Müsəlmanlar

Mömin olmağın və Müsəlman qalmağın şərti nədir?

Cavab: Allahın kitabında bildirdiyi şəkildə inanan və bu inancını həyata keçirən insana müsəlman deyilir.

Hər iman bir insanı mömin etmədiyi kimi, hər təslimiyyət də bir insanı müsəlman etməz. Buna görə də mən Allaha inanıram, deməklə bir insan mömin, müsəlman olmaz. Hərkəs inanır, yəhudisi, xristianı, bütpərəsti hətta ateistəm diyənlər də inanır. Bu, insan təbiətində var. Allah bunu hər kəsin fitrətinə yerləşdirmişdir. Bəziləri üstünü örtür və bu səbəblə kafir adlanır. Bəziləri özləri istədiyi şəkildə, öz mənfəətlərinə uyğun bir inanç sərgiləyir ki, bunlara münafiqlər deyilir. Bir çoxu Allahla özləri arasına müqəddəsləşdirdikləri şəxsləri qoyar, həm Allaha həm də onlara yönəlmək surətiylə arzularına çatacaqlarına inanırlar. Allah bunlara müşrik deyir. Çox az bir qismi də Allahın istədiyi və kitabında bildirdiyi şəkildə inanır və təsılimiyyət göstərir ki, bunlar Quranda mömin və müsəlman olaraq adlanırlar.

Peyğəmbərlərin göndərildiyi ümmətlər imansız ümmətlər deyildi və onlara “niyə Allaha inanmırsız?” deyə, müraciət edilmirdi. Onlara niyə “Allahın kitabında göstərildiyi şəkildə iman etmir, elçisinə qulaq asmırsız?” deyə, söylənirdi. Çünki, Məkkəli müşriklər Allaha inandıqlarını, İbrahim əleyhissəlamın dinində olduqlarını, namaz qıldıqlarını, həcc etdiklərini və oruç tutduqlarını Quran bizə bildirir. Amma onların bu inancı nə möminə xas bir iman, nə də müsəlmana xas bir təslimiyyət deyildi. Çünki mömin olmaq Allahın istədiyi kimi bir imana sahib olmağı, müsəlman olmaq da Allahın istədiyi kimi bir təslimiyyətə sahib olmağı lazım bilir. Bunu da nazil etdiyi kitab və göndərdiyi elçisi ilə bildirməkdədir. Bizim də, mömin olmağımızın və müsəlman qalmağımızın şərti bunlara qeyidsiz-şərtsiz tabe olmağımıza bağlıdır. Bu şərtlərin ən əsası isə Allaha şərik qoşmamaqdır. Yəni;

تَّبِعُوا مَٓا اُنْزِلَ اِلَيْكُمْ مِنْ رَبِّكُمْ = Rəbbinizdən sizə endirilənə tabe olun!”

Dinin əsası sadəcə bu mənbədir, bundan istifadə edin!

وَلَا تَتَّبِعُوا مِنْ دُونِهٖٓ اَوْلِيَٓاءَؕ  = və Rəbbinizlə özünüz arasına evliyalar/Allaha yaxın gördüyünüz şəxslər qoymayın!” (Əraf 7/3).

Təəssüf ki, Rəbbimizin bu xəbərdarlıqlarına dünyada qulaq asan insanlar olduqca azdır. Yəhudisi, Xristianı, Sünnisi-şiəsi daxil, hər biri özlərinə yeni mənbələr, qurtarıcı müqəddəs şəxslər, evliyalar icad etmiş və Allahın göstərdiyi iman və təslimiyyətdən uzaqlaşmışlar.

Uca Allah, insanların çoxunun güya iman etdiklərini, müsəlman olduqlarını və bu kimi riyakarlıqlarını belə ifşa etməkdədir:

“Bədəvilər: “Biz iman gətirdik!” – dedilər. De ki: “Siz iman gətirməmisiniz. Ancaq, “Biz (sizə) təslim olmuşuq!” – deyin. İman hələ sizin qəlblərinizə girməmişdir. Əgər Allaha və Onun Peyğəmbərinə itaət etsəniz, Allah əməllərinizdən heç bir şeyi əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir”. (Hucurat 49/14)

Bu ayə, Allaha təslim olmaqla möminlərə təslim olmağın, onlarla eyni ailədə yaşamağın, eyni irqdən olmağın, hətta eyni cərgədə savaşmağın, bir insanın qəlbində Allahın göstərdiyi iman və təslimiyyət olmadıqdan sonra, onun mömin və ya müsəlmanlardan olmayacağını göstərməkdədir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/din-xadiml%c9%99ri/14122.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14381.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.