Müsəlmanlar

SÜRYANİLİK və QƏDİM SURYANİ KİLSƏSİNDƏ İBADƏTLƏR.

SÜRYANİLİK və QƏDİM SURYANİ KİLSƏSİNDƏ İBADƏTLƏR

Nəbimiz özəlliklə əhli kitabla olan əlaqəsində rədd edici və günahlandırıcı deyil, təsdiq edici yöntəm izləmişdir. Bizlər də həm ölkəmizdə, həm də bütün dünyada əhli kitabla olan əlaqələrimizdə eyni metodla getməliyik. Bu baxımdan Süryaniləri tanımaq və ibadətlərini öyrənmək bu əlaqənin sağlam bir məcraya düşməsi baxımından son dərəcə önəmlidir.

Giriş.

Süryanilər Yaxın Şərqdə yer alan qədim xalqlardan biridir. Kökləri 5500 il öncəyə qədər uzandığı təxmin edilir(1). Eyni zamanda ən qədim Xristian kilsələrindən biri olması, ibadət anlayışlarının digər kilsələrdən fərqli olub Müsəlmanlara bənzər tərəflərinin olması, günümüzdə hələ də hörmətə layiq bir nüfuza sahib olmaları, bu mövzunu seçməmizə səbəb olmuşdur.

Türkiyədə Süryani qavramı etnik bir kimlikdən başqa dini bir toplumu təmsil etməkdədir. Halbuki, Xristiyanlıqdan öncə də bu ərazilərdə Süryanilər mövcud idi. Türklər Anadoluya girdikləri zaman Xristiyan Süryanilər ilə tanış oldular. 100 illər boyu eyni torpaqları paylaşdığımız bu xalqı nə qədər tanıyırıq?

Müsəlmanlar olaraq digər inanclara mənsub xalqlarla quracağımız əlaqələr, İslamın yer üzündə doğru bir şəkildə bilinməsi və yayılması baxımından çox önəmlidir. Bu sahədə Müsəlmanların başarılı olduqlarını söyləmək olmur. Çünki digər inanc sahibləri ilə, özəlliklə dini baxımdan paylaşdığımız ortaq dəyərlər ola biləcəyini düşünmərik. Adətən biz və onlar tamamilə fərqliyik. Belə olduqda onları və onların inanclarını tanımağa və anlamağa çalışmaq üçün səy də göstərmərik.

Müsəlmanlar olaraq ağlımızdan çıxarmayacağımız ən təməl Qurani prinsip, təsdiqdir. Necə ki, Quranda çox aydın bir şəkildə vurğulandığı üzrə, bir din mənsubu ancaq Quran onları təsdiq edirsə iman etmək məsuliyyətinə sahib ola bilər(2). Hz. Muhamməd də digər din mənsublarına yazdığı məktublarda təsdiq prinsipinə uyğun hərəkət edərək bütün müsəlmanlara nümunə olmuşdur. Yəhudilərə göndərdiyi bir məktub belədir:

Rəhman və Rəhim olan Allahın adı ilə

Allahın elçisi, Musanın dostu və qardaşı, onun gətirdiyi hər şeyi təsdiq edib doğrulayan Muhəmməddən (bir məktubdur). Ey Tövrata tabe olub, ətrafında toplanan insanlar! Diqqət edib bilin ki, həqiqətən Allahın sizə söylədiyi bu sözləri öz kitabınızda da tapacaqsız: (Fəth 48/29)3

Hz. Muhəmmədin Rum Patrikliyinə göndərdiyi məktub da son dərəcə diqqət çəkəndir:

“Dugaturul Uskufa,

Salam iman edənə… Heç şübhəsiz İsa ə., Allahın təmiz Məryəmə hədiyyə etdiyi ruhu və kəlməsidir. Mən Allaha, İbrahimə, İsmailə, İshaqa, Yaquba və nəvələrinə endirilənlərə, Musaya və İsaya verilənə iman edirəm. Nəbilərə Rəbblərindən nə verilmişsə hamısına inanıram. Biz heç birini digərindən ayırmarıq. Biz Allaha təslim olmuş kimsələrik. Salam hidayətə tabe olanlara. (4)

Nəbimiz özəlliklə əhli kitabla olan əlaqəsində rədd edici və günahlandırıcı deyil, təsdiq edici yöntəm izləmişdir. Bizlər də həm ölkəmizdə, həm də bütün dünyada əhli kitabla olan əlaqələrimizdə eyni metodla getməliyik. Bu baxımdan Süryaniləri tanımaq və ibadətlərini öyrənmək bu əlaqənin sağlam bir məcraya düşməsi baxımından son dərəcə önəmlidir.

Bu yazımızda öncəliklə Süryaniliyi qısaca tanımağa çalışaq, ardından da Süryani Qədim Kilsəsində tətbiq edilməkdə olan ibadərlərə baxacağıq.

  1. Tarixdə Süryanilər

Süryani xalqının tarixini İsadan öncə və sonra olmaqla iki hissəyə bölmək olar. İsadan öncəki Süryanilərin tarixi də e.ə 2500-ci ilə qədər çatmaqdadır. İsadan sonra isə pağan mədəniyyətini tərk edib, Xristiyanlığı seçən və günümüzədək gəlib çatan Süryani kilsəsi dönəmi söhbətimizin mövzusudur. Tarix boyunca bir çox krallıq və imperatorluğun idarəsi altına düşən Süryani toplumu, güc və iqtidar mübarizəsindən əlavə, öz mədəniyyət, inanc və ibadətlərini yaşamağı və yaşatmağı amal tutmuşlar. (5)

Süryani isminin tam olaraq haradan gəldiyi bilinməməklə bərabər kökünə dair bir çox nəzəriyyə ortaya atılmışdır. Bu nəzəriyyələri qısa olaraq belə sıralaya bilərik:

  • Patrik III Yaqubun (ö. 1980) iddiasına görə Süryani ismi böyük Fars kralı Sirusdan gəlməkdədir. Onun fikrincə İsaya inanan Yəhudilər, onu kral Sirus ilə eyniləşdirirlər, bu səbəbdən onlar “Sorin (Süryani)” danışdıqları Arami ləhcəsinə də Sirusca (Süryanicə) deyilmişdir.
  • Mor Dionysius Yaqub b. Suleybi və Mor Mixayel Rabo (ö. 1199) fikrincə Suriya ismi bölgəni ələ keçirən Kilikosun qardaşı Surosdan qaynaqlanmaqdadır. Süryani ismi də Suriya kəlməsindən əmələ

gəlmişdir.

  • Başqa bir iddiaya görə Süryani kəlməsi, Liviyanın cənubunda Sur (Tyre) şəhərinin ismindən əmələ gəlmişdir. Həm də Sur ismi Yunanlar tərəfindən daha Liviyanın Ağdəniz sahilində qalan bütün bölgə üçün işlədilmişdir. Sur bölgəsində olduğu üçün buradakı xalqlara Surin (Süryani) deyilirdi.
  • Digər bir nəzəriyyə Süryani isminin İbrahimin sülaləsindən gələn Asur və ya Asurindən gəlməsindən bəhs edir.
  • Yenə başqa bir baxışa görə Asurluların ölkəsinə Yunanlar tərəfindən “Asurya” deyilirdi. Zamanla əvvəldəki “a” hərfi düşərək buranın xalqına “Süryani” deyilməyə başlanmışdır. (6)

Nəzəriyyələrin hansı doğrudur bilinməz, ancaq günümüzdə Süryani Kilsəsi, bu ismin kral Sirusdan əmələ gəldiyini irəli sürən baxışı özlərinə daha yaxın görürlər.

Süryani irqinin kökü haqqında özlərinin ortaya atdıqları başlıca üç nəzəriyyə vardır.

a.    Arami kökənli olduqları iddiası

b.    Asuri  kökənli olduqları iddiası

c.    Antik Mezopotamiya xalqlarından ərsəyə gəlmiş, Helen sivilizasiyası ilə yoğrulmuş, qan əsasına söykənməyən mədəni bir toplum olduqları iddiası.

Birinci iddiaya görə Süryanilər, əslən Arami irqinə mənsub, qədim bir toplumdur.  Xristiyanlıq Şimala tərəf yayılmağa başlayınca Aramilərin bir qismi Xristian oldular. Xristian olan topluluq, digər Aramilərdən özlərini ayırd etmək üçün “Süryani” ismini istifadə etməyə başladılar.(7)

İkinci görüşə görə Süryanilər, İsadan öncəki  Mezopotamiya xalqlarının davamıdır. Bu baxımdan Süryaniləri “Asurlu”, “Babili”, “Keldani” və ya “Arami” deyə xarakterizə etməmək gərəkir. Süryanilik bütün Mezopotamiya xalqlarının mədəni təməlinə söykənən və bu arada Helenistik sivilizasiyani da assimilyasiya edərək ortaya çıxmış bir sintezdir. (8)

Melki Ürek bu mövzuda ilk görüşü mənimsəyərək, Süryani irqinin Aramilərdən gəldiyini və beləcə Nuhun oğlu Samın oğlu Arama qədər uzandığını müdafiə etməkdədir. Ona görə digər nəzəriyyələrin tarixi bir gerçəkliyi yoxdur. (9)

Bir Xristiyan camaatı olaraq Süryanilər, Pavlusun quruculuğunu etdiyi iman əsaslarını mənimsəyərək, ekümenik Antakya Patrikxanasına bağlı, günümüzdə də tarixi Antakya Patrikxanasını təmsil edən, ən qədim Xristiyan topluluqlarından biridir. (10)

Süryanilər özlərini digər Xristiyan topluluqlardan daha original və dinin də özünə uyğun bir mövqedə görürlər. 1782-ci ildə az sayda episkop  tərəfindən patrik seçilən Mihayel  Carve, daha sonra seçkiyə qatılmayan episkoplar tərəfindən  qeyri-qanuni elan edildikdə, ətrafındakı bir qrup Süryani ilə bərabər Katolik Kilsəsinə qatıldılar. Bunun üzərinə Antakya Patrikliyi özlərini digər Süryani Xristiyanlardan ayırd etmək üçün “qədim”   ifadəsini ortaya atdı. Beləcə Antakya Patrikliyinə bağlı  Ortodoks Süryani Kilsəsi, Süryani Qədim Kilsəsi adını aldı. (11)

Erməni Kilsəsi altı, Protestanlar isə iki sakrament qəbul edərkən, Süryanilər, Katolik və Rum Ortodoks Kilsəsində olduğu kimi yeddi sakrament qəbul edərlər. Bunlardan dördü məcburi ikən, üçü məcburi deyil.

  • Vəftiz (Məcburi mərasim): Digər mərasimlərə giriş qapısıdır.
  • Murun (Məcburi mərasim): Müqəddəs yağ mənasında olan bu mərasim imanlı insana Müqəddəs Ruhu qazandırır.
  • Tövbə (Məcburi mərasim): İmanlı insanda günahlar səbəbindən meydana çıxan xəstəlikləri aparır.
  • Kurdono/Evharistiya (Məcburi mərasim): İmanlı insan, İsa Məsihin əti və qanı ilə mənəvi olaraq doyur.
  • Kehnutluk/Ruhanilik (Məcburi olmayan mərasim): İmanlı bəzi insanların tanrının topluluğunu güdmək və kilsənin davamını sağlam məqsədi ilə səlahiyyətli qılınmasıdır.
  • Xəstə yağı (Məcburi olmayan mərasim): İmanlı insanın bədəninə və mənəvi xəstəliklərinə şəfa verir
  • Evlilik/Nigah (Məcburi olmayan mərasim): İmanlı kişi və qadının qanun çərçivəsində qurduğu müqəddəs birlikdəlikdir. (12)

Günümüzdə Türkiyədə Süryani Qədim Kilsəsinə bağlı iki metropolitik və iki patrik vəkilliyi vardır. 1994-cü il əsas alınaraq ortaya atılan rəqəmlərdə Türkiyədə on yeddi Süryanı papazı, on iki rahibi, on səkkiz rahibəsi və on iki monastrı vardır.

Tək təbiətçi əqidəyə inanmaları ilə teoloji baxımdan bir çox Xristiyan məzhəbindən ayrılan Süryani Qədim Kilsəsi, ibadətləri ilə də fərqlərini ortaya qoymaqdadırlar. Bu fərqliliyin təməlində heç şübhəsiz Süryanilərin Yaxın Şərqli bir xalq olmasının və Süryanicə kimi sami dil ailəsinə mənsub bir dili mənimsəmiş olmalarının rolu böyükdür. Ayrıca Süryanilərin qədim monastr adətlərinin təsiri də nəzərə alınmalıdır.

  1. Süryani Qədim Kilsəsində Çeşidli İbadətlər

Süryani Qədim Kilsəsinin qəbul etdiyi tək Müqəddəs Kitab formu “Peşitta” olaraq bilinən Süryanicə tərcümədir. Peşittanın Köhnə Ahit bölümü birbaşa İbranicədən, Yeni Ahit bölümü isə Yunancadan tərcümə olunmuşdur. Bu səbəblə ibadət dili də Süryanicədir.

Süryani Qədim Kilsəsində ibadətlər günlük, həftəlik və illik olaraq fərqli periodlarda və şəkillərdə icra edilir.

  1. 1 Günlük İbadətlər ( Slutho / Namaz )

Namazın İslama xas bir ibadət olduğu yönündəki düşüncələr həm tarixə həm də Qurana görə yanlışdır. Quranda namazla əlaqədar verilən bu bilgi diqqət çəkicidir:

Özlərinə kitab verilənlər, özlərinə o apaçıq dəlil gəlincəyə qədər bölünüb parçalanacaq deyillərdi. Onlara əmr edilən sadəcə bu idi: Allahın dininə bir şey qarışdırmadan yalnız Ona qulluq edin; namazı düzgün qılın, zəkatı da verin. Doğru din məhz budur. ( Beyyinə 98/ 4,5) .

Yuxarıdakı ayədən anlaşıldığı kimi namaz qılma vəzifəsi başda Yəhudi və Xristiyanlar olmaqla kitab endirilmiş bütün toplumlara yüklənmişdir. Muhamməd ə.s. da yaşadığı dönəmdə, bölgədə yaşayan əhli kitabın qıldığı şəkli ilə namazı qılmışdır. Müsəlmanlar, namazın qılınmasını əmr edən ayələrlə bərabər, Yəhudilərin namazında olduğu kimi, Qüdsə yönələrək namaz qılmağa başlamışlar. O cümlədən Quranda namazın necə qılınacağını tərif edən bilgilərin yer almaması və ayələrdə “əs-salat” şəklində müəyyənlik vurğusu olması, namazın o dönəmdə bilindiyinin bir göstəricisidir. (13)

Günümüzdə digər kilsələrdən fərqli olaraq Süryani Qədim Kilsəsində namaz ibadətinin icra olunması, heç şübhəsiz Süryani camaatının nəsillər boyu İsanın yaşadığı Yaxın Şərqdə  yer almalarının təsiri böyükdür. Necə ki, namaz ibadəti də, digər ibadətlər kimi, yaşayaraq nəsildən nəsilə keçməkdədir. Ana ərazidən uzaqlaşdıqca bu tərz ibadətlərdə dəyişikliklər olması hətta bu ibadətlərin unudulması ola bilər.

Süryani dilində “Slutho” qavramı həm dua həm də bəlli şəkilləri və vaxtları olan namaz ibadəti üçün işlədilir. Bu qavramın Ərəbcədə namaz anlamına gələn “Salat” kəlməsi ilə eyni kökdən olduğu çox açıqdır. (14)

“Bütün xalq vəftiz olduqdan sonra İsa da vəftiz oldu. Dua edərkən göy açıldı və Müqəddəs Ruh, bədən görünümündə, göyərçin kimi Onun üzərinə endi. Göydən, “Sən mənim sevimli Oğlumsan, səndən xoşhalam” deyən bir səs duyuldu.” Luka 3:21-22

Yuxarıdakı pasajda Türkcəyə “Dua edərkən” deyə çevrilən qavram Süryanilər tərəfindən “Namaz qılarkən” şəklində anlaşılır və beləcə bu pasaj namaz ibadətinin dinin təməl bir vəzifəsi olduğunun dəlili olaraq görülməkdədir.

Namaz bir Süryani üçün dinin ilk və ən təməl vəzifəsidir. Bir insan imanını ancaq namaz qılaraq isbat edə bilər. Bir xristiyan əsla namazsız qalmamalı, sabah, axşam və gecə yarısı üzünü Rəbbə çevirərək Onu təsbih etməli, Ona şükr etməli və Ona yalvararaq yardım və rəhmətini diləməlidir. (15)

Süryanilikdə günlük yeddi vaxt namaz olmaqdadır. Bunlardan dördü camaatla, üçü isə münfərid olaraq əda edilir. Bu səbəblə Süryanilikdə kilsənin məscidə bənzər bir funksiyası vardır. (16)

  1. Axşam Namazı (camaatla)
  2. İşa Namazı (münfərid)
  3. Gecə yarısı Namazı (camaatla)
  4. Sabah Namazı (camaatla)
  5. Quşluq Namazı (münfərid)
  6. Zöhr Namazı (camaatla)
  7. Əsr Namazı (münfərid) 17

İslamda beş fərz, iki də nafilə olmaqla cəmi yeddi vaxt namaz qılınmaqdadır. Nafilə olan vaxtlar; gecə (Təhəccüd ) namazı və quşluq (Duha) namazıdır. Süryanilikdən fərqli olaraq İslamda günün ilk namazı zöhr namazı, son namazı da sabah namazıdır. (18)

İsa biraz irəlilədi, üzü üstdə yerə qapanıb dua etməyə başladı.“ Matta 26:29.

Süryanilikdə namazın olmazsa olmazlarından biri də səcdədir. İncil mətinləri bir çox dəfə İsanın səcdə etməsindən bəhs edir. Günümüzdə ibadətlərində səcdəsi olan tək Xristian topluluğu Ortodoks Süryaniləridir.

Qiblə olaraq şərqə dönülür. Namazlarda qiyam, qiraət və səcdə əsaslarına riayət olunması gərəkməkdədir. İslamdan fərqli olaraq günlük namazlarda rüku olmaz. Ancaq ilin bəzi özəl zamanlarında qılınan namazlarda rüku edilməkdədir. (19)

Süryanilərin namazlarında oxuduğu bəzi dualar belədir:

“Ata, oğul və Müqəddəs Ruh adına. Amin”

“Müqəddəssən, müqəddəssən, müqəddəssən, güclü Rəbb Allah, yer və göy izzətinlə doludur. Ona ucalarda Ona həmd olsun. Rəbbin adına gələn və təkrar gələcək olan müqəddəsdir.”

“Müqəddəssən Allah, müqəddəssən güclü, müqəddəssən ölməyən və bizim xaça gərilən, bizə mərhəmət et.”

“Göylərdə olan atamız, adın mübarək olsun və səltənətin gəlsin. Göydə olduğu kimi yer üzündə də dominantlığın olsun. Gərəkli çörəyimizi bu gün bizə ver. Günahkarlarımızı bağışladığımız kimi bizim günahlarımızı bağışla və bizləri sınama. Ancaq bizi pisdən qurtar. Çünki dominantlıq, qüdrət və izzət sonsuzadək sənindir.” (20)

B.2  Oruc ibadəti

“Oruc tutduğunuz zaman, iki üzlülər kimi sifətinizi turşutmayın. Onlar oruc tutduqlarını insanlara bəlli etmək üçün özlərinə pərişan bir görünüm verirlər. Sizə doğrusunu söyləyək, onlar mükafatlarını almışdırlar. Siz oruc tutduğunuz zaman, başınıza yağ sürtüb üzünüzü yuyun. Beləlikə, insanlara deyil, gizlidə olan Atanıza oruclu görünəsiniz. Gizlilik içində ediləni görən Atanız sizi mükafatlandıracaqdır.” Matta 6:16-18.

Süryanilər hər il toplam 172 gün oruc tutarlar. Bu oruclar fərqli zamanlarda fərqli şəkillərdə əda edilməkdədir. Bunlar;

  • Fevral, Mart, Aprel aylarında qırx gün müddət ilə günortaya qədər bir şeyin yeyilmədiyi “Böyük Oruc”
  • İyunun əvvəlində pəhriz olaraq üç gün tutulan “Həvarilər Orucu”
  • 10-15 Avqustda olan 5 günlük pəhrizdən ibarət “Məryəm Ana Orucu”
  • 15-25 Dekabrda 10 gün tutulan İsanın doğum bayramı orucu olan “Noel Orucu” dur. (21)

Oruclar arasında ən önəmli olanı 40 günlük “Böyük Orucdur. Bu orucu İsanın da tutduğuna dair İncil pasajları var:

“ İsa 40 gün 40 gecə oruc tutduqdan sonra acdı” Matta 4:2

Oruc tezdən günəşin çıxması ilə başlar, axşam namazı üçün kilsə zənginin səslənməsi ilə bitər. Bu müddət içində yemək və içmək olmaz. (22)

B.3 Ondalıq Sədəqə

Süryani Kilsəsində “zəkat” qavramı yerinə “sədəqə” işlədilməkdədir. Ancaq bu da bir gerçəkdir ki, Quranda zəkatlardan bəhs edilən ayələrin bir çoxunda “sədəqə” deyə bəhs edilməkdədir.

Mallarından sədəqə al; beləcə onları təmizləmiş və inkişaf etdirmiş olarsan. Onlara daima dəstək ol, sənin dəstəyin onları rahatladır. Hər şeyi dinləyən və bilən Allahdır. Tövbə 9/103

Sədəqələr toplumları inkişaf etdirdiyi üçün “inkişaf” kökündən “zəkat” deyə də keçməkdədir.

Süryani Qədim Kilsəsində sədəqə dinin önəmli bir ibadətidir. Necə ki, İncil pasajlarında bu mövzuda önəmli bilgilər yer almaqdadır:

Siz qablarınızın içindəkini sədəqə olaraq verin, o zaman sizin üçün hər şey təmiz olar.” Luka 11:40

(Məhşər günü kral) solundakılara belə deyəcək: Ey lənətlilər, çəkilin önümdən! İblislə mələkləri üçün hazırlanmış sönməz atəşə girin! Çünki acmışdım, mənə yemək vermədiniz; susamışdım, mənə içəcək vermədiniz; yad idim, məni içəri almadınız; çılpaq idim, məni geyindirmədiniz; xəstə idim, zindanda idim, mənimlə maraqlanmadınız. “ O vaxt onlar da belə qarşılıq verəcəklər: Ya Rəbb, səni nə zaman ac, susuz, yad, çılpaq, xəstə ya da zindanda gördük ki, yardım etmədik? “Kral onlara bu cavabı verəcək: Sizə doğrusunu söyləyim, madam bu ən bəsit qardaşlarımdan biri üçün bunu etmədiniz, mənim üçün də etməmiş oldunuz. “Bunlar sonsuz əzaba, doğrular isə sonsuz yaşama gedəcəklər.” Matta 25:41-46

Günümüzdə Süryani Qədim Kilsəsi camaatına bəlli bir sədəqə miqdarı məcbur tutmaz. Hər kəs gücü çatan miqdarda yoxsullara, yetimlərə, dullara, çətin vəziyyətdə olanlara sədəqə verə bilər. Sədəqə verərkən diqqət olunması gərəkən şeylər, göstərişdən qaçmaq, başa qaxmamaq, gülər üzlü olmaqdır. (23)

Nəticə

Bu çalışmada Süryani Qədim Kilsəsinin tarixinə qısa nəzər etdikdən sonra bəzi ibadətlərini tanımağa çalışdıq. Detallara girməmiz mümkün olmadığı üçün ümumi cizgiləri ilə, namaz, oruc və sədəqə ibadətlərinə baxmaqla kifayətləndik. Sözü gedən ibadətlərin İslamdakı ibadətlərlə böyük ölçüdə bənzər olduğunu, fərqliliklərin daha çox detallarda olduğunu gördük.

Süryanilərin qədim bir Yaxın Şərq xalqı olması, Süryani dilinin sami dil ailəsinə mənsub olaraq Ərəb dilinə çox bənzər olması, “Slutho” adına verilən ibadətin Müsəlmanların Salat/namaz ibadəti ilə son dərəcə bənzər olması, istər Anadolu, istərsə də Ərəb ölkələrində yaşayan Süryanilərin mədəniyyət və adətlərinin bu coğrafiyaya uyğunluğu, Süryani Qədim Kilsəsini Müsəlmanlara yaxın edən özəlliklər arasında sıralana bilər. Sayılmış bütün bu səbəblər, bu mövzudakı çalışmanı cazibədar hala gətirmişdir.

 

Mənbələr:

ALTINIŞIK, Kenan, 5500 yılın Tanıkları Süryaniler, Altan Yay. 2004

ATALAY, Talip, Günümüz Süryani Kilse ve Monastrlarında Din Egitimi, Dini Araştırmalar Dergisi, 8/23, ss. 39-68, 2006

ORUM, Fatih, Tasdik Tebyin ve Nesih,  Suleymaniye Vakfı Yay. 2016.

ÜREK, Melki, Süryanilerin Tarihi ve Sosyolojik Yapısı, Milel ve Nihal Dergisi, 10/2, ss. 95-112, 2013

ÇELİK, Mehmet, Süryani Kilisesi Tarihi, c. I,  Yaylacık Yay, 1987

ÇELİK, Mehmet, Süryaniler, Diyanet İslam Ansiklopedisi (DİA), c. 38, ss. 175-178. 2010

GÜNEL, Aziz, Türk Süryaniler Tarihi, Oya Matbaası, 1970.

DURAK, Nihat, Süryani Ortodoks Kilsesinde ibadet,  Rağbet yay. 2011

SARI, Gökhan, Geçmişten Günümüze Süryaniler ve Süryanilerin Türkiyeye Etkileri: idil örneği, Basılmamış Doktora Tezi,  2011

ŞENOL, Yahya, ALİMOĞLU, Enes, İnsanlık Tarihi Boyunca O Namaz, Süleymaniye Vakfı yay. 2016,

 

1 Bax. Kenan Altınişık, 5500 ilin Şahidləri Süryanilər, Altan Yayınları 2004

2 Nəbilərdən qəti söz almışdıq; sizə kitab və hikmət versəm əlinizdə olanı təsdiq edən bir elçi sizə gələrsə, ona iman edib yardım edəcəksiniz. Bunu qəbul etdinizmi? Bu ağır yükü yükləndinizmi? Onlar da qəbul etdik demişdilər. Allah: “ Siz buna şahid olun, sizinlə bərabər inlə bərabər mən də şahidəm” demişdir. Ali İmran 3/81

3 Fatih Orum, Tasdik Tebyin ve Nesih, ss.212, Suleymaniye Vakfı Yay. 2016.

inanıram, Biz heç birini digərindən ayırmırıq. Biz Allaha təslim olmuş kimsələrik. Salam hidayətə tabe olanlara.” (4)

4 Orum, ss. 219.

5 Melki Ürek, Süryanilerin Tarihi ve Sosyolojik Yapısı, Milel ve Nihal Dergisi, 10/2, ss. 96, 2013

6 Mehmet Çelik, Süryani Kilisesi Tarihi, c. I, ss. 25, Yaylacık Yay, 1987

7 Aziz Günel, Türk Süryaniler Tarihi, ss. 30, Oya Matbaası, 1970.

8 Nihat Durak, Süryani Ortodoks Kilsesinde ibadet, ss. 20, Rağbet yay. 2011

9 Ürek, ss. 98.

10 Mehmet Çelik, Süryaniler, Diyanet İslam Ansiklopedisi (DİA), c. 38, ss. 175. 2010

11 Gökhan Sarı, Geçmişten Günümüze Süryaniler ve Süryanilerin Türkiyeye Etkileri: idil örneği, Basılmamış Doktora Tezi, ss. 61, 2011

12 Sarı, ss. 118

13 Yahya Şenol, Enes Alimoğlu, İnsanlık Tarihi Boyunca O Namaz, Süleymaniye Vakfı yay. 2016, s. 19

14 Durak, ss. 106

15 Durak, ss. 107

16 Talip Atalay, Günümüz Süryani Kilse ve Monastrlarında Din Egitimi, Dini Araştırmalar Dergisi, 8/23, ss. 50, 2006

17  Günel, ss.312

18 Baxın, İsra 17/78

19 Durak, ss. 116

20 Durak, ss. 118

21 Sarı, ss 136

22 Durak, ss. 140

23 Durak, ss. 146