Müsəlmanlar

Arvadı ölən kişi, ögey qızları ilə eyni evdə yaşaya bilərmi?

Cavab: Kişinin ölən avradından qalan qızları öz qızları kimi deyildir. Ancaq kişi bu ögey qızlarının anası ilə evləndiyi üçün Uca Allah onları kişiyə həmişəlik haram saymış, yəni öz qızları kimi görməsini əmr etmişdir. Uca Allah kitabında belə buyurmaqdadır:

Bunlar (ilə evlənmək) sizə haram edilmişdir: Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin ailənizdən sayılan ögey qızlarınız. Amma cinsi əlaqədə olmadan ayrıldığınız qadınların qızları ilə evlənməkdə sizin üçün günah yoxdur. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə nikahlamaq da sizə haram edilmişdir. Keçmişdə olan (oldu) keçdi. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.” (Nisa 4/23)

Ayədən də görüldüyü kimi, bir kişi, ölən arvadının qızları ilə istərsə eyni evdə istərsə ayrı yaşaya bilər. Haramlıqla əlaqəli öz doğma qızlarına şamil olan qaydalar ögey qızlarına da şamildir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/14381.html

https://www.muselmanlar.com/fitvalar/5562.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.