Müsəlmanlar

Qəfəsdə quş bəsləmək olarmı?

Cavab: Bəli, qəfəsdə quş bəsləmək olar. Evdə ya da qəfəsdə quş bəsləmək barədə nə Quranda nə də hədisdə hər hansı bir qadağa yoxdur.

Göyərçin bəsləyənlər barədə peyğəmbərimiz əleyhissəlama istinad edilən bəzi rəvayətlər və din xadimlərinin bu göyərçin saxlayanlara qarşı iradları var ki, bu rəvayətlərə və fətvalara etibar edilməz. Bir də ki, göyərçinlər o dövrün poçtalyonları idi. Bunları, başda padişahlardan tutun, bir çoxları həm xəbərləşmə vasitəsi olaraq həm də gözəlliklərindən, ətlərindən istifadə üçün saxlayırdılar.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/4598.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.