Müsəlmanlar

“Biz ancaq müsəlmanıq!” deyənlərə niyə “Quranilər” deyirlər?

Sual: Nəyə görə “biz təkcə Qurana tabeyik” deyəndə, məzhəbçi insanlar bizdən uzaqlaşır. Nəticədə nə Sünnilər bizi sevmir nə də Şiələr. Bunun səbəbi nədir?

Cavab: Dediyiniz doğrudur. Siz müsəlman olduğunuz zaman Sünni, Şiə və müsəlman olmayan hər kəs sizdən uzaqlaşacaq. Çünki onları Qurana tabe olmağa dəvət edirsiz və onların sonradan icad etdikləri dinlərinə, məzhəblərinə, ilahlarına, rəblərinə, imamlarına, kitablarına qarşı çıxırsız. Əgər siz onları öz məzhəblərinə ya da imamlarına; Əbu Cəfərə, İmam Şafiyə, İbn Hənbələ, Abdulvahhaba tabe olmağa çağırsaydınız, onda onlar sizi sevər və sizə yaxınlaşar hətta dostluq, qardaşlıq da edərdilər. Biz müsəlman olaraq ən başda Allahın sevgisini, dostluğunu qazanmaya çalışmalıyıq. Allahın yolundan uzaqlaşdıran şəxslərin bizdən uzaqlaşmasına üzülməməliyik. Bu, tarix boyunca daha çox Allahın elçilərinin başına gələn bir hadisədir və bir imtahandır. Uca Allah belə buyurur:

“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.” (Ənam, 6/159)

Bir başqa ayədə isə: “…Hər firqə öz təriqətinə sevinir.”- buyurmaqdadır. (Rum, 30/32)

Məzhəbçilik edən insanların nəinki sizə dost olmasının, sizi sevməsinin hətta Allahı sevmələrinin bir dəyəri yoxdur. Çünki onlar Allaha şərik qoşurlar. Bu səbəblə, Allahı belə layiqi şəkli ilə yəni, O, Özünü bizə necə tanıdırsa o şəkildə sevməliyik. Əksi təqdirdə bu sevgimizin, inancımızın bir anlamı olmaz. Sünnilər Peyğəmbəri də çox sevir və onun sünnəsi yəni yoluyla getdiklərinə inanırlar. Amma sevdikləri peyğəmbərin Quranda Allahın göstərdiyi peyğəmbərlə əlaqəsi yoxdu. Şiələr də həmçinin, peyğəmbəri və əhli-Beytini çox sevirlər, amma onlarla əlaqələri yoxdu. Çünki hər iki firqə peyğəmbərə və əhli beytinə ən çox iftira edən firqələrdir. Eyni ilə Xristianlar kimi, onlar İsa əleyhissəlamı və Məryəm anamızı çox sevirlər, amma onlarla bir əlaqələri varmı? İsa və Məryəm anamıza ən çox iftira edənlər onlar deyilmi? Deməli, təkcə sevmək kifayət deyil, sevdiyini olduğu kimi yəni layiqi şəkli ilə sevmək lazımdır. Allah bizə necə tanıtmışsa o şəkildə. Nəticə etibarı ilə biz insanların təqdirini yox, Allahın rizasını qazanmaya çalışmalıyıq. Bir müsəlmanın əsas məqsədi bu olmalıdır. Ayədə göstərildiyi kimi: قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى “Mənim sizdən istədiyim, Allaha yaxlaşdıracaq şeylərə sevgi bəsləməyinizdir.” (Şura 23).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/genel/14225.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.