə xeyirxah əməl işləyərəm”. Xeyr, onun dediyi (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər davam edən bir bərzəx/maneə vardır” (Möminun 23/99-100).

Kafir olaraq ölənlərin ruhlarının hara gedəcəklərini Qurani-Kərim bizə bildirməkdədir: Ayələrimiz qarşısında yalana sarılan və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz, dəvə iynə dəliyindən keçənə qədər cənnətə girə bilməzlər! Biz günahkarları bax belə cəzalandırırıq” (Əraf 7/40)

Ayədən, ölmüş bədəni tərk edən kafirlərin ruhunun birinci qat səmadan içəri alınmadığını görürük. Ancaq Mömin olaraq və xüsusi ilə Allah yolunda öldürülənlərin ruhunun isə mələklərin birinci qat səmadan içəri alındığını və Allah qatında xüsusi ikram gördükləri bildirilir:

“Allah yolunda öldürülənləri əsla ölü sanma! Əksinə, onlar diridirlər; Rəbbi qatında onlara ruzi verilir (Ali imran 3/169).

Qısacası, ölən insanın ruhunun nə bu dünya ilə nə də ölmüş vücudla bir əlaqəsi qalmaz. Qəbirsanlıqda bir dənə ruh yoxdur. Allahın əmrində olan bu ruhlar, ancaq qiyamətdə/yenidən diriliş günündə insana qaytarılacaqdır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/7733.html

https://www.muselmanlar.com/fitvalar/6158.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.