Müsəlmanlar

Kişi öz arvadı ilə həftədə neçə dəfə cinsi əlaqəyə girməlidir?

Sual: Elə qadınlar var ki, “ərim mənimlə ayda bir dəfə, iki aydan bir cinsi əlaqədə olur”. Eləsi də var ki “ərim məni yatmağa qoymur, hər gecə və hətta gündə 2-3 dəfə özü ilə cinsi əlaqədə olmağımı istəyir” deyir. Sualım ondan ibarətdir ki, dinimizdə bu cinsi əlaqənin evlilər arasında bir qaydası, vaxtı və sayısı varmı?

Cavab: Cinsi əlaqəyə girmək arzusu, hər insana görə dəyişir. Bəzilərində bu arzu çox daha güclü, bəzilərində isə çox daha zəif olur. Problem də məhz bundan qaynaqlanır.

Evli olan ər və arvadın bir-biri üzərində olan ən mühüm haqlarından birisi də cinsi arzunun tətmin edilməsidir. Əgər bir kişi öz arvadının cinsi arzusunu ayda bir dəfə olsa tətmin edə bilmirsə, əlbəttə, bu böyük bir problemdir. Bunun tam tərsi də belədir, kişi öz cinsi arzularını arvadı istəmədiyi halda hər gecə və ya gündə 2-3 dəfə yerinə gətirməsini istəyirsə, bunda da bir problem yaranır.[1] Hər şeydə olduğu kimi, cinsi istəklərdə də ifrat və təfritdən qaçınmaq lazımdır. Ona görə də yaxşı olar ki, ər-arvad bu məsələdə bir-birinə anlayış göstərsin və cinsi əlaqədə olmaq istəyən tərəf, qarşı tərəfin də arzusunu nəzərə alsın və öz arzularını bəzi günlər cilovlaya bilsin.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/4141.html

https://www.muselmanlar.com/fitvalar/5902.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bu barədə peyğəmbərimizə yalandan istinad edilən rəvayətlərdən biri də budur: “Kişi arvadını yatağa çağırdığı zaman qadın gəlməzsə və əri də ondan incikli gecəni keçirərsə, mələklər səhərə qədər o qadına lənət edər”. (Buxari, Nikah, 85; Müslim, Nikah 120). Kişilərin cinsi istəyi olduğu kimi qadının da var. Əgər bir kişi öz arvadının cinsi arzusunu təmin etmirsə, onda necə?