Bu surə 176 ayədən ibarətdir. Nisa kəlməsinin anlamı “qadınlar” deməkdir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
يَا أَيُّهَا النَّاسُ اتَّقُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيرًا وَنِسَاء وَاتَّقُواْ اللّهَ الَّذِي تَسَاءلُونَ بِهِ وَالأَرْحَامَ إِنَّ اللّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا
- Ey insanlar! Sizi bir tək nəfsdən (mayalanmış yumurtadan)[1] yaradan, (hər birinizin) zövcünü/cütünü[2] də ondan yaradan və o ikisindən bir çox kişi və qadını yer üzünə yayan Rəbbinizə qarşı çıxmaqdan çəkinin! Bir-birinizdən bir şey istəyəndə adını çəkdiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Şübhəsiz, Allah sizin üzərinizdə gözətçidir.
وَآتُواْ الْيَتَامَى أَمْوَالَهُمْ وَلاَ تَتَبَدَّلُواْ الْخَبِيثَ بِالطَّيِّبِ وَلاَ تَأْكُلُواْ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا
- (Rüşd çağına çatan) Yetimlərə mallarını verin.[3] Təmizi pis olanla dəyişməyin[4]; onların mallarını öz mallarınıza qataraq yeməyin! Çünki bunun böyük bir vəbalı vardır.
وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُواْ فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلاَّ تَعُولُواْ
- Yetimlərə qarşı doğru davranmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (digər)[5] qadınlardan ikisi, üçü və dördü ilə nikah bağlayın. Əgər aralarında ədaləti yerinə gətirməməkdən qorxursunuzsa[6], onda bir tək qadını və ya əlinizin altında olan bir əsir qadını nikahlayın.[7] Bu, haqsızlıq etməməyiniz üçün daha uyğundur.
وَآتُواْ النَّسَاء صَدُقَاتِهِنَّ نِحْلَةً فَإِن طِبْنَ لَكُمْ عَن شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَّرِيئًا
- Qadınlara mehirlərini[8] könül xoşluğu ilə verin! Əgər ondan bir şeyi sizə öz xoşları ilə bağışlasalar, onu da nuşcanlıqla yeyin.
وَلاَ تُؤْتُواْ السُّفَهَاء أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللّهُ لَكُمْ قِيَاماً وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا
- Allahın sizə dolanışığınızı davam etdirmək üçün verdiyi mallarınızı ağlısəlim olmayanlara[9] verməyin. Onunla onları yedizdirip-içizdirin və geyindirin. Onlara maruf/ümumqəbul[10] sözlər söyləyin.
وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُواْ إِلَيْهِمْ أَمْوَالَهُمْ وَلاَ تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُواْ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُواْ عَلَيْهِمْ وَكَفَى بِاللّهِ حَسِيبًا
- Yetimləri nikah (həddi-büluğ) çağına çatıncaya qədər sınayın. Əgər ağlısəlim olduqlarını hiss etsəniz, mallarını özlərinə verin.[11] Böyüyüb alarlar deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan o mala təşəbbüs etməsin! Fağır olan da ümumqəbul/ehtiyac ölçüləri çərçivəsində yesin. Mallarını özlərinə təslim etdiyiniz zaman onlara qarşı şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər.
لِّلرِّجَالِ نَصيِبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ نَصِيبًا مَّفْرُوضًا
- Ata-ana və qohumların qoyub getdiklərindən kişilərə bir pay var. Ata-ana və qohumların qoyub getdiklərindən qadınlara da bir pay var. (Miras olaraq) Buraxılanın az və ya çox olsun, hər birinə bir pay müəyyən edilmişdir.
وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُوْلُواْ الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا
- (Mirasın) bölgüsündə qohumlar, yetimlər[12] və yoxsullar[13] iştirak edərlərsə, onlara da ondan (mirasdan) bir şey verin və onlara xoş söz söyləyin![14]
وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُواْ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُواْ عَلَيْهِمْ فَلْيَتَّقُوا اللّهَ وَلْيَقُولُواْ قَوْلاً سَدِيدًا
- Arxalarında baxıma möhtac övladlar qoyub gedəcəkləri təqdirdə, -onların halı nə olar deyə- qorxanlar, Allaha qarşı çıxmaqdan çəkinsinlər və doğru söz söyləsinlər.
إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا وَسَيَصْلَوْنَ سَعِيرًا
- Yetimlərin mallarını haqsızlıqla yeyənlər, ancaq öz qarınlarına od doldurmuş olurlar. Onlar, qızğın bir atəşə girəcəklər.
يُوصِيكُمُ اللّهُ فِي أَوْلاَدِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ فَإِن كُنَّ نِسَاء فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ وَإِن كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ وَلأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُ وَلَدٌ فَإِن لَّمْ يَكُن لَّهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلأُمِّهِ الثُّلُثُ فَإِن كَانَ لَهُ إِخْوَةٌ فَلأُمِّهِ السُّدُسُ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ آبَآؤُكُمْ وَأَبناؤُكُمْ لاَ تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعاً فَرِيضَةً مِّنَ اللّهِ إِنَّ اللّهَ كَانَ عَلِيما حَكِيمًا
- Allah, ölənin övladı haqqında sizə buyurur ki;[15] oğula iki qızın payı qədər (pay) düşür. (Ölən şəxsin oğlu yoxdursa) Qızlarının sayı (iki və ya)[16] ikidən artıq olarsa, mirasın üçdə ikisi onlarındır. Əgər tək bir qızı varsa mirasın yarısı onun olur. (Ölən şəxsin) övladı varsa ata-anasının hər birinə altıda bir (pay düşür).[17] Ölənin övladı olmazsa, varisi ata-anadırsa,[18] anasının payı üçdə birdir.[19] Ölənin (atabir)[20] qardaşları varsa, anasının payı altıdabir olur. Paylar, ölənin vəsiyyət etdiyi[21] və ya (yazılı olaraq buraxdığı) borcun ödənməsindən sonra verilir. Ata-ananızdan[22] və övladlarınızdan[23] hansının fayda yönündən sizə daha yaxın olduğunu siz bilməzsiniz. (Buna görə də) paylar, Allah tərəfindən fərz buyurulmuşdur. Şübhəsiz ki, Allah biləndir, doğru höküm verəndir.
وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌ فَإِن كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌ فَإِن كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُم مِّن بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ وَإِن كَانَ رَجُلٌ يُورَثُ كَلاَلَةً أَو امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ فَإِن كَانُوَاْ أَكْثَرَ مِن ذَلِكَ فَهُمْ شُرَكَاء فِي الثُّلُثِ مِن بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّ وَصِيَّةً مِّنَ اللّهِ وَاللّهُ عَلِيمٌ حَلِيمٌ
- Arvadlarınızın övladı yoxdursa, buraxdıqları (mirasın) yarısı sizindir. Əgər övladı varsa, buraxdıqları (mirasın) dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Sizin övladınız yoxdursa, buraxdığınız (mirasın) dörddə biri arvadlarınıza düşür.[24] Əgər övladınız varsa, buraxdığınız (mirasın) səkkizdə biri onlara düşür.[25] (Bu bölgü,) edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır.[26] Əgər miras qoyan kişi və ya qadın (ana tərəfindən) kəlalə olarsa (anası və övladı olmaz) eyni anadan qardaş və ya bacısı olarsa, hər birinə altıda bir pay düşür. Onların sayı birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir.[27] Bu bölgü, ediləcək vəsiyyətdən[28] və ya borc ödənildikdən[29] sonra (heç birinə) zərər verilmədən aparılır. Bu, Allah tərəfindən sizə verilən buyruqdur. Allah biləndir, incə davranandır.
تِلْكَ حُدُودُ اللّهِ وَمَن يُطِعِ اللّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ
- Bunlar Allahın qoyduğu hədlərdir. Kim Allaha və rəsuluna/elçisinin gətirdiklərinə[30] könüldən boyun əyərsə Allah onu, altından çaylar axan baxçalara qoyacaq, orada həmişəlik qalacaqdır. Böyük uğur elə budur!
وَمَن يَعْصِ اللّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ
- Kim Allaha və rəsuluna/elçisinin gətirdiklərinə asi olub Onun qoyduğu hədləri aşarsa, (Allah) onu içində həmişəlik qalacağı[31] cəhənnəmə daxil edəcəkdir. Onun üçün alçaldıcı bir əzab vardır.
وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً
- Qadınlarınızdan pozgunçuluq/zina[32] edənlərə qarşı sizdən dörd şahid gətirin![33] Əgər onlar şahidlik edərlərsə, o qadınları ölümləri çatana qədər, yaxud Allah onlar üçün bir yol açana qədər evlərində saxlayın.[34]
وَاللَّذَانَ يَأْتِيَانِهَا مِنكُمْ فَآذُوهُمَا فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُواْ عَنْهُمَا إِنَّ اللّهَ كَانَ تَوَّابًا رَّحِيمًا
- Sizdən pozğunçuluq edənlərin (zina edən)[35] hər ikisinə də əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, artıq onlardan əl çəkin! Allah, tövbələri qəbul edəndir, rəhmlidir.
إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً
- Allah yanında yalnız o kəslərin tövbəsi/günahdan dönüşü qəbul olunar ki, onlar cəhalətləri üzündən[36] pis bir iş gördükdən sonra dərhal tövbə edərlər/günahlarından dönərlər. Allah belələrinin tövbəsini qəbul edər. Allah biləndir, doğru höküm verəndir.
وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُوْلَـئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا
- Yoxsa pis işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”[37]– deyənlərin də, kafir olaraq ölənlərin də tövbəsi qəbul deyildir. Onlar üçün acı dolu bir əzab hazırlamışıq.
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ يَحِلُّ لَكُمْ أَن تَرِثُواْ النِّسَاء كَرْهًا وَلاَ تَعْضُلُوهُنَّ لِتَذْهَبُواْ بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلاَّ أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَيَجْعَلَ اللّهُ فِيهِ خَيْرًا كَثِيرًا
- Ey inanıb güvənənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir.[38] Onlar açıq-aşkar bir pozğunçuluq (zina) sərgiləmədikcə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş[39] keçinin. Əgər onlar xoşunuza gəlmirsə (bilin ki), xoşlanmadığınız şeydə belə Allah bir çox xeyirlər yarada bilər.
وَإِنْ أَرَدتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنطَارًا فَلاَ تَأْخُذُواْ مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَاناً وَإِثْماً مُّبِيناً
- Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan (boşadıqlarınızdan) birinə yığın-yığın mal vermiş olsanız belə, ondan heç bir şey geri almayın! Məgər böhtan atmaqla və açıq bir günah işləməklə geri alacaqsınız?[40]
وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَاقًا غَلِيظًا
- Onu necə geri ala bilərsiniz? Axı bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm əhd-peyman[41] almışdılar.
وَلاَ تَنكِحُواْ مَا نَكَحَ آبَاؤُكُم مِّنَ النِّسَاء إِلاَّ مَا قَدْ سَلَفَ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاء سَبِيلاً
- Atalarınızın[42] nikahladığı qadınları nikahlamayın! Keçmişdə olanlar (oldu) keçdi. Həqiqətən bu, çox pozğun, iyrənc işdir və pis bir yoldu.
حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالاَتُكُمْ وَبَنَاتُ الأَخِ وَبَنَاتُ الأُخْتِ وَأُمَّهَاتُكُمُ اللاَّتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُم مِّنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَآئِكُمْ وَرَبَائِبُكُمُ اللاَّتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ اللاَّتِي دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُواْ دَخَلْتُم بِهِنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ وَحَلاَئِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلاَبِكُمْ وَأَن تَجْمَعُواْ بَيْنَ الأُخْتَيْنِ إَلاَّ مَا قَدْ سَلَفَ إِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا
- Bunlar (ilə evlənmək[43]) sizə haram edilmişdir: Analarınız,[44] qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız,[45] arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin ailənizdən sayılan ögey qızlarınız.[46] Amma cinsi əlaqədə olmadan ayrıldığınız qadınların qızları ilə evlənməkdə sizin üçün günah yoxdur. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə nikahlamaq da sizə haram edilmişdir. Keçmişdə olan (oldu) keçdi. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاء إِلاَّ مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُم مَّا وَرَاء ذَلِكُمْ أَن تَبْتَغُواْ بِأَمْوَالِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا
- Evli qadınları[47] nikahlamaq da (haram edilmişdir). Ancaq hakimiyyətiniz altına girmiş olanlar (müharibə əsirləri) istisnadır.[48] Allahın sizə yazdığı hökmü budur. Digər qadınlar; namuslu olmaq, zina etməmək və mehirlərini vermək şərtiylə (evlənmək) sizə halal edilmişdir. Onlardan nikahla faydalanmağınız[49] qarşılığında vacib olan mehirlərini verin![50] Mehirləri müəyyən edildikdən sonra razılaşmağınızda sizə günah yoxdur. Həqiqətən, Allah biləndir, doğru höküm verəndir.
وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلاً أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مِّا مَلَكَتْ أَيْمَانُكُم مِّن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ وَاللّهُ أَعْلَمُ بِإِيمَانِكُمْ بَعْضُكُم مِّن بَعْضٍ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلاَ مُتَّخِذَاتِ أَخْدَانٍ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ذَلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنْكُمْ وَأَن تَصْبِرُواْ خَيْرٌ لَّكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ
- İçinizdən azad iffətli mömin qadınlarla[51] nikahlanacaq qədər maddi imkanı olmayanlar, hakimiyyətiniz altında olan mömin əsir qızlarınızı nikahlaya bilərlər. Allah, imanınızı daha yaxşı bilir. Siz hamınız bir-birinizdənsiniz.[52] Onlar (əsir qadınları), iffətli olmaq, zinadan uzaq qalmaq və gizli aşna saxlamamaq şərtiylə ailələrinin[53] icazə ilə nikahlayın və mehirlərini özlərinə mərufa/ümumqəbul ölçülərə uyğun olaraq verin. Evləndikdən[54] sonra pozğunluq/zina edərlərsə, onlara azaq ərli qadınlara verilən cəzanın[55] yarısı tətbiq edilir. Bu rüxsət (əsir qızlarla evlənmək), başqa çıxış yolu olmayanlar üçündür.[56] Səbr etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, rəhmlidir.
يُرِيدُ اللّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ
- Allah, hər şeyi sizə açıq-aydın göstərmək, sizdən əvvəlkilərin sünnəsinə/yollarına[57] yönəltmək və tövbənizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir, doğru hökm verəndir.
وَاللّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُواْ مَيْلاً عَظِيمًا
- Allah, tövbənizi/dönüşünüzü qəbul etmək istəyir. Ehtiraslarına uyanlar isə böyük bir əyriliyə meyl etməyinizi istəyirlər.[58]
يُرِيدُ اللّهُ أَن يُخَفِّفَ عَنكُمْ وَخُلِقَ الإِنسَانُ ضَعِيفًا
- Allah, yükünüzü yüngülləşdirmək istəyir. Çünki, insan zəif yaradılmışdır.
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلاَّ أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ مِّنكُمْ وَلاَ تَقْتُلُواْ أَنفُسَكُمْ إِنَّ اللّهَ كَانَ بِكُمْ رَحِيمًا
- Ey inanıb güvənənlər! Mallarınızı aranızda batıl/haqsız[59] yollarla yeməyin! Yalnız qarşılıqlı razılığa əsaslanan ticarətlə[60] yeyə bilərsiz. Öz-özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı rəhmlidir.
وَمَن يَفْعَلْ ذَلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا وَكَانَ ذَلِكَ عَلَى اللّهِ يَسِيرًا
- Kim həddi aşaraq və zülm edərək bunu edərsə, onu irəlidə atəşə atacağıq. Bu, Allaha çox asandır.
إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُم سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلاً كَرِيمًا
- Sizə qadağan olunan böyük günahlardan[61] çəkinsəniz, sizin digər pis işlərinizi örtərik və sizi dəyərli bir yerə yerləşdirərik.
وَلاَ تَتَمَنَّوْاْ مَا فَضَّلَ اللّهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا اكْتَسَبُواْ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا اكْتَسَبْنَ وَاسْأَلُواْ اللّهَ مِن فَضْلِهِ إِنَّ اللّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
- Allahın birinizə digərinizdən artıq verdiyi şeylərə imrənməyin![62] Kişilərə qazandıqlarından bir pay, qadınlara da öz qazandıqlarından bir pay vardır. Siz, Allahın lütfünü istəyin! Şübhəsiz, Allah hər şeyi biləndir.
وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ إِنَّ اللّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدًا
- Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdiklərinə varislər təyin etdik.[63] And içib, əhd-peyman bağladıqlarınıza gəlincə, öncə onların (arvadların) paylarını verin.[64] Allah hər şeyə şahiddir.
الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاء بِمَا فَضَّلَ اللّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنفَقُواْ مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ اللّهُ وَاللاَّتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلاَ تَبْغُواْ عَلَيْهِنَّ سَبِيلاً إِنَّ اللّهَ كَانَ عَلِيًّا كَبِيرًا
- Kişilər, arvadlarını qoruyub himayə etməklə mükəlləfdirlər. Allahın birinə digərindən artıq üstünlüklər/yükümlülüklər verməsi[65], onların mallarından (arvadları üçün) xərcləmələrinə[66] görədir. Xeyirxah qadınlar, Allaha könüldən böyün əyən və qorunması lazım olan şeyləri Allahın himayəsi sayəsində[67] qoruyub saxlayanlardır.[68]Çıxıb getməsindən[69] qorxduğunuz arvadlarınıza öyüd verin, yataqda onları tərk edin[70] və onları rahat buraxın.[71] Əgər sizə bağlı qalarlarsa[72] onlara qarşı başqa bir yol axtarmayın. Şübhəsiz, Allah çox ucadır, böyükdür.
وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا إِن يُرِيدَا إِصْلاَحًا يُوَفِّقِ اللّهُ بَيْنَهُمَا إِنَّ اللّهَ كَانَ عَلِيمًا خَبِيرًا
- Əgər arvadlarınızın sizdən ayrılıb getməsindən qorxarsanız; bir hakim kişinin, bir hakim də arvadın ailəsindən göndərin. Hər iki tərəf aralarının yenidən düzəlməyini istəyirsə, Allah da onları uzlaşdırar. Şübhəsiz, Allah hər şeyi bilən, hər şeydən xəbərdadır.
وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُورًا
- Allaha qulluq edin və Ona heç bir şeyi şərik qoşmayın! Valideynə yaxşılıq edin. Qohumlara, yetimlərə, kasıblara, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya, əlinizin altındakılara da yaxşılıq edin. Şübhəsiz, Allah özündən razı və qürurlanan heç kimsəyi sevməz.
الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا
- Onlar, xəsislik edən, insanlara da xəsisliyi əmr edən və Allahın özlərinə verdiyi lütfündən gizləyən kimsələrdir. Biz də o nankorlara alçaldıcı bir əzab hazırlamışıq.
وَالَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ رِئَـاء النَّاسِ وَلاَ يُؤْمِنُونَ بِاللّهِ وَلاَ بِالْيَوْمِ الآخِرِ وَمَن يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاء قِرِينًا
- Mallarını insanlara göstəriş üçün xərcləyən, Allaha da axirət gününə də inanmayanlar vardır. Şeytan kimin yoldaşı olursa (bilsin ki), o nə pis bir yoldaşdır.[73]
وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُواْ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ اللّهُ وَكَانَ اللّهُ بِهِم عَلِيمًا
- Onlar Allaha və axirət gününə inansaydılar və Allahın verdiyi ruzidən (riyasız) xərcləsəydilər nə itirərdilər? Allah, onları haqqıyla biləndir.
إِنَّ اللّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا
- Şübhəsiz, Allah zərrə qədər haqsızlıq etməz. Görülən yaxşı bir işi qat-qat artırır və öz qatından böyük bir mükafat verir.[74]
فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَـؤُلاء شَهِيدًا
- Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də onlara şahid gətirdiyimiz zaman halları necə olacaq?[75]
يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ الرَّسُولَ لَوْ تُسَوَّى بِهِمُ الأَرْضُ وَلاَ يَكْتُمُونَ اللّهَ حَدِيثًا
- Rəsula/elçinin gətirdiyinə asi olub kafirlik[76] edənlər, o gün yerlə bir olmağı arzu edərlər və Allahdan heç bir sözü belə gizlədə bilməzlər.
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ وَلاَ جُنُبًا إِلاَّ عَابِرِي سَبِيلٍ حَتَّىَ تَغْتَسِلُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مِّنكُم مِّن الْغَآئِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللّهَ كَانَ عَفُوًّا غَفُورًا
- Ey inanıb güvənənlər! Sərxoş ikən nə dediyinizi bilincəyə qədər[77] və cünub ikən –yolçuluq[78] xaric- qüsl/yuyununcaya qədər namaza yaxınlaşmayın. Əgər xəstələnər və ya səfərdə olsanız ya da sizdən biri ayaq yolundan gəlsə və yaxud qadınlarla yaxınlıq/cinsi əlaqədə olubsa,[79] sonra da su tapmadığınız təqdirdə[80] təmiz bir səthə[81] yönəlib üzünüzü və əllərinizi[82] məsh edin.[83] Şübhəsiz, Allah əfv edəndir, bağışlayandır.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلاَلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ السَّبِيلَ
- Kitabdan özlərinə pay verilmiş kəsləri görmədinmi? (Kitabı buraxıb) azğınlığı satın alıblar və sizin də yoldan çıxmağınızı istəyirlər?
وَاللّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ وَكَفَى بِاللّهِ وَلِيًّا وَكَفَى بِاللّهِ نَصِيرًا
- Düşmənlərinizi ən yaxşı bilən Allahdır. Vəli/himayəçi olaraq Allah sizə yetər. Yardımçı olaraq da Allah yetər.
مِّنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُواْ سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَكِن لَّعَنَهُمُ اللّهُ بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً
- Yəhudilərin bir qismi kəlmələrin anlamını dəyişdirir, dillərini əyib bükərək və dinə tənə vurmaq məqsədilə: “Dinlədik və möhkəm sarıldıq/üsyan etdik”, “Dinlə/dinlənməz!” və “Bizə bax/güd” deyərlər. Əgər onlar “dinlədik və boyun əydik”, “dinlə!” və “bizə bax!”- desəydilər, əlbəttə onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin, küfrləri/haqqa qarşı dirənmələri üzündən Allah onları lənətlədi/uzaqlaşdırdı. Artıq onların çox azı inanıb güvənir.[84]
يَا أَيُّهَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ آمِنُواْ بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَى أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ وَكَانَ أَمْرُ اللّهِ مَفْعُولاً
- Ey kitab verilənlər! Etibarınızı yox edib üzünüzə baxılmaz hala gətirmədən, yaxud şənbə (qadağasını çeynəyən) əhalisini[85] lənətlədiyimiz kimi sizi də lənətləmədən/uzaqlaşdırmadan, yanınızda olanı (Tövratı) təsdiqləyici olaraq endirdiyimiz bu kitaba (Qurana) inanıb güvənin. Allahın əmri mütləq yerinə yetəcəkdir!
إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا
- Allah özünə şərik qoşulmasını bağışlamaz.[86] Bunun xarisində qalan günahları isə lazım olan səyi göstərən kimsə üçün bağışlayar.[87] Kim Allaha şərik qoşarsa, həqiqətən ona qarşı iftira etmiş/yalan uydurmuş, böyük bir günahı işləmiş olur.[88]
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمْ بَلِ اللّهُ يُزَكِّي مَن يَشَاء وَلاَ يُظْلَمُونَ فَتِيلاً
- Özlərini təmizə çıxaranları görmədinmi?[89] Xeyr! Allah, təmizliyi seçəni təmizə çıxardar və onlara tük qədər haqsızlıq edilməz!
انظُرْ كَيفَ يَفْتَرُونَ عَلَى اللّهِ الكَذِبَ وَكَفَى بِهِ إِثْمًا مُّبِينًا
- Gör, o yalanı[90] Allaha qarşı necə uydururlar! Açıq-aşkar bir günah olaraq bu onlara yetər.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُواْ هَؤُلاء أَهْدَى مِنَ الَّذِينَ آمَنُواْ سَبِيلاً
- Kitabdan pay verilənləri görmürsənmi? Onlar cibtə[91] və tağuta[92] inanırlar. Kafirlər üçün: “Bunların yolu, möminlərin yolundan daha doğrudur”- deyirlər.
أُوْلَـئِكَ الَّذِينَ لَعَنَهُمُ اللّهُ وَمَن يَلْعَنِ اللّهُ فَلَن تَجِدَ لَهُ نَصِيرًا
- Onlar, Allahın lənətlədiyi/uzaqlaşdırdığı kimsələrdir. Allah kimi lənətləyər/uzaqlaşdırarsa, ona heç bir yardımcı tapa bilməzsən.
أَمْ لَهُمْ نَصِيبٌ مِّنَ الْمُلْكِ فَإِذًا لاَّ يُؤْتُونَ النَّاسَ نَقِيرًا
- Yoxsa onların mülkdən/hökmranlıqdan bir payımı var?! Elə olsa, insanlara bir zərrə belə verməzlər.[93]
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ فَقَدْ آتَيْنَآ آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُم مُّلْكًا عَظِيمًا
- Yoxsa onlar Allahın öz lütfündən verdiyi kimsələrə həsəd aparırlar? Halbuki biz İbrahim ailəsinə də kitab və hikmət vermişdik. Onlara böyük bir mülk/hökmranlıq vermişdik.
فَمِنْهُم مَّنْ آمَنَ بِهِ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ وَكَفَى بِجَهَنَّمَ سَعِيرًا
- Onlardan kimisi ona inanıb güvəndi, kimisi də üz çevirdi. Cəhənnəmin yaxıcı atəşi onlara yetər.
إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُواْ الْعَذَابَ إِنَّ اللّهَ كَانَ عَزِيزًا حَكِيمًا
- Kafirləri/ayələrimizi görməməzliyə vuranları, bir atəşə atacağıq. Dəriləri yandıqca,[94] əzabı dadmaları üçün onların dərilərlərini dəyişdirəcəyik. Şübhəsiz, Allah əzizdir, doğru hökm verəndir.
وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا لَّهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَنُدْخِلُهُمْ ظِـلاًّ ظَلِيلاً
- İnanıb güvənən və xeyirxah işlər görənləri isə altından çaylar axan cənnətlərə qoyacağıq; orada həmişəlik olaraq əbədi qalacaqlar.[95] Orada onların pak zövcələri[96] olacaq və onları sıx kölgəliklərə yerləşdirəcəyik.[97]
إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا
- Allah sizə, əmanətləri əhlinə verməyinizi və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edər. Allahın sizə verdiyi öyüd necə də gözəldir! Şübhəsiz, Allah hər şeyi eşidəndir, görəndir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً
- Ey inanıb güvənənlər! Allaha itaət edin, Rəsuluna[98] itaət edin[99] və sizdən olan əmir sahiblərinə də. Hər hansı bir şey barəsində (əmir sahibləri ilə) mübahisəyə düşərsəniz, onu Allaha və rəsuluna/elçisinin gətirdiyinə[100] ərz edin. Allaha və axirət gününə inanıb güvənirsinizsə, belə edərsiniz. Bu daha xeyirlidir və nəticə etibarilə ən gözəlidir.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُواْ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُواْ أَن يَكْفُرُواْ بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا
- Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə inanıb güvəndiklərini iddia edənləri görmədinmi? Onlara tağutu[101] inkar/rədd etmələri əmr olunduğu halda,[102] onun hüzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.
وَاِذَا ق۪يلَ لَهُمْ تَعَالَوْا اِلٰى مَٓا اَنْزَلَ اللّٰهُ وَاِلَى الرَّسُولِ رَاَيْتَ الْمُنَافِق۪ينَ يَصُدُّونَ عَنْكَ صُدُودًاۚ
- Onlara: “Allahın nazil etdiyinə və Elçisinə/Gətirdiklərinə tərəf gəlin!”– deyildikdə, o münafiqlərin səndən tamamilə üz döndərdiklərini görərsən.[103]
فَكَيْفَ اِذَٓا اَصَابَتْهُمْ مُص۪يبَةٌ بِمَا قَدَّمَتْ اَيْد۪يهِمْ ثُمَّ جَٓاؤُ۫كَ يَحْلِفُونَ بِاللّٰهِ اِنْ اَرَدْنَٓا اِلَّٓا اِحْسَانًا وَتَوْف۪يقًا
- Öz əlləri ilə törətdikləri əməlləri ucbatından onlara bir müsibət üz verdikdən sonra halları necə olacaq? Sonra sənə gəlib, Allaha and içərək deyərlər ki “Biz ancaq yaxşılıq etməkdən və barışdırmaqdan başqa bir şey istəməmişdik.”
اُو۬لٰٓئِكَ الَّذ۪ينَ يَعْلَمُ اللّٰهُ مَا ف۪ي قُلُوبِهِمْ فَاَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُلْ لَهُمْ ف۪ٓي اَنْفُسِهِمْ قَوْلًا بَل۪يغًا
- Onlar o kəslərdir ki, Allah onların qəlblərindəkini bilir. Elə isə onlara baş qoşma. Onlara öyüd ver və onlara özləri haqqında təsirli sözlər söylə!
وَمَٓا اَرْسَلْنَا مِنْ رَسُولٍ اِلَّا لِيُطَاعَ بِاِذْنِ اللّٰهِۜ وَلَوْ اَنَّهُمْ اِذْ ظَلَمُٓوا اَنْفُسَهُمْ جَٓاؤُ۫كَ فَاسْتَغْفَرُوا اللّٰهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللّٰهَ تَوَّابًا رَح۪يمًا
- Biz hər bir elçini, ancaq ona Allahın izni ilə itaət edilsin deyə, göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənə gəlib Allahdan bağışlanmaq diləsəydilər və elçimiz də onların bağışlanması üçün dua etsəydi,[104] əlbəttə, Allahın tövbələri qəbul etdiyini və rəhmli olduğunu görərdilər.[105]
فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتّٰى يُحَكِّمُوكَ ف۪يمَا شَجَرَ بَيْنَهُمْۙ ثُمَّ لَا يَجِدُوا ف۪ٓي اَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْل۪يمًا
- Xeyr! Rəbbinə and olsun ki, onlar aralarında çıxan mübahisəli mövzularda səni hakim təyin edib sonra da verdiyin hökmə içlərində heç bir sıxıntı duymadan, tam bir təslimiyyətlə boyun əymədikcə inanıb güvənmiş sayılmazlar.[106]
وَلَوْ اَنَّا كَتَبْنَا عَلَيْهِمْ اَنِ اقْتُلُٓوا اَنْفُسَكُمْ اَوِ اخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوهُ اِلَّا قَل۪يلٌ مِنْهُمْۜ وَلَوْ اَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِه۪ لَكَانَ خَيْرًا لَهُمْ وَاَشَدَّ تَثْب۪يتًاۙ
- Əgər onlara: “Nəfslərinizi öldürün[107] ya da yurdlarınızdan çıxın!” deyə əmr etsəydik, onlardan çox azı xaric, bunu yerinə yetirməzdilər. Əgər onlar verilən öyüdü yerinə gətirmiş olsaydılar, əlbəttə onlar üçün xeyirli olardı və daha da güclənərdilər.
وَاِذًا لَاٰتَيْنَاهُمْ مِنْ لَدُنَّٓا اَجْرًا عَظ۪يمًاۙ
- O zaman biz də əlbəttə, onlara qatımızdan böyük bir mükafat verər,
وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَق۪يمًا
- Onları doğru bir yola yönləndirərdik.
وَمَنْ يُطِعِ اللّٰهَ وَالرَّسُولَ فَاُو۬لٰٓئِكَ مَعَ الَّذ۪ينَ اَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيّ۪نَ وَالصِّدّ۪يق۪ينَ وَالشُّهَدَٓاءِ وَالصَّالِح۪ينَۚ وَحَسُنَ اُو۬لٰٓئِكَ رَف۪يقًاۜ
- Kim Allaha və elçisinə/gətirdiklərinə itaət edərsə, onlar, Allahın nemət verdiyi nəbilər, siddiqlər/dürüstlər, şəhidlər və salihlərlə/xeyirxahlarla bərabər olacaqlar.[108] Onlar nə yaxşı yoldaşlardır!
ذٰلِكَ الْفَضْلُ مِنَ اللّٰهِۜ وَكَفٰى بِاللّٰهِ عَل۪يمًا۟
- Bu, Allahın onlara bir lütfüdür. Bunu Allahın bilməsi yetər.
يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا خُذُوا حِذْرَكُمْ فَانْفِرُوا ثُبَاتٍ اَوِ انْفِرُوا جَم۪يعًا
- Ey inanıb güvənənlər! Tədbirinizi alın,[109] bölüklər halında ya da hamınız birlikdə səfərbər olun!
وَاِنَّ مِنْكُمْ لَمَنْ لَيُبَطِّئَنَّۚ فَاِنْ اَصَابَتْكُمْ مُص۪يبَةٌ قَالَ قَدْ اَنْعَمَ اللّٰهُ عَلَيَّ اِذْ لَمْ اَكُنْ مَعَهُمْ شَه۪يدًا
- Şübhəsiz, içinizdən ağır tərpənənlər mütləq olacaqdır. Başınıza bir iş gəlsə “Allah mənə lütf etmiş ki, onlarla bərabər olmamışam”, – deyər.
وَلَئِنْ اَصَابَكُمْ فَضْلٌ مِنَ اللّٰهِ لَيَقُولَنَّ كَاَنْ لَمْ تَكُنْ بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيْتَن۪ي كُنْتُ مَعَهُمْ فَاَفُوزَ فَوْزًا عَظ۪يمًا
- Əgər Allahdan sizə bir lütf (zəfər) nəsib olarsa, bu dəfə sanki aranızda bir ülfət olmamış kimi “Ah nə olaydı onlarla bərabər olaydım da böyük bir nailiyyət əldə edəydim!” – deyərlər.
فَلْيُقَاتِلْ ف۪ي سَب۪يلِ اللّٰهِ الَّذ۪ينَ يَشْرُونَ الْحَيٰوةَ الدُّنْيَا بِالْاٰخِرَةِۜ وَمَنْ يُقَاتِلْ ف۪ي سَب۪يلِ اللّٰهِ فَيُقْتَلْ اَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْت۪يهِ اَجْرًا عَظ۪يمًا
- Elə isə, dünya həyatını axirət qarşılığında satın alanlar, Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ ف۪ي سَب۪يلِ اللّٰهِ وَالْمُسْتَضْعَف۪ينَ مِنَ الرِّجَالِ وَالنِّسَٓاءِ وَالْوِلْدَانِ الَّذ۪ينَ يَقُولُونَ رَبَّنَٓا اَخْرِجْنَا مِنْ هٰذِهِ الْقَرْيَةِ الظَّالِمِ اَهْلُهَاۚ وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ وَلِيًّاۚ وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ نَص۪يرًاۜ
- Sizə nə olub ki, Allah yolunda vuruşmursuz! Halbuki, aciz kişi, qadın və uşaqlar: “Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə qatından bir himayəçi göndər, bizə qatından bir yardımcı göndər!”– deyə, yalvarıb dururlar.
اَلَّذ۪ينَ اٰمَنُوا يُقَاتِلُونَ ف۪ي سَب۪يلِ اللّٰهِۚ وَالَّذ۪ينَ كَفَرُوا يُقَاتِلُونَ ف۪ي سَب۪يلِ الطَّاغُوتِ فَقَاتِلُٓوا اَوْلِيَٓاءَ الشَّيْطَانِۚ اِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَع۪يفًا۟
- İnanıb güvənənlər Allah yolunda vuruşurlar, kafirlər isə tağut[110] yolunda vuruşurlar. Elə isə şeytanın yaxınları ilə vuruşun! Şübhəsiz, şeytanın hiyləsi zəifdir.
اَلَمْ تَرَ اِلَى الَّذ۪ينَ ق۪يلَ لَهُمْ كُفُّٓوا اَيْدِيَكُمْ وَاَق۪يمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَۚ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ اِذَا فَر۪يقٌ مِنْهُمْ يَخْشَوْنَ النَّاسَ كَخَشْيَةِ اللّٰهِ اَوْ اَشَدَّ خَشْيَةًۚ وَقَالُوا رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا الْقِتَالَۚ لَوْلَٓا اَخَّرْتَنَٓا اِلٰٓى اَجَلٍ قَر۪يبٍۜ قُلْ مَتَاعُ الدُّنْيَا قَل۪يلٌۚ وَالْاٰخِرَةُ خَيْرٌ لِمَنِ اتَّقٰى وَلَا تُظْلَمُونَ فَت۪يلًا
- Görmədinmi onlara: “(Döyüşdən) əl çəkin, namaz qılın və zəkat verin!” – deyilmişdi. Onlara döyüşmək vacib edildikdə, onlardan bir qismi insanlardan Allahdan qorxduqları kimi hətta daha çox qorxmağa başladılar: “Rəbbimiz! Bizə niyə savaş yazdın? Nə olardı ki, bizə yaxın bir vaxta kimi möhlət verəydin!”, – deyərlər. De ki: “Dünya mənfəəti azdır. Axirət isə Allaha qarşı gəlməkdən çəkinən kimsə üçün daha xeyirlidir. Sizə tük qədər belə haqsızlıq edilməyəcəkdir”.[111]
اَيْنَ مَا تَكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ ف۪ي بُرُوجٍ مُشَيَّدَةٍۜ وَاِنْ تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا هٰذِه۪ مِنْ عِنْدِ اللّٰهِۚ وَاِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا هٰذِه۪ مِنْ عِنْدِكَۜ قُلْ كُلٌّ مِنْ عِنْدِ اللّٰهِۜ فَمَالِ هٰٓؤُ۬لَٓاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَد۪يثًا
- Harada olursanız olun, istər möhkəm qalalar içində olun, ölüm sizi haqlayacaq! Onlara bir xeyir dəysə: “Bu Allah tərəfindəndir!”[112] – deyərlər. Əgər onlara bir pislik toxunarsa: “Bu sənin üzündəndir!” – deyərlər. De ki: “Hamısı Allah tərəfindəndir!”[113] Bu millətə nə olub ki, söylənən sözü anlamağa yanaşmırlar.[114]
مَٓا اَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّٰهِۘ وَمَٓا اَصَابَكَ مِنْ سَيِّئَةٍ فَمِنْ نَفْسِكَۜ وَاَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولًاۜ وَكَفٰى بِاللّٰهِ شَه۪يدًا
- Sənə nə yaxşılıq gəlsə, Allahdandır. Sənə nə pislik gəlsə, özündən qaynaqlanır.[115] Səni insanlara elçi göndərdik, şahid olaraq Allah yetər.
مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ اَطَاعَ اللّٰهَۚ وَمَنْ تَوَلّٰى فَمَٓا اَرْسَلْنَاكَ عَلَيْهِمْ حَف۪يظًاۜ
- Kim rəsula/elçiyə itaət edərsə, Allaha itaət etmiş olur. Kim də üz çevirərsə, səni onların üzərinə nəzarətçi olaraq göndərmədik.[116]
وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُواْ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌ مِّنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ وَاللّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللّهِ وَكَفَى بِاللّهِ وَكِيلاً
- Sənə “baş üstə!” deyərlər. Amma sənin yanından çıxdıqları zaman onlardan bir qismi, gecə sənin dediklərinin əksini düzüb-qoşarlar. Allah onların düzüb-qoşduqlarını yazır. Sən onlara baş qoşma. Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
أَفَلاَ يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا
- Quranı heç mi ətraflı düşünüb anlamırlar?! Əgər o, Allahdan başqası tərəfindən gəlmiş olsaydı, onda mütləq bir çox ziddiyyət tapardılar.
وَاِذَا جَٓاءَهُمْ اَمْرٌ مِنَ الْاَمْنِ اَوِ الْخَوْفِ اَذَاعُوا بِه۪ۜ وَلَوْ رَدُّوهُ اِلَى الرَّسُولِ وَاِلٰٓى اُو۬لِي الْاَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذ۪ينَ يَسْتَنْبِطُونَهُ مِنْهُمْۜ وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ اِلَّا قَل۪يلًا
- Onlara əmin-amanlıq ya da qorxu doğuracaq bir xəbər gəldiyi zaman onu yayarlar. Halbuki onu elçimizə və içlərindən səlahiyyətli şəxslərə götürsəydilər, içlərindən onun mahiyyətini anlayanlar (xəbərin) nə olduğunu əlbəttə bilərdilər.[117]
فَقَاتِلْ ف۪ي سَب۪يلِ اللّٰهِۚ لَا تُكَلَّفُ اِلَّا نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِن۪ينَۚ عَسَى اللّٰهُ اَنْ يَكُفَّ بَأْسَ الَّذ۪ينَ كَفَرُواۜ وَاللّٰهُ اَشَدُّ بَأْسًا وَاَشَدُّ تَنْك۪يلًا
- Sən Allahın yolunda vuruş! Sən yalnız özünə cavabdehsən.[118] Möminləri də təşviq et. Bəlkə Allah kafirlərin qüvvəsini yox edər. Allahın qüvvəsi daha böyük və cəzası daha şiddətlidir.
مَنْ يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُنْ لَهُ نَص۪يبٌ مِنْهَاۚ وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَاۜ وَكَانَ اللّٰهُ عَلٰى كُلِّ شَيْءٍ مُق۪يتًا
- Kim yaxşı bir işə dəstək[119] olarsa, ona ondan bir pay vardır. Kim pis bir işə dəstək olarsa, ona da ondan bir pay vardır. Allah hər şeyə nəzarət edəndir.
وَاِذَا حُيّ۪يتُمْ بِتَحِيَّةٍ فَحَيُّوا بِاَحْسَنَ مِنْهَٓا اَوْ رُدُّوهَاۜ اِنَّ اللّٰهَ كَانَ عَلٰى كُلِّ شَيْءٍ حَس۪يبًا
- Sizə salam verildiyi zaman ondan daha gözəli ilə ya da eynisi ilə qarşılıq verin.[120] Şübhəsiz, Allah hər şeyi hesaba alandır.
اَللّٰهُ لَٓا اِلٰهَ اِلَّا هُوَۜ لَيَجْمَعَنَّكُمْ اِلٰى يَوْمِ الْقِيٰمَةِ لَا رَيْبَ ف۪يهِۜ وَمَنْ اَصْدَقُ مِنَ اللّٰهِ حَد۪يثًا۟
- Allah, ondan başqa ilah olmayandır. O, gələcəyində şübhə olmayan qiyamət/məzardan qalxma günü sizi mütləq bir araya toprlayacaqdır. Kim Allahdan daha doğru sözlü ola bilər?
فَمَا لَكُمْ فِي الْمُنَافِق۪ينَ فِئَتَيْنِ وَاللّٰهُ اَرْكَسَهُمْ بِمَا كَسَبُواۜ اَتُر۪يدُونَ اَنْ تَهْدُوا مَنْ اَضَلَّ اللّٰهُۜ وَمَنْ يُضْلِلِ اللّٰهُ فَلَنْ تَجِدَ لَهُ سَب۪يلًا
- Sizə nə olub ki, münafiqlər[121] haqqında iki qrupa bölündünüz? Allah onları, etdiklərinə görə başı aşağı etmişdir. (Etdiklərindən ötrü) Allahın yoldan azdırdığı/azmış gördüklərini doğru yolda olanlar olaraq görmək istəyirsiz? Allah (etdiklərindən ötrü) kimi yoldan azdırmışsa, sən ona əsla bir çıxış yolu tapa bilməzsən.
وَدُّوا لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا فَتَكُونُونَ سَوَٓاءً فَلَا تَتَّخِذُوا مِنْهُمْ اَوْلِيَٓاءَ حَتّٰى يُهَاجِرُوا ف۪ي سَب۪يلِ اللّٰهِۜ فَاِنْ تَوَلَّوْا فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدْتُمُوهُمْۖ وَلَا تَتَّخِذُوا مِنْهُمْ وَلِيًّا وَلَا نَص۪يرًاۙ
- Çox istəyirlər ki, özləri kafir olduqları kimi siz də kafir olub özləri ilə eyni səviyyəyə düşəsiz. Allah yolunda hicrət etmədikcə onlardan heç birini vəli/yaxın[122] tutmayın. Əgər (hicrətdən) üz çevirsələr, onları yaxalayın və tutduğunuz yerdə öldürün. Onlardan özünüzə nə bir yaxın/himayəçi tutmayın nə də yardımcı.
اِلَّا الَّذ۪ينَ يَصِلُونَ اِلٰى قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ م۪يثَاقٌ اَوْ جَٓاؤُ۫كُمْ حَصِرَتْ صُدُورُهُمْ اَنْ يُقَاتِلُوكُمْ اَوْ يُقَاتِلُوا قَوْمَهُمْۜ وَلَوْ شَٓاءَ اللّٰهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَاتَلُوكُمْۚ فَاِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَاَلْقَوْا اِلَيْكُمُ السَّلَمَۙ فَمَا جَعَلَ اللّٰهُ لَكُمْ عَلَيْهِمْ سَب۪يلًا
- Ancaq sizinlə aralarında müqavilə olan bir millətə sığınanlar və ya sizinlə vuruşmağa ya da öz millətləri ilə vuruşmağa könülləri razı olmayaraq sizə gələnlər istisnadır. Əgər seçim Allahın əlində olsaydı onları üstünüzə salar və sizinlə vuruşardılar. Əgər onlar sizdən uzaq durub, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, artıq onların əleyhinə bir yol izləməyinizə Allah icazə verməz.
سَتَجِدُونَ اٰخَر۪ينَ يُر۪يدُونَ اَنْ يَأْمَنُوكُمْ وَيَأْمَنُوا قَوْمَهُمْۜ كُلَّمَا رُدُّٓوا اِلَى الْفِتْنَةِ اُرْكِسُوا ف۪يهَاۚ فَاِنْ لَمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُٓوا اِلَيْكُمُ السَّلَمَ وَيَكُفُّٓوا اَيْدِيَهُمْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْۜ وَاُو۬لٰٓئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَانًا مُب۪ينًا۟
- Həm sizdən tərəf güvəndə həm də öz millətindən güvəndə olmaq istəyən başqa münafiqlər də görəcəksiniz. Bunlar nə vaxt bir fitnəyə[123]/sizinlə vuruşmağa yönləndirilsələr, ora başıaşağı atılarlar. Əgər onlar sizdən uzaq durmasalar, sizə sülh təklif etməsələr və sizdən əl çəkməslər, onları yaxalayın və tutduğunuz yerdə öldürün. Artıq bunlar əleyhində sizə açıq-aşkar səlahiyyət verdik.
وَمَا كَانَ لِمُؤْمِنٍ اَنْ يَقْتُلَ مُؤْمِنًا اِلَّا خَطَـًٔاۚ وَمَنْ قَتَلَ مُؤْمِنًا خَطَـًٔا فَتَحْر۪يرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَدِيَةٌ مُسَلَّمَةٌ اِلٰٓى اَهْلِه۪ٓ اِلَّٓا اَنْ يَصَّدَّقُواۜ فَاِنْ كَانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْر۪يرُ رَقَبَةٍ مُؤْمِنَةٍۜ وَاِنْ كَانَ مِنْ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ م۪يثَاقٌ فَدِيَةٌ مُسَلَّمَةٌ اِلٰٓى اَهْلِه۪ وَتَحْر۪يرُ رَقَبَةٍ مُؤْمِنَةٍۚ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِۘ تَوْبَةً مِنَ اللّٰهِۜ وَكَانَ اللّٰهُ عَل۪يمًا حَك۪يمًا
- Bir möminin başqa bir mömini öldürməyə haqqı yoxdur! Ancaq xəta olması istisnadır. Hər kim bir mömini xəta ilə öldürərsə, boyunduruğu altındakı bir mömini hürriyyətinə qovuşdurmalı və öldürülənin ailəsinə diyət[124] ödəməlidir. Əgər öldürdüyü mömin, sizə düşmən olan bir cəmiyyətdən isə (yalnız) boyunduruğu altındakı bir mömini hürriyyətinə qovuşdurması lazımdır. Əgər aranızda müqavilə olan bir cəmiyyətdən isə[125] ailəsinə diyət ödəməsi və boyunduruq altındakı bir mömini hürriyyətinə qovuşdurması lazımdır. Boyunduruğu altında birini tapa bilməyən, ard-arda iki ay oruç tutmalıdır. Bu, tövbəsinin Allah tərəfindən qəbul edilməsi üçündür. Allah biləndir, doğru hökm verəndir.
وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا
- Bir mömin bir mömini qəsdən öldürərsə onun cəzası, içində həmişəlik qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş/uzaqlaşdırmış və onun üçün böyük bir əzab hazırlamışdır.[126]
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللّهِ فَتَبَيَّنُواْ وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِندَ اللّهِ مَغَانِمُ كَثِيرَةٌ كَذَلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ اللّهُ عَلَيْكُمْ فَتَبَيَّنُواْ إِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
- Ey inanıb güvənənlər! Allah yolunda döyüşə çıxanda, sizə salam verən/müsəlman olduğunu bildirən birini yaxşıca araşdırın![127] Dünya həyatının keçici mənfəətinə göz dikərək ona, “Sən mömin deyilsən!” deməyin![128] Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də onlar kimi idiniz,[129] Allah sizə lütf etdi (mömin oldunuz). Ona görə də yaxşı araşdırın. Allah, etdiyiniz hər şeydən xəbərdardır.
لَا يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِن۪ينَ غَيْرُ اُو۬لِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ ف۪ي سَب۪يلِ اللّٰهِ بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْۜ فَضَّلَ اللّٰهُ الْمُجَاهِد۪ينَ بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ عَلَى الْقَاعِد۪ينَ دَرَجَةًۜ وَكُلًّا وَعَدَ اللّٰهُ الْحُسْنٰىۜ وَفَضَّلَ اللّٰهُ الْمُجَاهِد۪ينَ عَلَى الْقَاعِد۪ينَ اَجْرًا عَظ۪يمًاۙ
- Möminlərdən üzrlü səbəbi olmadan[130] (cihada getməyib) oturanlarla, malları və canları ilə Allah yolunda cihad edənlər/cəhd edənlər[131] bir olmaz. Allah, malları və canları ilə cihad edənlərin dərəcəsini (cihada getməyib) oturanlardan üstün tutmuşdur. Hərçənd Allah hamısına ən gözəl olanı vəd etmişdir.[132] Ancaq Allah böyük mükafat yönündən cihad edənləri, (cihada getməyib) oturanlardan üstün tutmuşdur.
دَرَجَاتٍ مِنْهُ وَمَغْفِرَةً وَرَحْمَةًۜ وَكَانَ اللّٰهُ غَفُورًا رَح۪يمًا۟
- (O böyük mükafat) Onun tərəfindən verəcəyi dərəcələr, bağışlanma[133] və mərhəmətdir. Allah bağışlayandır, rəhmlidir.
اِنَّ الَّذ۪ينَ تَوَفّٰيهُمُ الْمَلٰٓئِكَةُ ظَالِم۪ٓي اَنْفُسِهِمْ قَالُوا ف۪يمَ كُنْتُمْۜ قَالُوا كُنَّا مُسْتَضْعَف۪ينَ فِي الْاَرْضِۜ قَالُٓوا اَلَمْ تَكُنْ اَرْضُ اللّٰهِ وَاسِعَةً فَتُهَاجِرُوا ف۪يهَاۜ فَاُو۬لٰٓئِكَ مَأْوٰيهُمْ جَهَنَّمُۜ وَسَٓاءَتْ مَص۪يرًاۙ
- Mələklər özlərinə zülm edənlərin canlarını aldığı zaman[134] onlara “nə iş görürdüz?” deyəcəklər. Onlar da: “Biz öz torpaqlarımızda zəif kimsələr idik” deyə qarşılıq verəcəklər. Bunun üzərinə mələklər “Allahın yeri geniş deyildimi, siz orada hicrət edəydiniz!”[135] – deyərlər. Onların gedib qalcaqları yer cəhənnəmdir. Gedilən o yer necə də pisdir.[136]
اِلَّا الْمُسْتَضْعَف۪ينَ مِنَ الرِّجَالِ وَالنِّسَٓاءِ وَالْوِلْدَانِ لَا يَسْتَط۪يعُونَ ح۪يلَةً وَلَا يَهْتَدُونَ سَب۪يلًا
- Yalnız heç bir çarəsi olmayan, (hicrət etməyə) yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar müstəsnadır.
فَاُو۬لٰٓئِكَ عَسَى اللّٰهُ اَنْ يَعْفُوَ عَنْهُمْۜ وَكَانَ اللّٰهُ عَفُوًّا غَفُورًا
- Allahın onları əfv etməsi umulur. Allah əfv edəndir, bağışlayandır.
وَمَنْ يُهَاجِرْ ف۪ي سَب۪يلِ اللّٰهِ يَجِدْ فِي الْاَرْضِ مُرَاغَمًا كَث۪يرًا وَسَعَةًۜ وَمَنْ يَخْرُجْ مِنْ بَيْتِه۪ مُهَاجِرًا اِلَى اللّٰهِ وَرَسُولِه۪ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ اَجْرُهُ عَلَى اللّٰهِۜ وَكَانَ اللّٰهُ غَفُورًا رَح۪يمًا۟
- Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim Allahın və elçisinin yolunda hicrət üçün evindən çıxdıqdan sonra ölüm onu haqlayarsa, onun mükafatı Allaha aiddir. Allah bağışlayandır, rəhmlidir.
وَاِذَا ضَرَبْتُمْ فِي الْاَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ اَنْ تَقْصُرُوا مِنَ الصَّلٰوةِۗ اِنْ خِفْتُمْ اَنْ يَفْتِنَكُمُ الَّذ۪ينَ كَفَرُواۜ اِنَّ الْكَافِر۪ينَ كَانُوا لَكُمْ عَدُوًّا مُب۪ينًا
101.Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə hücum etməsindən qorxarsınızsa, o namazı (səfərdə qıldığınız namazı) qısaltmağınızda[137] bir günah yoxdur. Kafirlər sizin açıq düşməninizdir.
وَاِذَا كُنْتَ ف۪يهِمْ فَاَقَمْتَ لَهُمُ الصَّلٰوةَ فَلْتَقُمْ طَٓائِفَةٌ مِنْهُمْ مَعَكَ وَلْيَأْخُذُٓوا اَسْلِحَتَهُمْ۠ فَاِذَا سَجَدُوا فَلْيَكُونُوا مِنْ وَرَٓائِكُمْۖ وَلْتَأْتِ طَٓائِفَةٌ اُخْرٰى لَمْ يُصَلُّوا فَلْيُصَلُّوا مَعَكَ وَلْيَأْخُذُوا حِذْرَهُمْ وَاَسْلِحَتَهُمْۚ وَدَّ الَّذ۪ينَ كَفَرُوا لَوْ تَغْفُلُونَ عَنْ اَسْلِحَتِكُمْ وَاَمْتِعَتِكُمْ فَيَم۪يلُونَ عَلَيْكُمْ مَيْلَةً وَاحِدَةًۜ وَلَا جُنَاحَ عَلَيْكُمْ اِنْ كَانَ بِكُمْ اَذًى مِنْ مَطَرٍ اَوْ كُنْتُمْ مَرْضٰٓى اَنْ تَضَعُٓوا اَسْلِحَتَكُمْۚ وَخُذُوا حِذْرَكُمْۜ اِنَّ اللّٰهَ اَعَدَّ لِلْكَافِر۪ينَ عَذَابًا مُه۪ينًا
102.(Ey Muhəmməd!) Onların arasında olub onlara namaz qıldırdığın zaman[138] onlardan bir qismi səninlə bərabər namaza dursun. Silahlarını da kuşanmış olsunlar. Səcdə etdikləri zaman dərhal ətrafınıza dağılsınlar və o bir qismi gəlsin, onlar da səninlə namaz qılsınlar və tədbirlərini də alsın, silahlarını kuşansınlar. Kafirlər istəyirlər ki, silahlarınızdan və əşyalarınızdan uzaq qalasınız və sizə qarşı ani bir hücuma keçsinlər. Yağışdan əziyyət çəkər və ya xəstə olarsınızsa, silahlarınızı bir yerə qoymağınızda sizə günah olmaz, amma yenə də tədbiri əldən buraxmayın. Şübhəsiz, Allah o kafirlərə alçaldıcı bir əzab hazırlamışdır.
فَاِذَا قَضَيْتُمُ الصَّلٰوةَ فَاذْكُرُوا اللّٰهَ قِيَامًا وَقُعُودًا وَعَلٰى جُنُوبِكُمْۚ فَاِذَا اطْمَأْنَنْتُمْ فَاَق۪يمُوا الصَّلٰوةَۚ اِنَّ الصَّلٰوةَ كَانَتْ عَلَى الْمُؤْمِن۪ينَ كِتَابًا مَوْقُوتًا
- O (bir rükətlik) namazı qılanda[139] Allahı ayaqda, oturanda və yanlarınız üzərində xatırlayın![140] Elə ki, təhlükə sovuşdu, namazı tam qılın.[141] Çünki, namaz möminlərə vaxtları içərisində[142] fərz qılınmışdır.
وَلَا تَهِنُوا فِي ابْتِغَٓاءِ الْقَوْمِۜ اِنْ تَكُونُوا تَأْلَمُونَ فَاِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَۚ وَتَرْجُونَ مِنَ اللّٰهِ مَا لَا يَرْجُونَۜ وَكَانَ اللّٰهُ عَل۪يمًا حَك۪يمًا۟
- (Sizə hücum edən) Cəmiyyəti təqib etməkdə laqeyd davranmayın.[143] Siz acı çəkirsinizsə, onlar da sizin kimi acı çəkirlər. Üstəlik siz, Allahdan onların ümid etmədikləri şeyləri umursunuz. Allah biləndir, doğru hökm verəndir.
إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ وَلاَ تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًا
- Həqiqəti ehtiva edən bur kitabı sənə biz nazil etdik ki, sənə göstərdiyimiz şəkildə[144] insanlar arasında hökm verəsən.[145] Odur ki, xainləri müdafiə edənlərdən olma!
وَاسْتَغْفِرِ اللّهِ إِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا
- Allahdan bağışlanma dilə![146] Şübhəsiz, Allah bağışlayandır, rəhmlidir.
وَلاَ تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًا
- Özlərinə xəyanət edənləri müdafiə etmə! Allah xainlik edənləri, günahkarları sevməz.
يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلاَ يَسْتَخْفُونَ مِنَ اللّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لاَ يَرْضَى مِنَ الْقَوْلِ وَكَانَ اللّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا
- Onlar insanlardan gizlənməyə çalışırlar, amma Allahdan gizlənməyə çalışmazlar.[147] Halbuki, gecələr Allahın razı qalmadığı şeyləri planladıqları əsnada Allah onlarla bərabərdir. Allah onların etdiklərini əhatə edir.
هَاأَنتُمْ هَـؤُلاء جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَن يُجَادِلُ اللّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلاً
- İndi deyək ki siz, dünya həyatında onları müdafiə etdiniz. Bəs, qiyamət/yenidən diriliş günü Allaha qarşı onları kim müdafiə edəcək, yaxud kim onlara vəkil olacaq?!
وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّهَ يَجِدِ اللّهَ غَفُورًا رَّحِيمًا
- Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın çox bağışlayan, mərhəmətli olduğunu görər.
وَمَن يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُ عَلَى نَفْسِهِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا
- Kim bir günah qazanarsa, onu ancaq öz əleyhinə qazanar. Allah bilir, doğru hökm verir.
وَمَن يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُّبِينًا
- Kim də bir xəta edər və ya günah qazanar, sonra onu bir günahsızın üstünə atarsa, şübhəsiz ki o, iftira etmiş və açıq-aşkar bir günahı yüklənmiş olur.
وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّت طَّآئِفَةٌ مُّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلاُّ أَنفُسَهُمْ وَمَا يَضُرُّونَكَ مِن شَيْءٍ وَأَنزَلَ اللّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللّهِ عَلَيْكَ عَظِيمًا
- Əgər sənə Allahın lütfü və mərhəməti olmasaydı, onlardan bir dəstə səni yoldan çıxarmağa təşəbbüs edərdi. Halbuki onlar ancaq özlərini yoldan çıxarırlar və sənə heç bir zərər verə bilməzlər. Allah sənə kitabı və hikməti nazil etmiş və sənə bilmədiklərini öyrətmişdir. Allahın sənin üzərində çox böyük lütfü var!
لاَّ خَيْرَ فِي كَثِيرٍ مِّن نَّجْوَاهُمْ إِلاَّ مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلاَحٍ بَيْنَ النَّاسِ وَمَن يَفْعَلْ ذَلِكَ ابْتَغَاء مَرْضَاتِ اللّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
- Onların gizli görüşmələrinin çoxunda bir xeyir yoxdur. Ancaq sədəqə vermə, yaxşılıq etmə ya da insanların arasını barışdırmaları bundan istisnadır. Kim bunları Allahın rizasına nail olmaq üçün edərsə, ona böyük bir mükafat verərik.
وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا
- Kim özünə doğru yol açıq-aşkar bəlli olduqdan sonra bu elçidən/onun gətirdiyi ayələrdən ayrılır[148] və möminlərin yolundan başqa bir yola tabe olarsa,[149] onu yönəldiyi yola yoldaş edərik və cəhənnəmə salarıq. Gedilən o yer necə də pisdir.
إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا
- Allah, Özünə şərik/şirk qoşulmasını bağışlamaz! Bunun xaricində/altındakı günahları, dilədiyi kimsələr üçün bağışlayar.[150] Kim Allaha şərik qoşarsa, yoldan çıxıb dərin bir azğınlığa düşmüşdür.
إِن يَدْعُونَ مِن دُونِهِ إِلاَّ إِنَاثًا وَإِن يَدْعُونَ إِلاَّ شَيْطَانًا مَّرِيدًا
- Onlar ancaq Allah ilə öz aralarına qoyduqları tanrıçalarına yalvarırlar.[151] Onların əslində xeyirsiz bir şeytana yalvarırlar.
لَعَنَهُ اللّٰهُۢ وَقَالَ لَاَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَص۪يبًا مَفْرُوضًاۙ
- Allah, o şeytanı lənətlədi/uzaqlaşdırdı. Şeytan da belə dedi: “Əlbəttə mən, Sənin bəndələrindən bir qismini mütləq ələ alacağam.”[152]
وَلأُضِلَّنَّهُمْ وَلأُمَنِّيَنَّهُمْ وَلآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الأَنْعَامِ وَلآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّهِ وَمَن يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِّن دُونِ اللّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًا
- Onları mütləq yoldan çıxaracağam, mütləq boş xülyalarla məşğul edəcəyəm. Onlara mütləq əmr edəcəyəm, heyvanların qulaqlarını dələcəklər.[153] Mütləq əmr edəcəyəm, Allahın yaratdığını dəyişdirəcəklər.[154] Sizdən kim şeytanı özünə Allahdan daha yaxın sayarsa, şübhəsiz o, aşıq-aşkar bir ziyana düşmüşdür.
يَعِدُهُمْ وَيُمَنّ۪يهِمْۜ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ اِلَّا غُرُورًا
- (Şeytan) onlara vədlər verir, onları boş xülyalarla məşğul edər. Şeytan, ancaq aldatmaq üçün söz verir.
اُو۬لٰٓئِكَ مَأْوٰيهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَح۪يصًا
- Onların qalacaqları yer cəhənnəmdir. Oradan bir xilas yolu tapa bilməzlər.
وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا وَعْدَ اللّهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ قِيلاً
- İnanıb güvənən və xeyirxah işlər görənləri isə, içindən çaylar axan cənnətlərə daxil edəcəyik. Orada əbədi olaraq həmişəlik qalacaqlar. Bu, Allahın haqq olan vədidir.[155] Allahdan daha doğru sözlü kim ola bilər?
لَيْسَ بِاَمَانِيِّكُمْ وَلَٓا اَمَانِيِّ اَهْلِ الْكِتَابِۜ مَنْ يَعْمَلْ سُٓوءًا يُجْزَ بِه۪ۙ وَلَا يَجِدْ لَهُ مِنْ دُونِ اللّٰهِ وَلِيًّا وَلَا نَص۪يرًا
- Nə sizin xülyalarınıza nə də kitab əhlinin xülyalarına görə deyil:[156] Kim pis bir iş görərsə, ona görə cəzalandırılar və o, Allah ilə özü arasına girəcək nə bir himayədar nə də bir yardımcı tapa bilməz.
وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِنْ ذَكَرٍ اَوْ اُنْثٰى وَهُوَ مُؤْمِنٌ فَاُو۬لٰٓئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَق۪يرًا
- Kişi və ya qadından hər kim mömin olaraq xeyirxah işlər görərsə, bax cənnətə onlar girəcəklər! Onlara zərrə qədər haqsızlıq edilməyəcəkdir.
وَمَنْ اَحْسَنُ د۪ينًا مِمَّنْ اَسْلَمَ وَجْهَهُ لِلّٰهِ وَهُوَ مُحْسِنٌ وَاتَّبَعَ مِلَّةَ اِبْرٰه۪يمَ حَن۪يفًاۜ وَاتَّخَذَ اللّٰهُ اِبْرٰه۪يمَ خَل۪يلًا
- Gözəl davranaraq özünü Allaha təslim edəndən[157] və hənif/müvahhid olaraq İbrahimin millətinə (dininə) tabe olandan daha gözəl bir dinə kim girmiş ola bilər ki! Allah, İbrahimi səmimi bir dost tutmuşdur.
وَلِلّٰهِ مَا فِي السَّمٰوَاتِ وَمَا فِي الْاَرْضِۜ وَكَانَ اللّٰهُ بِكُلِّ شَيْءٍ مُح۪يطًا۟
- Göylərdə nə varsa, yerdə nə varsa hamısı Allahındır. Allah, hər şeyi əhatə etmişdir.
وَيَسْتَفْتُونَكَ فِي النِّسَٓاءِۜ قُلِ اللّٰهُ يُفْت۪يكُمْ ف۪يهِنَّۙ وَمَا يُتْلٰى عَلَيْكُمْ فِي الْكِتَابِ ف۪ي يَتَامَى النِّسَٓاءِ الّٰت۪ي لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ اَنْ تَنْكِحُوهُنَّ وَالْمُسْتَضْعَف۪ينَ مِنَ الْوِلْدَانِۙ وَاَنْ تَقُومُوا لِلْيَتَامٰى بِالْقِسْطِۜ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَاِنَّ اللّٰهَ كَانَ بِه۪ عَل۪يمًا
- Qadınlar barəsində səndən fətva[158] istəyirlər. De ki: Onlar barəsində sizə fətvanı Allah verir. Kitabda yazılmış olanı (mirası) onlara verməyib[159], nikahlamaq istədiyiniz qadınların yetimləri[160], zəif düşürülmüş uşaqlar və bütün yetimlərə haqq çərçivəsində davranmağınız barədə fətva sizə açıq-aşkar oxunmaqdadır.
وَاِنِ امْرَاَةٌ خَافَتْ مِنْ بَعْلِهَا نُشُوزًا اَوْ اِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَٓا اَنْ يُصْلِحَا بَيْنَهُمَا صُلْحًاۜ وَالصُّلْحُ خَيْرٌۜ وَاُحْضِرَتِ الْاَنْفُسُ الشُّحَّۜ وَاِنْ تُحْسِنُوا وَتَتَّقُوا فَاِنَّ اللّٰهَ كَانَ بِمَا تَعْمَلُونَ خَب۪يرًا
- Əgər bir qadın, ərinin ayrılmasından[161] və ya üz çevirməsindən qorxarsa, öz aralarında uzlaşmaları onlara bir günah deyildir. Uzlaşmaq xeyirlidir. Nəfslər doyumsuzluğa (qısqanclığa) hazırdır.[162] Əgər gözəl davranar və günah işləməkdən çıkinərsəniz, bilin ki, Allah etdiyiniz şeylərdən xəbərdardır.
وَلَنْ تَسْتَط۪يعُٓوا اَنْ تَعْدِلُوا بَيْنَ النِّسَٓاءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَم۪يلُوا كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِۜ وَاِنْ تُصْلِحُوا وَتَتَّقُوا فَاِنَّ اللّٰهَ كَانَ غَفُورًا رَح۪يمًا
- Nə qədər çalışsanız da arvadlar arasında ədaləti saxlamağa gücünüz çatmaz. Elə isə, bir tərəfə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın! Əgər uzlaşar və günah işləməkdən çəkinərsinizsə, bilin ki, Allah daim bağışlayandır, rəhmlidir.
وَاِنْ يَتَفَرَّقَا يُغْنِ اللّٰهُ كُلًّا مِنْ سَعَتِه۪ۜ وَكَانَ اللّٰهُ وَاسِعًا حَك۪يمًا
- Əgər bir-birindən ayrılsalar, Allah hər birinə öz imkanlarından verib, birini digərinə möhtac olmaqdan qurtarar. Allah, imkanları geniş olan və doğru hökm verəndir.
وَلِلّٰهِ مَا فِي السَّمٰوَاتِ وَمَا فِي الْاَرْضِۜ وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُو۫تُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهَۜ وَاِنْ تَكْفُرُوا فَاِنَّ لِلّٰهِ مَا فِي السَّمٰوَاتِ وَمَا فِي الْاَرْضِۜ وَكَانَ اللّٰهُ غَنِيًّا حَم۪يدًا
- Göylərdəki hər şey və yerdə hər şey Allahındır. Sizdən əvvəl kitab verilənlərə də sizə də tövsiyə etdik ki; “Allaha qarşı gəlməkdən çəkinin!” Əgər inkar etsəniz bilin ki, göylərdəki hər şey və yerdə hər şey Allahındır. Allah zəngindir, tərifəlayiqdir.
وَلِلّٰهِ مَا فِي السَّمٰوَاتِ وَمَا فِي الْاَرْضِۜ وَكَفٰى بِاللّٰهِ وَك۪يلً
- Bəli! Göylərdəki hər şey və yerdə hər şey Allahındır. Vəkil/qoruyucu olaraq Allah yetər!
اِنْ يَشَأْ يُذْهِبْكُمْ اَيُّهَا النَّاسُ وَيَأْتِ بِاٰخَر۪ينَۜ وَكَانَ اللّٰهُ عَلٰى ذٰلِكَ قَد۪يرًا
- Ey İnsanlar! Allah istərsə,[163] sizi yox edər və yerinizə başqalarını gətirər. Allah buna qadirdir.[164]
مَنْ كَانَ يُر۪يدُ ثَوَابَ الدُّنْيَا فَعِنْدَ اللّٰهِ ثَوَابُ الدُّنْيَا وَالْاٰخِرَةِۜ وَكَانَ اللّٰهُ سَم۪يعًا بَص۪يرًا۟
- Kim dünya savabı (qazancı) istəyirsə, bilsin ki, dünya savabı da axirət savabı da Allahın yanındadır.[165] Allah eşidəndir, görəndir.
يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا كُونُوا قَوَّام۪ينَ بِالْقِسْطِ شُهَدَٓاءَ لِلّٰهِ وَلَوْ عَلٰٓى اَنْفُسِكُمْ اَوِ الْوَالِدَيْنِ وَالْاَقْرَب۪ينَۚ اِنْ يَكُنْ غَنِيًّا اَوْ فَق۪يرًا فَاللّٰهُ اَوْلٰى بِهِمَا فَلَا تَتَّبِعُوا الْهَوٰٓى اَنْ تَعْدِلُواۚ وَاِنْ تَلْوُٓ۫ا اَوْ تُعْرِضُوا فَاِنَّ اللّٰهَ كَانَ بِمَا تَعْمَلُونَ خَب۪يرًا
- Ey inanıb güvənənlər! Özünüzün, valideynlərinizin və ya qohumlarınızın əleyhinə olsa belə, haqqı ayaqda tutan, Allah üçün şahidlik edən kimsələr olun! Əleyhinə şahidlik etdiyiniz istər zəngin, istər kasıb olsun, bil ki Allah, hər ikisinə daha yaxındır! Öz nəfsi arzunuza tabe olmayın ki, adil ola biləsiz. Əgər sözü əyib-bükər və ya şahidlikdən boyun qaçırsanız bilin ki, Allah etdiyiniz işlərdən xəbərdardır.
يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُٓوا اٰمِنُوا بِاللّٰهِ وَرَسُولِه۪ وَالْكِتَابِ الَّذ۪ي نَزَّلَ عَلٰى رَسُولِه۪ وَالْكِتَابِ الَّذ۪ٓي اَنْزَلَ مِنْ قَبْلُۜ وَمَنْ يَكْفُرْ بِاللّٰهِ وَمَلٰٓئِكَتِه۪ وَكُتُبِه۪ وَرُسُلِه۪ وَالْيَوْمِ الْاٰخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَع۪يدًا
- Ey inanıb güvənənlər! Allaha, elçisinə, elçisinin gətirdiyi kitaba və daha əvvəl nazil etdiyi kitablara inanıb güvənin. Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə, dərin bir azğınlığa düşmüş olar.
إِنَّ الَّذِينَ آمَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ آمَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ازْدَادُواْ كُفْرًا لَّمْ يَكُنِ اللّهُ لِيَغْفِرَ لَهُمْ وَلاَ لِيَهْدِيَهُمْ سَبِيلاً
- Əvvəl inanıb sonra kafir olan, sonra təkrar inanıb yenə kafir olan, sonra da kafirliklərini artıranlar ki var; Allah onları nə bağışlayacaq nə də bir çıxış yolu göstərəcəkdir.[166]
بَشِّرِ الْمُنَافِق۪ينَ بِاَنَّ لَهُمْ عَذَابًا اَل۪يمًاۙ
- Münafiqlərə bu müjdəni (!) ver: Onların payına düşən acı dolu bir əzabdır.
اَلَّذ۪ينَ يَتَّخِذُونَ الْكَافِر۪ينَ اَوْلِيَٓاءَ مِنْ دُونِ الْمُؤْمِن۪ينَۜ اَيَبْتَغُونَ عِنْدَهُمُ الْعِزَّةَ فَاِنَّ الْعِزَّةَ لِلّٰهِ جَم۪يعًاۜ
- Onlar, kafirləri möminlərdən özlərinə yaxın görürlər. İzzətİ/güc və şərəfi onların yanındamı axtarırlar? Halbuki bütün izzət/güc və şərəf Allahın əlindədir.[167]
وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ اَنْ اِذَا سَمِعْتُمْ اٰيَاتِ اللّٰهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَاُ بِهَا فَلَا تَقْعُدُوا مَعَهُمْ حَتّٰى يَخُوضُوا ف۪ي حَد۪يثٍ غَيْرِه۪ۘ اِنَّكُمْ اِذًا مِثْلُهُمْۜ اِنَّ اللّٰهَ جَامِعُ الْمُنَافِق۪ينَ وَالْكَافِر۪ينَ ف۪ي جَهَنَّمَ جَم۪يعًاۙ
- Kitabda sizə bunu da nazil etmişdir:[168] “Allahın ayələrinin inkar edildiyini və istehza edildiyini eştidiyiniz zaman başqa bir mövzuya keçmədikcə onlarla oturmayın. Yoxsa siz də onlar kimi olarsınız.” Allah, bütün münafiqləri və kafirləri cəhənnəmdə toplayacaqdır.
اَلَّذ۪ينَ يَتَرَبَّصُونَ بِكُمْۚ فَاِنْ كَانَ لَكُمْ فَتْحٌ مِنَ اللّٰهِ قَالُٓوا اَلَمْ نَكُنْ مَعَكُمْۘ وَاِنْ كَانَ لِلْكَافِر۪ينَ نَص۪يبٌۙ قَالُٓوا اَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُمْ مِنَ الْمُؤْمِن۪ينَۜ فَاللّٰهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيٰمَةِۜ وَلَنْ يَجْعَلَ اللّٰهُ لِلْكَافِر۪ينَ عَلَى الْمُؤْمِن۪ينَ سَب۪يلًا۟
- Münafiqlər sizi izləyən kimsələrdir. Allah sizə bir zəfər nəsib etsə: “Bəyəm biz sizinlə bərabər deyildik?” – deyərlər. Əgər kafirlərə bir zəfər nəsib olarsa, bu dəfə onlara: “Sizin arxanızda deyildikmi, sizi möminlərdən qorumadıqmı?” – deyərlər. Necə olsa Allah, qiyamət/təkrar diriliş günü aranızda hökmü verəcəkdir. Allah, kafirlərə möminlərin əleyhinə olan bir yol açmaz.[169]
اِنَّ الْمُنَافِق۪ينَ يُخَادِعُونَ اللّٰهَ وَهُوَ خَادِعُهُمْۚ وَاِذَا قَامُٓوا اِلَى الصَّلٰوةِ قَامُوا كُسَالٰىۙ يُرَٓاؤُ۫نَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللّٰهَ اِلَّا قَل۪يلًاۘ
- Münafiqlər, Allahı aldatmağa çalışırlar,[170] Allah da onların aldatmalarını əleyhlərinə çevirir.[171] Onlar namaza qalxdıqları zaman tənbəlliklə qalxar,[172] insanlara göstəriş edərlər və Allahı çox az xatırlayarlar.
مُذَبْذَب۪ينَ بَيْنَ ذٰلِكَۗ لَٓا اِلٰى هٰٓؤُ۬لَٓاءِ وَلَٓا اِلٰى هٰٓؤُ۬لَٓاءِۜ وَمَنْ يُضْلِلِ اللّٰهُ فَلَنْ تَجِدَ لَهُ سَب۪يلً
- İki tərəf arasında dolaşırlar. Nə onlardan ola bilirlər nə də bunlardan. Allah (etdiklərindən ötrü) kimi yoldan azdırmışsa, sən ona əsla bir çıxış yolu tapa bilməzsən.
يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا لَا تَتَّخِذُوا الْكَافِر۪ينَ اَوْلِيَٓاءَ مِنْ دُونِ الْمُؤْمِن۪ينَۜ اَتُر۪يدُونَ اَنْ تَجْعَلُوا لِلّٰهِ عَلَيْكُمْ سُلْطَانًا مُب۪ينًا
- Ey inanıb güvənənlər! Kafirləri özünüzə möminlərdən yaxın görməyin. Yoxsa siz, öz əleyhinizə Allaha açıq-aşkar bir dəlilmi vermək istəyirsiz?
اِنَّ الْمُنَافِق۪ينَ فِي الدَّرْكِ الْاَسْفَلِ مِنَ النَّارِۚ وَلَنْ تَجِدَ لَهُمْ نَص۪يرًاۙ
- Münafiqlər, o atəşin ən alt təbəqəsində olacaqlar. Onlara yardım edəcək birini də tapa bilməzsən.
اِلَّا الَّذ۪ينَ تَابُوا وَاَصْلَحُوا وَاعْتَصَمُوا بِاللّٰهِ وَاَخْلَصُوا د۪ينَهُمْ لِلّٰهِ فَاُو۬لٰٓئِكَ مَعَ الْمُؤْمِن۪ينَۜ وَسَوْفَ يُؤْتِ اللّٰهُ الْمُؤْمِن۪ينَ اَجْرًا عَظ۪يمًا
- Ancaq tövbə/dönüş edənlər, özlərini düzəldənlər, Allaha sarılanlar və dinlərini Allaha məxsus edənlər (ixlaslı olanlar) istisnadır. Onlar, möminlərlə bərabərdirlər. Allah, möminlərə böyük bir mükafat verəcəkdir.
مَا يَفْعَلُ اللّٰهُ بِعَذَابِكُمْ اِنْ شَكَرْتُمْ وَاٰمَنْتُمْۜ وَكَانَ اللّٰهُ شَاكِرًا عَل۪يمًا
- Əgər şükr edər və inanıb güvənsəniz, Allah sizə nə üçün əzab etsin ki?! Allah şükrün qarşılığını verən, hər şeyi biləndir.
لَا يُحِبُّ اللّٰهُ الْجَهْرَ بِالسُّٓوءِ مِنَ الْقَوْلِ اِلَّا مَنْ ظُلِمَۜ وَكَانَ اللّٰهُ سَم۪يعًا عَل۪يمًا
- Allah, pis sözün aşkar dilə gətirilməsindən heç xoşlanmaz![173] Ancaq zülmə məruz qalanlar istisnadır. Allah eşidəndir, biləndir.
اِنْ تُبْدُوا خَيْرًا اَوْ تُخْفُوهُ اَوْ تَعْفُوا عَنْ سُٓوءٍ فَاِنَّ اللّٰهَ كَانَ عَفُوًّا قَد۪يرًا
- Əgər bir xeyiri açıqlayar və ya gizləyərsəniz[174] ya da bir pisliyi bağışlasanız bilin ki, Allah əfv edəndir, hər şeyi bir ölçüyə/qaydaya bağlamışdır.[175]
اِنَّ الَّذ۪ينَ يَكْفُرُونَ بِاللّٰهِ وَرُسُلِه۪ وَيُر۪يدُونَ اَنْ يُفَرِّقُوا بَيْنَ اللّٰهِ وَرُسُلِه۪ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍۙ وَيُر۪يدُونَ اَنْ يَتَّخِذُوا بَيْنَ ذٰلِكَ سَب۪يلًاۙ
- Allah və elçilərini/onların gətirdiklərinə[176] göz yumanlar və Allah ilə elçilərini ayırmaq istəyən, “onların bir qisminə inanarıq, bir qisminə isə inanmarıq” deyən və ikisi (iman və küfür) arasında bir yol tutmaq istəyənlər ki var,
أُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا
- Bax, elə əsl kafirlər onlardır! Biz o kafirlərə alçaldıcı bir əzab hazırladıq.
وَالَّذ۪ينَ اٰمَنُوا بِاللّٰهِ وَرُسُلِه۪ وَلَمْ يُفَرِّقُوا بَيْنَ اَحَدٍ مِنْهُمْ اُو۬لٰٓئِكَ سَوْفَ يُؤْت۪يهِمْ اُجُورَهُمْۜ وَكَانَ اللّٰهُ غَفُورًا رَح۪يمًا۟
- Allah və elçilərinə/gətirdiklərinə inanıb güvənən və onlardan birini digərindən ayırmayanlara gəlincə, onlara (Allah) mükafatlarını verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.[177]
يَسْـَٔلُكَ اَهْلُ الْكِتَابِ اَنْ تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِنَ السَّمَٓاءِ فَقَدْ سَاَلُوا مُوسٰٓى اَكْبَرَ مِنْ ذٰلِكَ فَقَالُٓوا اَرِنَا اللّٰهَ جَهْرَةً فَاَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْۚ ثُمَّ اتَّخَذُوا الْعِجْلَ مِنْ بَعْدِ مَا جَٓاءَتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَنْ ذٰلِكَۚ وَاٰتَيْنَا مُوسٰى سُلْطَانًا مُب۪ينًا
- Kitab əhli[178], özlərinə göydən bir kitab endirilməsini istəyirlər. Onlar, Musadan bundan da böyüyünü istəyərək belə demişlər: “Bizə Allahı açıq-aşkar göstər!” Beləcə zülmləri üzündən onları ildırım vurmuşdu.[179] Sonra onlara o qədər açıq-aşkar dəlillər gəldi amma yenə də o buğanı ilah tutdular.[180] Biz bunu da əfv etdik və Musaya açıq-aşkar səlahiyyət verdik.
وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِم۪يثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا فِي السَّبْتِ وَاَخَذْنَا مِنْهُمْ م۪يثَاقًا غَل۪يظًا
- Verdikləri sözlərə rəayət etmələri üçün Turu (Sina dağını) onların üstünə qaldırmışdıq.[181] Bir də onlara: “O qapıdan boyun əyərək girin!” demişdik. Həmçinin onlara: “Şənbə günü həddi aşmayın!”[182] – dedik və bu mövzuda onlardan möhkəm bir söz aldıq.
فَبِمَا نَقْضِهِمْ م۪يثَاقَهُمْ وَكُفْرِهِمْ بِاٰيَاتِ اللّٰهِ وَقَتْلِهِمُ الْاَنْبِيَٓاءَ بِغَيْرِ حَقٍّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌۜ بَلْ طَبَعَ اللّٰهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ اِلَّا قَل۪يلً
- Verdikləri sözləri pozmaları, kafirlik etmələri, nəbiləri öldürmələri/etibarsızlaşdırmaları[183] və “bizim qəlbimiz bağlıdır!” – demələri[184] səbəbi ilə onları cəzalandırdıq.[185] Əslində kafirlikləri/haqqa göz yummaları səbəbi ilə Allah qəlblərini möhürləmişdir. Çox azı xaric, artıq onlar inanıb güvənməzlər.
وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَى مَرْيَمَ بُهْتَانًا عَظِيمًا
- Yenə, kafirlikləri/haqqa göz yummaları və Məryəmə böyük bir iftira etmələri səbəbi ilə cəzalandırdıq.
وَقَوْلِهِمْ اِنَّا قَتَلْنَا الْمَس۪يحَ ع۪يسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّٰهِۚ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلٰكِنْ شُبِّهَ لَهُمْۜ وَاِنَّ الَّذ۪ينَ اخْتَلَفُوا ف۪يهِ لَف۪ي شَكٍّ مِنْهُۜ مَا لَهُمْ بِه۪ مِنْ عِلْمٍ اِلَّا اتِّبَاعَ الظَّنِّۚ وَمَا قَتَلُوهُ يَق۪ينًاۙ
- Bir də “Biz, Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük” demələri üzündən (cəzalandırdıq). Halbuki onu nə öldürdülər nə də asdılar. Lakin (öldürdükləri adam) onlara elə göstərildi.[186] Onun haqqında ixtilafa düşənlər qəti bir şübhə içərisindədirlər. Onların bu barədə məlumatları yoxdur. Ancaq zənnə qapılırlar. Onu qətiyyən öldürmədilər.
بَلْ رَفَعَهُ اللّٰهُ اِلَيْهِۜ وَكَانَ اللّٰهُ عَز۪يزًا حَك۪يمًا
- Əslində Allah, onu özünə (qatına) yüksəltmişdir.[187] Allah əzizdir, doğru hökm verəndir.
وَاِنْ مِنْ اَهْلِ الْكِتَابِ اِلَّا لَيُؤْمِنَنَّ بِه۪ قَبْلَ مَوْتِه۪ۚ وَيَوْمَ الْقِيٰمَةِ يَكُونُ عَلَيْهِمْ شَه۪يدًاۚ
- Kitab əhlindən hər kəs ölümündən əvvəl ona (İsaya)[188] mütləq inanacaqdır. O da qiyamət/təkrar diriliş günü onların əleyhinə şahidlik edəcəkdir.[189]
فَبِظُلْمٍ مِنَ الَّذ۪ينَ هَادُوا حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَاتٍ اُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَنْ سَب۪يلِ اللّٰهِ كَث۪يرًاۙ
- Yəhudilərin zülm etmələri və bir çoxlarını Allahın yolundan çevirmələri səbəbi ilə daha əvvəl onlara halal edilmiş təmiz şeyləri haram etdik.[190]
وَاَخْذِهِمُ الرِّبٰوا وَقَدْ نُهُوا عَنْهُ وَاَكْلِهِمْ اَمْوَالَ النَّاسِ بِالْبَاطِلِۜ وَاَعْتَدْنَا لِلْكَافِر۪ينَ مِنْهُمْ عَذَابًا اَل۪يمًا
- (Buna səbəb) Həmçinin qadağan olunmasına baxmayaraq, faiz almaları[191] və insanların mallarını batıl[192] yollarla yemələridir. Onlardan kafir olanlarına acı dolu bir əzab hazırladıq.
لٰكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَٓا اُنْزِلَ اِلَيْكَ وَمَٓا اُنْزِلَ مِنْ قَبْلِكَ وَالْمُق۪يم۪ينَ الصَّلٰوةَ وَالْمُؤْتُونَ الزَّكٰوةَ وَالْمُؤْمِنُونَ بِاللّٰهِ وَالْيَوْمِ الْاٰخِرِۜ اُو۬لٰٓئِكَ سَنُؤْت۪يهِمْ اَجْرًا عَظ۪يمًا۟
- Lakin onlardan elmdə dərinləşmiş olanlar[193], sənə nazil olana və səndən əvvəl nazil olanlara inanan möminlər, həmçinin o namazı tam qılanlar, zəkatı verənlər, Allaha və axirət gününə güvənənlər ki var, bax onlara böyük bir mükafat verəcəyik.
اِنَّٓا اَوْحَيْنَٓا اِلَيْكَ كَمَٓا اَوْحَيْنَٓا اِلٰى نُوحٍ وَالنَّبِيّ۪نَ مِنْ بَعْدِه۪ۚ وَاَوْحَيْنَٓا اِلٰٓى اِبْرٰه۪يمَ وَاِسْمٰع۪يلَ وَاِسْحٰقَ وَيَعْقُوبَ وَالْاَسْبَاطِ وَع۪يسٰى وَاَيُّوبَ وَيُونُسَ وَهٰرُونَ وَسُلَيْمٰنَۚ وَاٰتَيْنَا دَاوُ۫دَ زَبُورًاۚ
- Biz, Nuha və ondan sonra gələn nəbilərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba, onun nəvələrinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmişdik. Davuda da Zəburu vermişdik.[194]
وَرُسُلًا قَدْ قَصَصْنَاهُمْ عَلَيْكَ مِنْ قَبْلُ وَرُسُلًا لَمْ نَقْصُصْهُمْ عَلَيْكَۜ وَكَلَّمَ اللّٰهُ مُوسٰى تَكْل۪يمًاۚ
- Daha əvvəl sənə haqlarında danışdığımız elçilər də haqlarında danışmadığımız elçilər də göndərdik. Allah, Musa ilə də birbaşa danışdı.[195]
رُسُلًا مُبَشِّر۪ينَ وَمُنْذِر۪ينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللّٰهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِۜ وَكَانَ اللّٰهُ عَز۪يزًا حَك۪يمًا
- Onları müjdəçi və xəbərdar edici olaraq göndərdik ki, o elçilərdən sonra insanların Allaha qarşı bir dəlilləri (bəhanələri) qalmasın.[196] Allah əzizdir, doğru hökm verəndir.
لٰكِنِ اللّٰهُ يَشْهَدُ بِمَٓا اَنْزَلَ اِلَيْكَ اَنْزَلَهُ بِعِلْمِه۪ۚ وَالْمَلٰٓئِكَةُ يَشْهَدُونَۜ وَكَفٰى بِاللّٰهِ شَه۪يدًا
- Lakin (qəbul etməsələr də)[197] Allah sənə nazil etdiyi (Quran) ilə şəhadət edir ki, onu sənə öz elmi ilə nazil etmişdir. Buna mələklər də şahidlik edərlər.[198] Əslində şahid olaraq Allah yetər.[199]
اِنَّ الَّذ۪ينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَب۪يلِ اللّٰهِ قَدْ ضَلُّوا ضَلَالًا بَع۪يدًا
- Kafirlik edən/göz yumub inkar edən və Allahın yolundan çıxanlar, yoldan çıxıb dərin bir azğınlığa düşmüşdür.
اِنَّ الَّذ۪ينَ كَفَرُوا وَظَلَمُوا لَمْ يَكُنِ اللّٰهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ طَر۪يقًاۙ
- Kafirlik edən/göz yumub inkar edənlər və zülm edənləri[200] isə Allah bağışlamayacaq, (doğru) bir yola da yönəltməyəcəkdir.[201]
اِلَّا طَر۪يقَ جَهَنَّمَ خَالِد۪ينَ ف۪يهَٓا اَبَدًاۜ وَكَانَ ذٰلِكَ عَلَى اللّٰهِ يَس۪يرًا
- Onları yalnız cəhənnəm yoluna yönəldəcəkdir. Orada həmişəlik olaraq əbədi qalacaqlar. Bu, Allah üçün çox asandır.
يَٓا اَيُّهَا النَّاسُ قَدْ جَٓاءَكُمُ الرَّسُولُ بِالْحَقِّ مِنْ رَبِّكُمْ فَاٰمِنُوا خَيْرًا لَكُمْۜ وَاِنْ تَكْفُرُوا فَاِنَّ لِلّٰهِ مَا فِي السَّمٰوَاتِ وَالْاَرْضِۜ وَكَانَ اللّٰهُ عَل۪يمًا حَك۪يمًا
- Ey insanlar! Elçi sizə Rəbbinizdən haqqı gətirdi. Elə isə iman gətirin ki, sizin üçün xeyri olsun! Yox əgər haqqa göz yumub inkar edərsəniz, bilin ki göylərdə və yerdə olan şeylər Allaha aiddir. Allah biləndir, doğru hökm verəndir.
يَٓا اَهْلَ الْكِتَابِ لَا تَغْلُوا ف۪ي د۪ينِكُمْ وَلَا تَقُولُوا عَلَى اللّٰهِ اِلَّا الْحَقَّۜ اِنَّمَا الْمَس۪يحُ ع۪يسَى ابْنُ مَرْيَمَ رَسُولُ اللّٰهِ وَكَلِمَتُهُۚ اَلْقٰيهَٓا اِلٰى مَرْيَمَ وَرُوحٌ مِنْهُۘ فَاٰمِنُوا بِاللّٰهِ وَرُسُلِه۪ۚ وَلَا تَقُولُوا ثَلٰثَةٌۜ اِنْتَهُوا خَيْرًا لَكُمْۜ اِنَّمَا اللّٰهُ اِلٰهٌ وَاحِدٌۜ سُبْحَانَهُٓ اَنْ يَكُونَ لَهُ وَلَدٌۢ لَهُ مَا فِي السَّمٰوَاتِ وَمَا فِي الْاَرْضِۜ وَكَفٰى بِاللّٰهِ وَك۪يلًا۟
- Ey kitab əhli! Dininizdə həddi aşmayın! Allah haqqında ancaq haqqı söyləyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Məryəmə çatdırdığı “Ol”[202] kəlməsi və Allahdan bir ruhdur.[203] Elə isə Allaha və elçisinə inanıb güvənin. “Üç” deməyin;[204] Buna son qoyun ki, sizin üçün xeyirli olsun. Şübhəsiz, Allah tək ilahdır. Övlad sahibi olmaq ona yaraşdırılmaz! Göylərdə və yerdə olan şeylər Ona aiddir. Vəkil olaraq Allah yetər.
لَنْ يَسْتَنْكِفَ الْمَس۪يحُ اَنْ يَكُونَ عَبْدًا لِلّٰهِ وَلَا الْمَلٰٓئِكَةُ الْمُقَرَّبُونَۜ وَمَنْ يَسْتَنْكِفْ عَنْ عِبَادَتِه۪ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ اِلَيْهِ جَم۪يعًا
- Məsih, Allaha qul olmaqdan çəkinməz.[205] Müqərrəb/Allaha yaxın mələklər[206] də həmçinin. Kim Ona boyun əyməkdən çəkinər və kibirlənərsə, O, onların hamısını huzuruna toplayacaqdır.
فَاَمَّا الَّذ۪ينَ اٰمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفّ۪يهِمْ اُجُورَهُمْ وَيَز۪يدُهُمْ مِنْ فَضْلِه۪ۚ وَاَمَّا الَّذ۪ينَ اسْتَنْكَفُوا وَاسْتَكْبَرُوا فَيُعَذِّبُهُمْ عَذَابًا اَل۪يمًاۙ وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللّٰهِ وَلِيًّا وَلَا نَص۪يرًا
- İnanıb güvənən və xeyirxah işlər görənlər gəlincə, Allah onların mükafatlarını tam verəcək və onlara lütfündən daha da artığını verəcəkdir. Allaha qulluqdan çəkinənlərə və kibirlənənlərə isə acı dolu bir əzaba məhkum olacaqlar. Onlar, Allahla öz aralarına girə biləcək nə bir himayəçi nə də yardımcı tapa bilməyəcəklər.[207]
يَٓا اَيُّهَا النَّاسُ قَدْ جَٓاءَكُمْ بُرْهَانٌ مِنْ رَبِّكُمْ وَاَنْزَلْنَٓا اِلَيْكُمْ نُورًا مُب۪ينًا
- Ey insanlar! Sizə Rəbbinizdən/Sahibinizdən bir sübut gəldi. Sizə həqiqətləri ehtiva edən bir nur nazil etdik.
فَاَمَّا الَّذ۪ينَ اٰمَنُوا بِاللّٰهِ وَاعْتَصَمُوا بِه۪ فَسَيُدْخِلُهُمْ ف۪ي رَحْمَةٍ مِنْهُ وَفَضْلٍۙ وَيَهْد۪يهِمْ اِلَيْهِ صِرَاطًا مُسْتَق۪يمًاۜ
- Allaha inanıb güvənən və ona/Qurana möhkəm sarılanları,[208] öz mərhəməti və lütfünə qərq edəcək və onları özünə aparan doğri bir yola yönləndirəcəkdir.
يَسْتَفْتُونَكَۜ قُلِ اللّٰهُ يُفْت۪يكُمْ فِي الْكَلَالَةِۜ اِنِ امْرُؤٌا هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُٓ اُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَۚ وَهُوَ يَرِثُهَٓا اِنْ لَمْ يَكُنْ لَهَا وَلَدٌۜ فَاِنْ كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَۜ وَاِنْ كَانُٓوا اِخْوَةً رِجَالًا وَنِسَٓاءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْاُنْثَيَيْنِۜ يُبَيِّنُ اللّٰهُ لَكُمْ اَنْ تَضِلُّواۜ وَاللّٰهُ بِكُلِّ شَيْءٍ عَل۪يمٌ
- Səndən fətva istəyirlər. De ki; Allah sizə o kəlalə[209] (Atasız və övladsız) ilə əlaqəli hökmü verir: Övladı olmayan bir kimsə ölərsə və onun arxada bir bacısı varsa, buraxdığı mirasın yarısı onundur. Övladı olmayan bir qadının isə geridə tək qardaşı varsa, mirasın tamamı ona qalır. Əgər ölənin iki bacısı varsa, mirasın üçdə ikisi onlarındır. Əgər varislər bacı və qardaşdan ibarət isə kişi (qardaş), qadına (bacıya) düşən payın iki qatını alır. Doğru yoldan çıxarsınız deyə, Allah sizə aydınlaşdırır![210] Allah, hər şeyi haqqı ilə biləndir.
[1] Nəfs kəlməsi, həm bədən həm də ruh mənalarına gəlir (Zümər 39/42). Bu ayədəki nəfs, bədənin toxumunu göstərən mayalanmış yumurtadır. Bədənin əmələ gəlməsi, üç qaranlıq bölgədə tamamlanır (Zümər 39/6). Bunlar: Yumurtalıq/qərarı məkin (Müminun 23/13; Mürsəlat 77/21), rəhim kanalı/müstəqar və rəhmin içi yəni müstəvdadır (Ənam 6/98).
[2] Zövc, yəni cüt kəlməsinin müənnəsi dişi cinsi (zövcə) Quranda keçmir. Qadın, kişinin zövci; kişi də qadının zövcidir. İkisi də mayalanmış yumurtadan yəni nəfsi vahidədən yaradılmışdır (Əraf 7/189). Buradakı zövc ifadəsinin nəfsi vahidənin cütü olduğu görülməkdədir. Eyni zamanda Adəmin zövcəsi olaraq yaradılması da Əraf 189-cu ayədəki (ليسكن إليها = onunla hüzur tapsın) ifadəsindən anlaşılmaqdadır.
[3] Bax: Nisa 4/6.
[4] Bu ayədə yer alan “Tayyib” kəlməsi, insanın özünə aid olan halal malı, “xabis” isə başqasına aid olan və haqsız yerə alınan malı ifadə etməkdədir. Ənam surəsinin 145-ci ayəsində bizzat haram olan şeylər göstərildiyi kimi, bu ayədə başqasının haqqı olan malı yeməkdən, yəni xarici bir səbəbdən ötrü haram olan –buna fiqhdə “haram li qayrihi” deyilir- şeylərin hökmündən bəhs edilir. Məsələn; Çörək təbiəti etibarı ilə Tayyib/təmiz sayılır. Ancaq oğurluq yoluyla əldə edən şəxs üçün bu çörək xəbis yəni təmiz deyildir. Əlavə məlumat üçün: https://www.muselmanlar.com/fitvalar/900.html
[5] Nisa 4/127.
[6] Hər nə qədər bu rüxsət verilsə də kişinin birdən çox qadınla evlənməsi halında maddi və mənəvi yükü artacaq, arvadları arasında ədaləti qorumağı çətinləşəcəkdir (Nisa 4/129). Bu səbəblə ayədə, ən uyğun olanın bir qadınla kifayətlənməsi olduğunu bildirir.
[7] Burada, iki şeydən birinin ola biləcəyini ifadə edən “və ya” bağlayıcısının keçməsi son dərəcə mühümdür. Qadının birdən çox əri ola bilməz (Nisa 4/24). Amma kişinin birdən çox arvadı ola biləcəyini üçün bu hökm ancaq kişilərlə əlaqəlidir. Kişinin ya əsir ya da hür/azad arvadı ola bilər, ikisi bir arada ola bilməz (Nisa 4/25). Hür qadınla nikahsız əlaqə necə qadağandırsa, əsir qadınla da o şəkildə qadağandır (Nisa 4/25; Nur 24/32-33). Təəssüf ki, məzhəblər əsir və özlərinin cariyə adlandırdıqları qadınlarla nikahsız əlaqədə olmaları üçün ayədə hür və əsir qadınlarla əlaqəli keçən “nikahlayın” əmrini “kifayətlənin” sözü ilə əvəz edərək, istədikləri qədər əsir və cariyə qadınlarla cinsi əlaqə qurmağı və onların haram yerlərini açmalarını halal saymışlar.
[8] Mehir deyə məna verdiyimiz kəlmə “saduka”dır. Saduka (sıdk = صدق) kökündən əmələ gəlmişdir. Sıdq, istər söz istərsə başqa şəkildə olsun, bir şeydəki qüvvəni göstərir. Qüvvəsindən ötrü doğru sözə sıdq deyilir (Məqayis). Nikah əhdindən ötrü avradına mehir vermək məcburiyyətində olan kişi, ona sağlam bir söz vermiş olur (Nisa 4/21). Artıq o evliliyin davamı əsnasında da arvadını boşayarsa, ona verdiyi heç bir şeyi geri ala bilməz. Ayrılmağı arvad istəyərsə, vəziyyət dəyişir. Bu vəziyyətdə qadın, ərindən aldığının bir qismini ya da hamısını geri vermək məcburiyyətindədir (Bəqərə 2/229). Buna görə mehir, evliliyin sığortası sayıla bilər.
[9] “Ağlısəlim olmayanlar” mənasını verdiyimiz (السُّفَهَاءَ = es-sufehâ) səfihin cəmidir. Səfih, ağılsız və ya aciz mənalarına gəlir. Burada sözü keçən səfihlər, bir sonrakı ayədə bildirilən xüsusiyyətlərə sahib olmayan yəni, rəşid halda olmadıqları üçün və ya əqli keyfiyyətlərə sahib olmadıqları üçün ağılsız davranıb malı düzgün sərf etməyən insanlardır.
[10] Maruf, bilinən deməkdir. Bu bilgi ya Qurandan ya da ona zidd olmayan adət-ənənədən əldə edilir. Ziddi, münkərdir. Maruf söz, hər yöndən doğru olan ümumqəbul sözdür.
[11] Bu ayə, yetkinlik (büluğ) çağına çatmamış və rəşid olmamış insanların evləndiriləməyəcəyinə dair açıq dəlildir. Çünki kişi, evlənəcəyi qadına mehir vermək məcburiyyətindədir. Mehri alcaq və azad iradəsi ilə özü razılıq verəcək olan qadın da bunun üçün büluğ çağına çatmış olması lazımdır. Evlənəcək cütlərin zinadan uzaq durmuş olmaları da şərtdir (Nisa 4/4, 24,25; Maidə 5/5). Əgər zina edib tövbə etməmişlərsə, ancaq özləri kimi zina etmiş şəxslərlə ya da müşriklərlə evlənə bilərlər. (Nur 24/3). Tövbə edib özlərini düzəltmişlərsə, o zaman namuslu bir müsəlmanla evlənə bilərlər (Nur 24/5; Furqan 25/68-70). Əksər din xadimləri, Talaq surəsi 4-cü ayəsindəki bir kəlmənin anlamını təhrif edərək, uşaqların evliliyinə fətva vermiş (“ləm yəhıdnə = لم يحضن” yəni “heyiz görməyənləri” ifadəsindəki “ləm” ədatına “ləmma yəhıdnə” “hələ heyz görməmiş olanlar” mənası verilmiş və təfsirlərin də çoxu bu böyük günahın dəstəkçisi olmuşdur.
[12] Ölənin qoyub getdiyi yetimlər və ya həyatda ikən dəstək olduğu, öldükdən sonra isə dəstəksiz qalan yetimlər.
[13] Maddi cəhətdən çarəsiz qalanlar, o cümlədən ölən şəxsin arvadı (Bəqərə 2/240).
[14] Əsasən onların yalnız olmadıqlarını, dini qardaşlıqdan qaynaqlanan yaxınlığın və dəstək üçün həmişə yanlarında olacaqlarını hiss etdirmək və söyləmək.
[15] أَوْصى= əvsa= buyruq mənasına da gəlir (Lisanul-Ərəb). Mirası, ayələrdə müəyyən edilən ölçülərə əsasən paylaşdırmaq əmrini Allah mirasçılara deyil, müsəlmanlara yükləmişdir (Bəqərə 2/180-182). Bu əmrə riayət edilərsə, miras qısa müddətdə paylaştırılır və mirasçılar arasında, bir problem də yaşanmaz.
[16] Bu parantezi açmağımızın səbəbi, Nisa 4/176-cı ayəsidir. Bu ayədə bəhs edilən kəlalə, atası və övladları olmadan ölmüş adamdır. Onun mirasının bölgüsündə qardaşları, övladı kimi sayılmışdır. Burada iki bacıya mirasın üçdə ikisi verilirsə, iki qıza da eynisi verilməlidir. Çünki, ayələrdən biri digərini açıqlayır.
[17] Bu payların verilməsindən sonra qalan qismi, qız və ya oğlan övladına verilir. Məzhəblər heç bir dəlilə əsaslanmadan “asabə” deyə bir qavram icad etmiş və buna görə qız uşağına mirasın qalan qismini verməmiş, yaxın kişi qohumlarına vermişlər. Halbuki Nisa 4/176-cı ayəsi, ölənin övladı varsa digər qohumlar mirasdan pay ala bilməyəcəklərini bildirir.
[18] Buradakı hökmlər, ölənin ana atasının mirasçı olması halında tətbiq edilir. Yalnız atası mirasçı olarsa anasının uşaqları Nisa 12-ci ayədəki kəlalə hökmlərinə görə miras alır. Yalnız anası mirasçıysa atasının uşaqları Nisa 176-dakı kəlalə hökmlərinə görə miras alır. Mirasçı olaraq ölənin təkcə qardaşları qalmışsa, ilk əvvəl arvadının payı verildikdən sonra (Nisa 4/33), digər paylar qardaş və bacıya paylaştırılır.
[19] Qalanını ata alır.
[20] Ata-ana bir və ya atabir qardaşlar, mənfəət yönündən adama anabir qardaşlardan daha yaxındır. Atanın alacağı miras, onun ölümü ilə atabir qardaşlara qalacaqdır. Əslində Nisa 176-cı ayəyə görə atası və övladı olmayan birinin atabir bacı-qardaşları, öz övladı kimi miras alırlar. Nisa 12-ci ayəyə görə anası və övladı olmadan ölən birinin anabir bacı-qardaşları öz övladın yerinə keçə bilməzlər. Onlar analarının yerinə keçər, anaları kimi mirasdan ən çox üçdə bir pay ala bilərlər.
[21] (ٱلْوَصِيَّةُ = el-vasiyyəh), birinə yüklənən müəyyən bir əmr, vəzifə mənasındadır (Lisanul-Ərəb). İki cür vəsiyyət vardır; biri Allahın yüklədiyi mirası paylamaq vəzifəsi (Bəqərə 2/180-181; Nisa 4/11), digəri də miras buraxanın borcu ilə əlaqəli vəsiyyətidir. Sənədi təsdiq olunmuş şeyə borç deyilməz (Bəqərə 2/282) çünki o sənədin, başqa bir şeyə ehtiyacı yoxdu. Belə bir sənədi yoxdursa, ölmək üzrə olan biri, borcunu ən az iki şahid hüzurunda etiraf edərək vəsiyyət edər (Maidə 5/106-107). Miras ayələrində “vəsiyyət və borç” yox “vəsiyyət və ya borç” ifadəsinin keçməsi, ikisinin də borç olduğunu lakin aralarında belə bir fərqin olduğunu göstərir. Əsas olan borcu yazmaqdır. Nəbimiz belə demişdir: “Müsəlman, vəsiyyət etməsi lazım olan borcu varsa, vəsiyyətini yazılı olaraq yanında tutmadan iki gün gecələməsi caiz olmaz” (Buxari, “Vəsaya” 1; Müslim, “Vəsiyyət”)
[22] (آبَآؤُكُمْ = abaukum) ifadəsinə analar da daxil olduğu üçün “ata-ananız” mənası verilmişdir.
[23] Ayədəki (أَبناؤُكُمْ= əbnaukum), oğlan və qız övlada şamildir (Nahl 16/72).
[24] Arvadların sayı birdən çox isə, 4/1 mirası aralarında paylaşırlar.
[25] Miras paylananda əvvəlcə arvadın payı verilir, ondan sonra qalan qismi digər mirasçılara paylanır (Nisa 4/33).
[26] Ölən kişinin borcu mirasından çox isə miras, alacaqlılara alacaqları nisbətdə payları verilir. Qalan borc, mirasçıdan istənilməz.
[27] Atabir iki bacının payı bir qardaş qədər olduğu halda (Nisa 4/176), anabir övladlarda oğlan və qız ayrımı olmaz. Çünki anabir övladlar başqa ailəyə mənsub olduqları üçün faydaları yönündən eynidirlər.
[28] Bu vəsiyyət, Maidə 5/106-ya görə ölən adamın borcunun ödənməsi ilə əlaqəli vəsiyyətini də Bəqərə 2/240-a görə ölən kişinin arvadı ilə əlaqəli olaraq Allahın mirasçılara yüklədiyi əmri də əhatə edir.
[29] Məzhəblər, hər hansı bir ayə və hədisə əsaslanmadan bir insanın, malının üşdə birini vəsiyyət edə biləcəyinə fətva veriblər. Bu, mirasçıların malının haqsız olaraq bir başqasına verilməsidir. Bir yerə bağış verən, bağışını həyatda ikən etməlidir. Belə bir rəvayəti vəsiyyətə dəlil gətirirlər ki, bunun vəsiyyətlə əlaqəsi yoxdur: Sad b. Vəqqasın oğlu Amirin atasından eşitdiyi bu sözlər dəlil alınır; “Vəda Həcci əsnasında şiddətli bir ağrıya məruz qaldım. Allahın elçisi ziyarətimə gəldi. Dedim ki; “Sancım çox artıb. Mən, var –dövləti olan biriyəm. Qızımdan başqa mirasçım da yoxdu. Malımın üçdə ikisini sədəqə olaraq paylasammı?” Xeyr! dedi. “Yarısı olmazmı?” Yenə xeyr! dedi. Mənə üçdə biri belə çoxdur. Mirasçılarını zəngin burxamağın, başqalarına möhtac buraxmağından xeyirlidir” (Buxari “Vəsaya”). Uca Allah belə buyurur: “Sizdən birinə ölüm yetişib: “Ey Rəbbim! Mənə yaxın bir zamana qədər möhlət ver, sədəqə verib salehlərdən olum!” demədən əvvəl sizə ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyin. Allah əcəli gəldikdə heç bir kimsəyə əsla möhlət verməz. Allah bütün etdiklərinizdən xəbərdadır. (Münafiqun, 63/10-11).
[30] Resul/Elçi, “birinə göndərilən söz və o sözü çatdırmaq üçün göndərilən şəxs” mənasına gəlir (Müfrədat). Allahın elçilərinin vəzifəsi, Onun sözlərini insanlara çatdırmaqdır. Bu səbəblə Quranda keçən Allahın rəsulu/elçisi (رسول اللّه ) ifadələrində əsl vurğu ayələrədir. Muhəmməd əleyhissəlam vəfat etdiyi üçün bizimlə həmhal olan rəsul, ancaq Qurandır (Ali İmran 3/144). Rəsul kəlməsi yerinə “rəsul/elçisinin gətirdikləri” ifadəsi bunun üçün yazılmışdır (Maidə 5/67; Nahl 16/35).
[31] Burada “Həmişəlik qalacağı” ifadəsinin təkil formasında keçməsi, cəhənnəmliklərin tək başlarına qalacaqlarına bir işarədir. Yuxarıdakı ayədə isə eyni ifadə cənnətliklərlə əlaqəli cəm formasında keçmiş ki, bu da cənnətliklərin öz yaxınları ilə bərabər olacaqlarını göstərir.
[32] Pozğun və Zina deyə məal verdiyimiz, (əl-fahişə = الْفَاحِشَةَ) kəlməsidir. Çünki bu kəlmə yerinə görə bizzat zinanı ifadə etdiyi kimi yeri gələndə daha geniş mənası olan pozğunluğu ifadə edir. Quranda hər fahişəlik zina adlanmaz, amma hər zina fahişəlik adlanır. Məsələn: “Zinaya yaxlaşmayın! O, bir fahişəlik və çox pis bir yoldur.” (İsra 17/32).
[33] Uca Allah, dörd şahid gətirmək şərtini, namuslu bir qadının zina etdiyi iddiasına şərt olaraq qoyulmuş, dörd şahid gətirməyəni iftiracı saymış və ona 80 şallaq vurulmasını əmr etmişdir. Ayrıca tövbə edib özünü düzəldənə qədər şahidliyinin qəbul edilməməsinə də hökm edilərək (Nur 24/4-5 və 13) qadını qoruma altına almışdır.
[34] Ayədə “Allah onlar üçün bir yol açana qədər evlərində saxlayın” əmri, Nur surəsi 2-ci ayəsi ilə yüngülləşdirilərək, 100 şallağa endirilmişdir. Hökmü nazil olmayan məsələlərdə Nəbimiz Tövratdakı hökmləri tətbiq etmişdir.
[35] Uca Allah pozğunluğun növlərini qadağan etmiş (Əraf 7/33) və onlardan uzaq durmağı əmr etmişdir (Ənam 6/151; Şura 42/57; Nəcm 53/31-32). Bunlardan birincisi zina (İsra 17/32), ikincisi isə kişi ilə kişi arasındaki cinsi əlaqədir (Əraf 7/80-81). Üçüncü cinsi xarakterli pozğunluq, qadınla qadın arasında olan lezbiyenliktir.
[36] Ayədə keçən cəhalət (جهول) kəlməsi “bilməmək, səhv düşünmək, əyri hərəkət etmək” mənalarına gəlir (Müfrədat) Yusif əleyhissəlamın “Rəbbim!…Qadınların oyununu məndən uzaqlaşdırmasan, onlara qapılaram və cahillik edənlərdən olaram” (Yusif 12/33) deməsi və Musa əleyhissəlamın “Cahillik edənlərdən /həddini bilməz biri olmaqdan Allaha sığınıram!” (Bəqərə 2/67) deməsi də özünü saxlaya bilməyib, əyri yola düşmə mənasındakı cəhalətdir.
[37] Yunus əleyhissəlam və xalqı, ölümlə üz-üzə gəlmədən tövbə etdikləri/döndükləri üçün Allah tövbələrini qəbul etdi (Ənbiya 21/87-88). Nuh əleyhissəlam da oğlu hesab etdiyi şəxsi xilas etmə arzusu ilə tövbəyə çağırır (Hud 11/42-43). Firon isə tövbəni ölümlə üz-üzə gəldiyi zaman etmək istədi (Yunus 10/90-92). Belə bir tövbə qəbul edilməz (Müminun 23/99-100; Səcdə 32/12-15). Günahkar möminlər də öldükdən sonra həyata qayıdıq xeyirxah işlər görmək istəyəcəklər amma iş-işdən keçmiş olacaq (Münafiqun 63/9-11). Nəbimiz belə demişdir: “Allah, bəndəsinin tövbəsini can boğaza gəlincəyə qədər qəbul edər.” (Tirmizi, Daavat 98; İbn Mace, Zühd 30). Can boğaza gəldikdən sonra artıq hər şey bitmiş olur.
[38] “Qadınlara zorla varis çıxmaq “, qadınları zorla nikah altında tutmaqla olur. Bu səbəblə kişilər, qadınların boşanma istəyinə də mane olurlar. Onların bu istəyini məzhəb din xadimləri həyata keçirmiş və “qadınların boşanma haqqı yoxdur!” fətvasını çıxarmışlar. Halbuki Quran, qadına təktərəfli boşanma haqqı vermişdir (Bəqərə 2/229; Nisa 4/34-35; Mümtəhinə 60/10-11). Əlavə məlumat üçün bax: https://www.muselmanlar.com/fitvalar/152.html
[39] “Xoş” deyə məal verdiyimiz kəlmə “maruf” kəlməsidir. Maruf, Quranda müəyyən edilən ümumqəbul ölçülər və ya beynəlxaql doğrular sayəsində öyrənilir. Bu ayələr qadınlarla marufa uyğun keçinməklə əlaqəlidir: Bəqərə 2/187; 222, 225-237; Nisa 4/3-4, 15,19, 21, 32-35, 127-128; Nur 24/31-33; Əhzab 33/59, Talaq 65/1-7)
[40] Kişi, qadının zina etdiyini iddia edərsə, iddiasını isbat etmək və qadına da özünü təmizə çıxarma imkanı verilir (Nur 24/6-10). Bu yolla kişi qadından bir şey ala bilməz, lakin, verdiyi mehir və hədiyyələri geri almaq üçün qadına, boşanmağı onun istədiğini təklif edərək bunu əldə edə bilər (Bəqərə 2/229) əksi təqdirdə zina etdiyini məhkəməyə ərz edəcəyini söyləyərək təzyiq göstərə bilər. Əgər kişinin iddiası yalan isəo zaman həm iftira etmiş həm də böyük bir günaha girmiş olur.
[41] Bütün məzhəblərə görə uşaqlar vəliləri tərəfindən evləndirilə bilir. Bundan əlavə Şafei, Maliki və Hənbəlilər, bakirə bir qız, atası tərəfindən ona soruşulmadan evləndirilə biləcəyinə fətva/hökm vermişlər. Hənəfilər, təzyiq altında qıyılan nikahda bir problem olmadığını deyərlər.
[42] Bu ayə, bir insanın “üsul və füruu” ilə yəni baba-nənə və nəvələrlə evlənməyi qadağan edər. Bir sonrakı ayə haram və evlənilməsi qadağan olunan şəxsləri açıqlayır.
[43] Haram edilən şeyin əsasən evlilik olduğu həm bu ayədən həm də bundan sonrakı ayələrdən başa düşülür.
[44] “Analarınız” ifadəsi təkcə analarla əlaqəli deyil, nənələri və onların da anaları olduğu kimi bütün analara şamildir. Babalar da eyni şəkildə.
[45] Bir qadından süd əmən uşaq, həmin qadının süd övladı, bir qadının doğduğu və ya əmizdirdiyi uşaqların da süd qardaş-bacıları olur və aralarında həmişəlik evlənmə maneəsi yaranır. Bu səbəblə fiqhdə “süd əmənin nəfzi yəni özü, əmizdirənin nəslinə haramdır” qaidəsi qoyulmuşdur. Əmizdirdiyi uşağın yaşı 0-2 yaş arasında olmalıdır (Bəqərə 2/233).
[46] Hər kəs anasının evinə girmə haqqına sahibdir (Nur 24/61). Ana dul qalıb başqa biri ilə evlənərsə, o zaman həmin kişinin yəni ögey atasının evinə də girmə haqqına sahib olur.
[47] Müsəlman və ya kafir, hür və ya əsir, evli və ya subay ayrıcalığı edilmədən, namusunu qoruyan bütün qadınlar Quran hökmləri ilə müdafiə olunur və onlara “muhsanə” yəni qalanın içində imiş kimi “qorunmuş qadın” deyilmişdir. Bunlardan hür olanları üçün bu kəlmə, Maidə 5/5; əsir olanları üçün Nisa 4/25-ci ayəsində keçməkdədir. Nur 4-23-cü ayələrində hər ikisi üçün işlədilir. Qadın, nikahlandıqdan sonra ərinin qoruması altına girər və bu səbəblə də muhsanə, evli qadın anlamında da keçər.
[48] Savaş əsirlərini qul etmək haram olduğu üçün (Muhəmməd 47/4), qarşılıqsız sərbəst buraxılmayan, fidyələri də ödənməyən qadınlara evlilik yolu açılaraq əsirlikdən xilas olma imkanı tanınmışdır.
[49] Bu ayə, gərdəyə girilmişsə nikahdan əvvəl və ya nikah əsnasında müəyyən edilmiş mehri verməyin kişinin vəzifəsi, almağın da qadının haqqı olduğunu ortaya qoymaqdadır. Bu səbəblə kişi, mühir müəyyən edildikdən və gərdəyə girildikdən sonra arvadını boşayarsa, ona olan mehir borcunun tək qəpiyini belə kəsə bilməz (Bəqərə 2/228; Nisa 4/20). Boşanma halında mehirlə əlaqəli digər məsələlər barədə bax: Bəqərə 2/236-237; Əhzab 33/49.
[50] “Mehirlərini” deyə tərcümə etdiyimiz kəlmə; “أجر = əcrin cəmi “أجور = ucurdur” Əcr, görülən işə qarşılıq əldə edilən haqdır. Qadının nikah müqaviləsi qarşılığında əldə etdiyi mehirə də məcaz olaraq əcr deyilmişdir (Müfrədat). Hal belə olunca Nisa surəsi 24-cü ayəsinin digər ayələrlə əlaqəsi qoparılaraq, onun bu bölümündən mutəyə hökm çıxarmışlar. Eyni zamanda bu məsələdə əhli Sünnə tərəfindən Ömərə də iftira edilərək; onun şəxsi içtihadı ilə mutənin sonradan qadağan edildiyi” fikrini irəli sürmüşlər. Əlavə elmi məlumat üçün bax: https://www.muselmanlar.com/tedqiqatlar/5173.html
[51] Bu ayəyə əsasən hür qadınla evlənməyə gücü çatan kişi, əsir qadınla evlənə bilməz. Hür arvadı olan, onun üstünə əsir bir qadın ala bilməz. Əgər evlənmək istəyirsə, onu əvvəlcə hürriyyətinə qovuşdurmalı (Muhəmməd 47/4), sonra evlənməldir. Ödədiyi fidyənin mehir sayılması üçün onunla anlaşa bilər. Nəbimiz, əsir qadınlardan Cüveyriyyə, Şafiyəni hürriyyətinə qovuşdurduqdan sonra nikahlamışdır.
[52] Hər qadın bir kişinin qızı, hər kişi də bir qadının oğludur (Hucurat 49/13).
[53] Savaş ərirləri ailələlərə paylaştırılır və ailənin hər bir fərdi kimi münasibət bəslənir (Nur 24/58-59).
[54] Bir əvvəlki ayənin dipnotunda da qeyd etdiyimiz kimi, evli subay fərqi olmadan bütün qadınlar “muhsanə” olaraq vəsf edilmiş və evlilik xaricində hər hansı bir cinsi əlaqəyə icazə verilməmişdir. Bu ayə, əsir qadının evlənməsini hür qadının evliliyi kimi öz iradəsinə buraxılmış, evliliyi idarə etmə səlahiyyəti də yanında qaldığı ailəyə verilmişdir. Mövzuyla əlaqəli Nəbimizin də belə söylədiyi rəvayət edilir: “(Evlənmək istəyən qadın) Əgər vəlisi/yaxını razılaşmazsa, səlahiyyətli biri vəlisi/yaxını olmayanın vəlisidir (Əbu Davud, Nikah 26; İbn Macə, Nikah 12).
[55] Zinanın cəzası 100 şallaqdır. Əsir qadınlara isə bu cəzanın yarısı verilir. Quranda, zina edən qadın və kişilər üçün rəcm/daşlama cəzası yoxdur. Onsuz da daşlanaraq öldürülmə cəzasının yarısı deyə bir miqdar da ola bilməz (Nur 24/2,4).
[56] “Başqa çıxışı olmayanlar”: Zinaya düşmək qorxusu olanlar və azad qadınla evlənməyə maddi imkanları olmayanlar. Əsirlə evlənən şəxs, evlənmədən əvvəl onu azadlığına qovuşdurmalıdır. Əksi təqdirdə evlənə bilməz.
[57] “Yollar” deyə məal verdiyimiz kəlmə, sünnənin (السنة) cəmi olan sünendir (سنن). Sünnə, bütün nəbilərin getdiyi doğru yolu ifadə edər. O yola girməyənlər uduzarlar (İsra 17/76-77; Kəhf 18/55). Sünnə, Allahın göstərdiyi yol (İslam) olduğu üçün üç ayədə “sünnətullah/Allahın sünnəsi” deyə, keçər (Əhzab 33/38,62; Fətih 48/23).
[58] “İradə” kəlməsi “istəmək, diləmək” deməkdir. Yer üzündə meydana gələn hər şey təkcə Allahın iradə/istəməsi ilə deyil, eyni zamanda “ol” deməsi ilə yaranır (Yasin 36/82). Uca Allah, “ol” dedikdən sonra “şaə”yə bir şeyə çevrilir və o şey mütləq olur (Ənam 6/149; Nəhl 16/9). Əgər belə bir qayda qanunu olmasaydı, Allahın ayədəki iradəsi/istəyi hər kafir və günahkar üçün həyata keçməli idi.
[59] Batıl yolla mal yeməyin nümunələri: Ölçünü və tərəzini əksik tutmaq (Mütaffifin 83/1-3; İsra 17/35), Faiz yemək (Bəqərə 2/275, 278-279, Ali İmran 3/130), Qumar və şans oyunları (Bəqərə 2/219; Maidə 5/90-91), qəsb etmə (Kəhf 18/79), Oğurluq (Maidə 5/38), yetim malı yemək (Nisa 4/2, 6,10), boşadığı avradına verdiyi malı geri almaq (Bəqərə 2/174) və din istismarı (Tövbə 9/34).
[60] Ticarət, tərəflər arasında azad şəkildə aparılan alver-ver fəaliyyətidir. Bir zamanlar Mədinədə qiymətlər yüksəlmiş və xalq nəbimizdən mallara narh/limit qoymasını istəmişlər. Nəbimiz əleyhissəlam belə demişdir: Qiymətləri müəyyən edən, azaldan, çoxaldan və ruzi verən Allahdır. Mənim əsl istədiyim; içinizdən birinizin qanı və malı mövzusunda bir haqsızlıqdan ötrü məndən bir tələbi olmadan Rəbbimə qovuşa bilməyimdir.” (Tirmizi, sehir” 73). Bunun mənası budur: Qiymətlər, arzu-tələbə görə dəyişir və Allahın bu ayəyə qoyduğu qaydaya “qarşılıqlı razılaşma” əsasında aparılmalıdır. Buna zidd hər müdaxilə zülmdür. Dövlətin müdaxiləsi, bazara az mal gəlməsinə, ehtiyacına artmasına , qıtlıq və qaçaqmalçılığa yol açar. Sərbəst bazarda qiymətlərin artması, ucuzluğun ən yaxşı xəbərçisidir. Çünki, qiymətlərin artdığını eşidən hər kəs ora mal gətirir və qısa bir müddətdə bolluq və ucuzluq başlayar.
[61] Böyük günahlara “kəbair” deyilir. Bunların ən əsasların bunlardır: Ayələri gizləmək/örtmək (Bəqərə 2/159-163, 174-177), Şirk (Nisa 4/48, 116), Adam öldürmək (Furqan, 25/68;Zina etmək (İsra 17/32; Nur 24/2), Zina iftirası (Nur 24/4, 11-13), Yetim malı yemək (Nisa 4/2,6,10), Ölçü və tərəzidə əyrilik (Mütaffifin 83/1-3), Oğurluq (Maidə 38), Allahın qoyduğu həddi aşmaq (Nisa 4/14), öz yalanını Allah istinad etmək ( Hud 11/18; Həhl 16/116), haram yemək (Bəqərə 2/173; Maidə 5/3), müharibədən qaçmaq (Ənfal 8/15-16), Faiz yemək (Bəqərə 2/275, 278), ata-anaya pis davranmaq (İsra 17/23), kibirli olmaq (Nisa 4/36), sərxoşedici və narkotik maddələr və qumar oynamaq (Maidə 5/90-91), Haram aylarda savaşmaq (Bəqərə 2/217), evlənməsi haram olan qadınlarla evlənmək (Nisa 4/22-24), insanları məscidlərdən və Allahın yolundan əngəlləmək (Bəqrə 2/114; İbrahim 14/3), Allahdan vəhy aldığını (Allahın elçisi olduğunu) iddia etmək (Ənam 6/93) və ayələrdən üz çevirmək (Ənam 6/157; Tə-ha 20/124-127),
[62] Bunlar, Allahın yaradılışdan insanlara verdiyi üstün keyfiyyətlərdir. İnsan bu özəlliklərini keşfetdiyi ölçüdə irəliləyir. Qadınların özünəməxsus və kişilərin də özünəməxsus özəllikləri vardır. Beləcə bunlar birbirlərini tamamlayır və hüzur tapmaları saxlanır (Zümər 43/32).
[63] Mirasda əsas olan qan bağıdır. Din və ölkə fərqi mirasa mane deyildir (Nisa 4/7; Ənfal 8/75).
[64] Əhdi-peymanla mirasçı olma haqqı qazananlar təkcə zövcələr (Nisa 4/12) olduğu üçün burada “əqd” kəlməsi, nikahda bağlanan əhd-peymandan başqası olmaz. (Nisa 4/20-21). Mirasçılar və alacaqları paylar, Allah tərəfindən müəyyən edilmiş, onun qoyduğu həddi aşanların ağır şəkildə cəzalanacaqları bildirilmişdir (Nisa 4/13-14). Bu ayə, ilkə əvvəl arvadların paylarının veriləcəyi, qalan qisminin isə ailədən olan mirasçılara müəyyən edildiyi şəkildə paylaşdırılması əmr edilməkdədir.
[65] Bəzi mövzularda kişilər, bəzi mövzularda da qadınlar üstündür. Bu fərqdən ötrü biri digərinin nöqsanını tamamlayır. Bu səbəblə tərəflərdən biri digərinə qibtə etməməlidir.
[66] Mehir vermək və ailəni keçindirmə məsuliyyəti (Bəqərə 2/233; Nisa 4/4).
[67] Allahın qadını himayəsi, zina etdiyini iddia edən kişiyə 4 şahid gətirmə məcburiyyəti (Nisa 4/15; Nur 24/4), evi keçindirmə məsuliyyətinin kişiyə aid olması, qadının evlilik və boşanma hüququnun mehir ilə maddi yöndən qorunması (Bəqərə 2/229, Nisa 4/20-21).
[68] الغيب=ğayb, 5 hiss orqanı ilə hiss edilməyən şeydir. Görülməyən, hiss edilməyən, yəni şahid olunmayan şey insanlar üçün ğayb/qeyb sayılır. Ayədə bu kəlmə, şahidlərin olmadığı yəni heç kimin görmədiyi olmadığı yerdə qadınların öz “muhsanə” özəlliyini qoruyub saxladığını ifadə edir. Pis, pozğun qadınlar isə belə şeyləri yəni ğaybı fürsət bilib zina edə bilirlər.
[69] “Çıxıb getmə” mənası verdiyimiz kəlmə (nüşûz =نُشُوزً)-dur. Bir insanın oturduğu yerdən yavaşça qalxması mənasındadır (əl-Ayn). Başqa bir ayədə örnəyi belədir: “Ey inanıb güvənənlər! Sizə məclisdə yer açın! Deyiləndə yer açın ki, Allah da sizə yer açsın. “Nuşuz edin=Qalxın! Deyiləndə də qalxın ki Allah, içinizdən inanıb güvənənlər ilə özlərinə elm verilənlərin dərəcələrini yüksəltsin. Allah, elədiklərinizin iç üzünü bilir.” (Nisa 4/128)
[70] Kişinin yataqda arvadını yalnız buraxması, həm qadının qərarını gözdən keçirməsini saxlayır həm də ayrılmaq istədiyi ərindən hamilə qalmasının qarşısını alar. Bu müddət ərzində kişi arvadını evindən uzaqlaşdırmaz. Bu, boşanmaq istəyən cütlərə tətbiq edilən bir qaydadır (Talaq 65/1).
[71] “Rahat buraxın” anlamını verdiyimiz (zərb =ضرب) kəlməsinin kök mənası, bir şeyi bir şeyin üstünə vurma və ya sabit tutmaqdır (Müfrədat). “Vurun!” anlamını da daşıyır. Cümlə içərisindəki yerinə görə fərqli anlamlar verilə bilər.
[72] “Əgər sizə bağlı qalarlarsa”, itaətin ərəb dilindəki sözlük anlamıdır. Ziddi ikrahdır (Müfrədat). İkrahın yəni məcburiyyətin dinimizdə yeri yoxdur (Bəqərə 2/256). Bu səbəblə, “Sizə bağlı qalarlarsa” ifadəsi, digər məallarda “onları döyün” şəklində verilən mənanı çürütməkdədir.
[73] Zuxruf 43/36-38.
[74] Bəqərə 2/261.
[75] Nəhl, 16/89; Zümər 39/69.
[76] Ərəb dilində “kəfərə və ya küfr” bir şeyin üstünü örtmək və ya özünü o şeyə qarşı örtmək, görməzlik etmək mənasına gəlir. Kafir, olmayan bir şeyə yox, olan bir şeyə qarşı çıxandır. Olmayan bir şeyi inkara, ərəb dilində də inkar deyilir. Amma Quranda Allahla əlaqəli heç bir ayədə belə bir ifadə yoxdur. Çünki, kafirlər daxil hər kəs Allahın varlığına inanır.
[77] Şüurunuz yerinə gələnə qədər.
[78] “Yolçuluq xaric” şəklində nəal verilən (abiris-səbil = عَابِرِي سَبِيلٍ) kəlməsi, şəhər içindəki yollar daxil hər cür yolda olma halını ifadə edir. Sonrakı cümlədə “səfər” kəlməsi isə hər cür uzun yolda olmağı ifadə edən kəlmədir.
[79] Cinsi əlaqə və ya başqa yolla meydana gələn boşalma.
[80] Suyu işlədəcək hal da yox isə.
[81] (Said =صَعٖيدً) üstə çıxmış şey mənasına gəlir. Dünyanın üst səthin (Kəhf 18/8) və səthdə olan hər şeyə said (Kəhf 18/40) deyilir.
[82] Ərəbcə “əl” mənasına gələn (يد = yəd) kəlməsi, lüğətdə “omuzdan barmaq uçlarına qədər bütün qolu” ifadə edər. Ancaq Quranda bu kəlmə, “biləkdən barmaq uçlarına qədər olan qismi” ifadə etmək üçün işlədilir. Bunu, Əraf 7/195 və Tə-ha 20/22 ayələrində görə bilərsiz. Bu səbəblə Maidə 6-cı ayədə dəstəmaz tərif ediləndə, “əllərinizi dirsəklərinizə qədər yuyun” deyilərək, təkcə əllərin biləklərə yuyulub buraxılmaması, yuyulacaq yerin dirsəklərə qədər olması əmr edilmişdir.
[83] Qüsl etmək və ya dəstəmaz almaq lazım olanda su olmazsa ya da suyu işlədəcək imkan yoxdursa (xəstəlik, yuyunmağın mümkün olmaması) o zaman təyəmmüm edilir (Maidə 5/6). Alınan təyəmmüm həm qüsl həm də dəstəmaz yerinə keçər. Ayənin davamında “Allah əfv edəndir, bağışlayandır.” ifadəsi, bilmədən, istəmədən əksik yuyulan bir yer varsa, narahatçılığa, təşvişə düşməməyi göstərir ki, bəzi insanlar qüsl alanda (görəsən quru ya da bulaşıq yer qaldımı fikriylə) xəstəlik dərəcəsinə çatan təşvişə qapılırlar.
[84] Buradakı cümlələr tövriyəlidir. Tövriyə; birdən çox mənası olan sözü, uzaq mənasını da nəzərdə tutacaq şəkildə işlətməkdir. Ayədə birinci; “səmina və asayna” cümləsi “dinlədik və möhkəm sarıldıq”, digəri isə “dinlədik və üsyan etdik” şəklindədir. Çünki (asa =عصى) feili bir-birinə zidd iki məna ifadə edir. Əgər (وَأَطَعْنَا ) feili işlədilsəydi başqa yerə çəkilməzdi. Bunun üçün Yəhudilər, məxsus bu feili işlədirlər.
İkinci cümlə (وَاسْمَعْ غـَيْرَ مُسْمَعٍ = isma ğayra musmain) cümləsidir. Bu sözün də iki mənası vardır, biri “lütfən dinlə, dinlə demək həddimiz olmasa da” digəri “dinlə, söz dinlədilməz adam!” şəklindədir (Nəml 27/80). Əgər təkcə “dinlə!” mənasına gələn (اسْمَع=isma) deyilsəydi başqa mənaya çəkilməzdi.
Üçüncü cümlə olan (رَاعـِنَا =raina) “bizi qoru/gözət” anlamına gəlir. Ancaq mufaələ babından olduğu üçün qarşılıqlı “birbirimizi qoruyaq” mənası da verilə bilir. Digər bir anlamı da “bizi güd!” yəni “bizi heyvan güdən kimi güd!” deyərək, üstüörtülü bir şəkildə kəlmə oyunu oynamağa çalışırlar. Bu da Yəhudilərin həm Allahın elçisinə əhəmiyyət vermədiklərini həm də aşağılamaq istədiklərini göstərməkdədir.
[85] Əraf 7/163-166.
[86] Hər insan, öz təcrübəsi ilə Allahdan başqasının ilah ola bilməyəcəyini anlayır. Buna görə Allah, hər kəsi bundan sorumlu tutacaqdır (Əraf 7/172-174; Ankebud 29/25; Fatır 35/13-14). Bunun xaricində şirk sayılan bəzi hal və davranışlar da vardır. Bunları Allah öz kitabında bildirmişdir (Bəqərə 2/22, 165; Nisa 4/171; Maidə 5/116; Əraf 7/190-198; Nahl 16/36% Nəcm 53/19-23). Elə bunun üçün heç kimin şirk mövzusunda hər hansı bir bəhanəsi ola bilməyəcəyi kimi bu günahın əfvi də yoxdur.
[87] Şaə (شاء) feili, “bir şey etmək” mənasındakı şey (شيء) məsdərindən əmələ gəlmişdir. Allahın yaratması o şeyi var etməsi, insanın yaratması da o şey üçün lazım olan səyi göstərməsidir (Müfrədat). Mövzu ilə əlaqəli ətraflı məlumata bax: https://www.muselmanlar.com/dusunce-sahesi/471.html
[88] İnsanın bir şeyi ortaya qoyması üçün çalışması və lazım olan səyi göstərməsi lazımdır. Bunların da başında dini yöndən insanların, məzhəblərin, təriqətlərin ona təqdim etdiklərini bir kənara qoyub, Allahın ona təqdim etdiyi kitabı sağlam bir düşüncə ilə oxuması və həyatına tətbiq etməsi lazımdır.
[89] Əraf 7/172-173.
[90] Allaha şərik qoçma iftirasını.
[91] Bəqərə 2/111; Maidə 5/18.
[92] Tağut, Allaha qarşı hədlərini aşan insanlar və cinlərdir. Bunlar, yoldan çıxmaqla qalmaz, ayələri ya yox sayaraq ya da mənalarını pozaraq, Allah adından dində yeni hökmlər icad edən, beləliklə başqalarının da həddi aşmasına və yoldan çıxmasına səbəb olan kimsələrdir (Bəqərə 2/256, 257; Nisa 4/60, 76; Maidə 5/60; Nəhl 16/36; Zümər 39/17).
[93] İsra 17/100.
[94] Yanıqlar üç dərəcəlidir: Birincisi dəridə qızarma və ağrı meydana gəlir və yaxlaşıq 48 saatda sağalır. İkincidə, içi su dolu qabarcıqlar meydana gəlir və dah çox ağrı verir. Dərinin özünü yeniləməsi ilə sağalır. Üçüncü dərəcəli yanıq, dərinin bütün təbəqələrini; damar, sinir və əzələ hüceyrələrini məhv edir. Bunun da öz daxilində dərəcələri vardır.
[95] Quranda cənnətlik və cəhənnəmlik olanlar üçün iki kəlmə işlədilir. Biri “əbəd = sonsuza qədər”, digəri “xalid = həmişəlik”. Cənnətliklər üçün bax: Nisa 4/57, 122; Maidə 5/119; Tövbə 9/22, 100; Təğabun 64/9; Talaq 65/11; Bəyyinə 98/8. Cəhənnəmliklərlə əlaqəli: Nisa 4/169; Əhzab 33/65; Cin 72/23.
[96] (zevc = زوج) kəlməsi, Quranda həm kişi həm də qadın cinsi üçün işlədilir. Cənnətə gedən zövclər, nöqsanlarından arındırıldıqları üçün biri digərində bir qüsur tapa bilməyəcəkdir (Vaqiə 56/61. Cənnətdəki qılman, vildan və hürilər ər-arvad mənasında zövc deyil, xidmətçilərdir (Duhan 44/54; Tur 52/20-24; Vaqiə 56/17-24; İnsan 76/19).
[97] Vaqiə 56/30; Yasin 36/56; Mürsəlat 77/41.
[98] Resul/Elçi, “birinə göndərilən söz və o sözü çatdırmaq üçün göndərilən şəxs” mənasına gəlir (Müfrədat). Allahın elçilərinin vəzifəsi, Onun sözlərini insanlara çatdırmaqdır. Bu səbəblə Quranda keçən Allahın rəsulu/elçisi (رسول اللّه ) ifadələrində əsl vurğu ayələrədir. Muhəmməd əleyhissəlam vəfat etdiyi üçün bizimlə həmhal olan rəsul, ancaq Qurandır (Ali İmran 3/144). Rəsul kəlməsi yerinə “rəsul/elçisinin gətirdikləri” ifadəsi bunun üçün yazılmışdır (Maidə 5/67; Nahl 16/35).
[99] Nisa 4/80.
[100] Bu ayə, əmir və səlahiyyət sahibləri ilə anlaşmaz olduğu zaman məsələnin həlli üçün Qurana yönəlməmizi əmr etməkdədir (Maidə 5/48-50; Nur 24/54; Şura 42/9-10) Çünki dinin tək mənbəyi Qurandır. Nəbimiz özü də elçilik etdiyi kitaba tabedir. Müsəlmanlar arasında nəbimizə istinad edilən belə bir söz dolaşır: Mənə itaət edən, Allaha itaət etmiş olur. Mənə üsyan edən, Allaha üsyan etmiş olur. Əmirə itaət edən, mənə itaət etmiş olur. Əmirə üsyan edən də mənə üsyan etmiş olur.” Halbuki itaət, Allaha və Allahın əmrinə uyğun hərəkət edən əmir sahiblərinə/idarəçilərə edilir. İdarəçilərlə aralarında bir münaqişə, problem yaranarsa, onu Allaha və elçisinə/gətirdiyinə müraciət edilməlidir. Çünki, hər kəs üçün ölçü Allahın kitabı olmalıdır. Əksini edənlər şirkə yönəlmiş olur və Allah adından onlara başqa hökm verənlər də tağutluq etmiş olurlar.
Bu ayə eyni zamanda Allahdan başqa hər hansı birinin dində hökm qoyma səlahiyyətinin olmadığını da göstərir. Əgər belə olmasaydı, ayə: “mübahisəyə düşərsəniz, onu Allaha və rəsuluna/elçisinin gətirdiyinə və əmir sahiblərinə ərz edin.” deyə, bitərdi. Allaha və Elçisinin gətirdikləri xaricində başqa birinə dində səlahiyyət verməyin şirk olduğunu və özündə belə bir səlahiyyəti özündə görənin də tağutluq etdiyini sonrakı ayə izah edir.
[101] Tağut barədə bax: Nisa 4/51-ci ayənin dipnotu.
[102] Bəqərə 2/256-257.
[103] Bax: Maidə, 5/104.
[104] Uca Allah, burada münafıkların işlədikləri bu böyük (şirk) günahından ötrü elçisinə gəlib birlikdə Allaha dua etmələrini tövsiyə etməkdə və əgər səmimi isələr bağışlanacaqları bildirilməkdədir.
[105] İltifat.
[106] 59-cu ayədən etibarən buraya qədər olan ayələr bizə dində tək mənbənin Allahın kitabı olduğunu və möminlər arasında hər hansı bir problem yaşanarsa, Allaha və elçisinə/gətirdiklərinə yönəlməyimiz yəni Quranı hakəm təyin etməyimiz əmr edilməkdə, əksi təqdirdə inanıram deyənlərin münafiqlik etdiklərini, azdıqlarını və tam bir təslimiyyətlə inanıb güvənmədiklərini göstərməkdədir. Çünkü Rabbimiz: “Allah və elçisi bir işe qərar verdiyi zaman artıq mömin bir kişinin və mömin bir qadının o barədə seçim haqqı yoxdur. Kim, Allaha və elçisinə baş qaldırarsa, açıq-aşkar yoldan çıxmışdır” (Əhzab 33/36). Bilavasitə: “Kim Allahın endirdiyi ilə hökm etməzsə, onlar əsl kafirlərdir!” (Maidə 5/44).
[107] “nəfisləri öldürmə” ifadəsi, əyri yoldan üz çevirib, fitrətə/doğru yola yönəlmə olduğunu sonrakı iki ayədən başa düşülür.
[108] Fatihə 1/6.
[109] Ali İmran 3/200; Ənfal 8/60.
[110] Tağutla əlaqəli bax: Nisa 4/51-ci ayənin dipnotu.
[111] Ənfal 8/5-6.
[112] Bəqərə 2/216.
[113] Yasin 36/82; Təğabun 64/11.
[114] Bax: Nisa 4/79; Ali İmran 3/154, 186; Şura 42/30; Mülk 67/2.
[115] Ali İmran 3/152-153; Şura 42/30.
[116] Ənam, 6/107; Şura 42/48.
[117] Hucurat 49/6.
[118] Əraf 7/42; Möminun 23/62.
[119] Burada şəfaət kəlməsinə “dəstək” mənası verilmişdir. Çünki şəfaət, birinin yoldaşlıq etməsi, arxa-kömək olması deməkdir. (Əl-Ayn; Müfrədat)
[120] “Salamun aleykum”, (Qəsas 28/55), “salam” (Hud 11/69, “mərhaba” (Sad 38/59) və ya günaydın, sabahın xeyir, xoş gördük kimi kəlmələrin hamısı sağlıq, salamatlıq diləyidir. Ayədə bu cür diləkdə bulunan insana din, irq, yer fərqi qoyulmadan daha gözəli ilə qarşılıq verilməsi istənilməkdədir.
[121] Bunlar Bədirdə və Uhudda müsəlmanlara qarşı savaşan Məkkəli münafiqlərdir. Bədirdə “Bunları dinləri aldatmış!” deyirdilər (Ənfal 8/49)
[122] “Vəli” iki şeyin arada bir şey olmadan olan yaxınlığına deyilir (Lisanul-Ərəb).
[123] Fitnə, qızılı içindəki qarışıq maddələrdən ayırmaq üçün atəşə atmaqdır (Müfrədat). Quranda bu kəlmə; imtahan (Əraf 7/155), aldatma (Əraf 7/27), cəhənnəm əzabı (Zariyat 51/10-14) və savaş (Bəqərə 2/217) anlamlarında işlədilmişdir.
[124] Xəta səbəbi adam öldürməyin diyəti, beş cins dəvənin hər cinsindən yirmi ədəd (2 və 5 yaşlarında) olmaq üzərə cəmi 100 dəvədir. Günümüzdə bu 100 dəvənin qiyməti nə qədər edirsə, o qədər diyət ödənməlidir. Nəbimizin dövründə bunların dəyəri 1000 dinar yəni 4.350 qr. edirdi. İndi də fiqhdə bu məbləğ əsas alınır.
[125] Bu, iki cəmiyyət arasında güvənliyin təmin edilməsi üçündür (Nisa 4/90).
[126] Bəqərə 2/178-179.
[127] Nəhl 16/28,87.
[128] Bu ayə, savaş və qisas halı olmadan hər hansı bir insanı və xüsusi ilə də sizdən biri olduğunu vəya təslim olduğunu söyləyən birini öldürməyin qadağan olduğunu bildirir.
[129] Ali İmran 3/164.
[130] Tövbə 9/91; Fəth 48/17.
[131] Cihad (جهاد), düşmənin, şeytanın və ya arzuların təsirindən qorunub, Allahın əmrinə boyun əymək üçün verilən hər cür mücadələdir (Müfrədat) Allah yolunda savaş, cihadın çox mühüm bir parçasıdır.
[132] Elədiklərinə qarşılıq ən gözəl qarşılanma sözü verdiklərimiz, cəhənnəmdən uzaq qalacaqlardır (Ənbiya 21/101). Bunlar böyük günahlardan uzaq qalan şəxslərdir (Nisa 4/31; Nəcm 53/31-32).
[133] İstiğfar/bağışlama, “söz və davranışla məğfirət tələb etmək”dir. Məğfirət isə Allahın, bəndəsini əzabdan qorumasıdır (Müfrədat). Başı qorumaq üçün geyilən “miğfər” də bu kökdəndir.
[134] Xalq arasında, Əzrail adında tək bir ölüm mələyi olduğuna inanılır. Qurana görə insanların canını almaqla vəzifəli mələklər (mələkul məvt) birdən çoxdur (Ənam 6/61; Nəhl 16/28-32; Səcdə 32/11). Hədislərdə də bunlara “mələkul məvt” deyilir (Buxari, “Cənaiz 69; Müslim, “Fəzail” 157). Əzrail kəlməsi Quranda və səhih hədislərdə yoxdur.
[135] Ənkəbud 29/56.
[136] Bunların bir nümunəsi Məkkəli münafiqlərdir: Nisa 4/88-91.
[137] Uca Allah bizə, öz vaxtları içərisində qılınacaq namazları belə izah edir: Normal hallarda, səfər əsnasında, qorxu halında (Bəqərə 2/238-239) və hücuma məruz qalma qorxusu altında qılacağımız namazlar. Səfərdə qıldığımız namazı, hücuma məruz qalma qorxusu altında necə qısaldaraq qılacağımızı bir sonrakı ayədə göstərmişdir.
[138] Səfərdə axşam namazı xaric bütün namazlar 2 rükətdir. Bu bir qısaltma olmayıb, səfərdəki namazın tam halıdır. Çünki bu ayədəki (əqamə = أقام = tam qılma) feilinin məfulu olan “əs-salat”, səfərdə qılınan tam namazdır. Buradakı üç ayə (Nisa 101-103), bu namazı qısaltmağın yəni 2 rükətin 1 rükətə endirməyin təkcə “hücuma məruz qalma qorxusu” halına xas olduğunu göstərməkdədir.
[139] (قضي = qəza) bir işi tam və sağlam görmək və yürürlüyə qoymaq mənasındadır (Məqayis). Bu mövzuda qərar vermək (İsra 17/23) və birişi tamamlamaq (Füssilət 41/12 anlamında ifadə edildiyi kimi işi tam və sağlam görmək mənasında da işlədilir (Bəqərə 2/200; Tə-ha 20/72). Bu ayədə “qəza” namaz qılma mənasındadır.
[140] Tək rükətdə oturmaq ancaq səcdədən sonra ola bilər. Bu da hər rükətdə iki səcdə olduğunu və səcdələr arasında zikr etməyin fərz olduğunu göstərir: “Səcdələrin arxasından təsbih et!” (Kaf 50/40). Səcdələr sözü cəmdir və cəm də ən az ərəbcədə üç olduğu üçün iki rükətli namazda dörd səcdə olduğu üçün dörd rükətli namazlarda, iki rükətdən sonra oturub təşəhhüd/təsbih etmək fərzdir. İlk rükətdən sonra oturmamağın səbəbi də budur.
[141] “tam qılın” əmri, qorxu keçdikdən sonra təkrar bir rükətə düşürməyin, mənasındadır.
[142] Bu səbəblə hər hansı bir namaz, özü üçün müəyyən edilən vaxt daxilində qılınmalıdır.
[143] Ənfal 8/15-16.
[144] Uca Allah, Quranın açıqlamasını öz üzərinə götürmüş və bu mövzuda nəbilər daxil heç kimə səlahiyyət verməmiş (Hud 11/1-2), izahatı bir üsula bağlamış (Əraf 7/52), üsulun ana qavram və ilkələrini kitabında bildirmişdir (Füssilət 41/2; Zuxruf 43/2-3; Yusif 12/1-2). Quran ayələrinin “mühkəm” və “mütəşabih” olaraq ikiyə ayrılması (Ali-İmran 3/7), bunların “məsani” prinsipinə (Zümər 39/23) görə anlam kümələri meydana gətirib, hər mövzuda təfərrüat verməsi bu üsulun bir parçasıdır. Bu təfərrüatları əldə etmək üçün Ərəb dilinə (Nəhl 16/103; Şuara 26/195; Yusif 12/2, Rad 13/37; Zümər 39/28; Şura 42/7), fitrətə (Rum 30/30; Füssilət 41/53), Rəsulullahı nümunə və birliktə çalışma (Əhzab 33/21; Füssilət 41/3) diqqət çəkməkdədir. Ayədə keçən “bima ərakəllah = Allahın sənə göstərdiyi şəkildə” ifadəsi, Quranın ehtiva etdiyi məsələlərin həllinə, hikmət və bunları həyata tətbiq etmək üçün bu üsulun təqib edilməsinin məcburi olduğunu göstərir.
[145] Bəqərə 2/213; Maidə 5/48-49.
[146] Bu ayə, nəbilərin məsum olmadıqlarını göstərən dəlillərdəndir (Ənfal 8/67-68; Tövbə 9/43; Hud 11/12; İsra 17/73-75; Nəml 27/10-11; Təhrim 66/1-2). Yəni, nəbilər günahdan qorunmuş deyillər.
[147] Heçnə Allahdan gizli deyil ( Ali-İmran 3/5; Mücadələ 58/7).
[148] Şiqaq (شقاق) kəlməsi, bir şeydə meydana gələn yarılmadır. Şiqaq eyni zamanda biri, digərinin durduğu xətdən fərqli bir xətdə durmasıdır (Lisanul Ərəb). Bu kəlmə Qurani Kərimdə daha çox mənəvi anlamda işlədilir. Bunlar; inanç fərqliliyi (Bəqərə 2/137), müxalifət (Hud 11/89), haqdan uzaqlaşmaq (Bəqərə 2/176; Həcc 22/53; Sad 38/2; Füssilət 41/52), Allah və elçisinin göstərdiyi yoldan başqa bir yola girməkdir (Ənfal 8/13).
[149] Ənənə dini mənsubları, bu ayəni icmaya dəlil sayırlar. Halbuki, burada qəsd edilən, “rəsuldan yəni gətirdiklərindən, təbliğ etdiklərindən yəni Allahın, elçisinin və möminlərin yolundan çıxıb başqa bir yola girənlərdən bəhs edir (Nisa 4/80). Möminlərin yolunun bir dəyər ifadə etməsi, Allahın əmr etdiyi və elçisinin təbliğ etdiyi yolu qəbul etmələri səbəbiylədir. Sonradan ortaya qoyduqları dində ictihad səlahiyyətləri səbəbi ilə deyil! Belə bir səlahiyyətin verilməsi, Allahın dininə əlavələr qatmaq və dində Allahdan başqasını ortaq etmək deməkdir.
[150] Şirkdən uzaq qalan və böyük günahdan çəkinən (Nisa 4/31; Nəcm 53/31-32) və ya günah işlədikdən sonra tövbə edib özlərini düzəldənlər (Furqan 25/68-71) ilə savabları günahlarından çox olanlar da cəcənnətə gedər və cəhənnəmin xışırtısını belə hiss etməzlər (Ənbira 21/101-102). Günahları savablarından çox olanlar isə cəhənnəmə gedərlər (Əraf 7/9; Məryəm 19/71-72, 86-87; Müminun 23/103-104; Qaria 101/8-11)
[151] Zuxruf 43/19; Nəcm 53/19-28; İsra 17/40.
[152] Şeytanın insanlar üzərində fiziki, məcburedici bir gücü yoxdur (İbrahim 14/22). Ancaq özünə tabe olanları yoldan çıxarmaq üçün əlinə düşən hər fürsətdən istifadə edər. (Əraf 7/16-17; Hicr 15/36-40; İsra 17/62; Sad 38/82-83)
[153] Məkkəli müşriklər, putlara qurban edəcəkləri bəzi heyvanları əvvəlcədən işarələmək üçün onların qulaqlarını yardıqdan sonra bir müddət sərbəst buraxırdılar (Maidə 5/103). Həmin heyvanların südlərindən, ətlərindən və yunlarından ölənə qədər faydalanmazdılar, bəzilərinin təkcə kişilərə halal, qadınlara isə haram olduğunu deyərdilər (Ənam 6/138-139). Quran, bir çox müşrik cəmiyyətdə də tətbiq olunan bu inancı tənqid etməkdədir.
[154] “Onlara əmr edəcəyəm, Allahın yaratdığını dəyişdirəcəklər” ifadəsində keçən “xəlqullah”a Rum surəsi 30-cu ayədə fitrət deyilmiş və din olaraq tərif edilmişdir. Fitrət, yaradılanların təbiəti və onu meydana gətirən maddə və qanunlarını ifadə edir. İnsan da bunlardan biri olduğu üçün Allahın dini, insanın təbii halını əks etdirir. Quranın Allahın kitabı olması da bu metodla ortaya çıxır (Füssilət 41/53). Nəticə etibarı ilə bu ayə, istər nazil olan ayələr, istərsə də yaradılan ayələr olsun, bunlardan hərhansı birini dəyişdirmək, pozmaq şeytan əməli sayılır.
[155] Nisa 4/57-ci ayənin dipnotu; Loğman 31/8-9.
[156] Bəqərə 2/111.
[157] Bəqərə 2/112; Loğman 31/22.
[158] Fətva, bir mövzuda verilən suala, dəlilə əsaslanaraq verilən cavabdır.
[159] Nisa 4/2-3.
[160] Büluğa çatmış birinə yetim deyilməz. Buradakı yetim qadın ifadəsi, evlilik çağına gəlmiş yetim qızlar üçün işlədilən məcazdır.
[161] “Nuşuzundan”, “boşayıb ayrılmasından” mənasındadır.
[162] Həşr 59/9; Təğabun 64/16; Məaric 70/19-22.
[163] (Şaə = شاء) feili ilə əlaqəli bax: Nisa 4/48-cıayənin dipnotu.
[164] Maidə 5/54; Ənam 6/133.
[165] Bəqərə 2/200-202; Ali-İmran 3/145; Hud 11/15-16; İsra 17/18-20; Şura 42/20.
[166] Ali-İmran 3/90-91.
[167] Ali İmran 3/26; Yunus 10/65; Fatır 35/10; Münafıkun 63/8.
[168] Ənam 6/68. Ayələrlə istehza edilən məclisdə oturmamaq əmri Zəburda da mövcuddur: “Nə xoşbəxtdir o insan ki, pislərin öyüdü ilə yürüməz, günahkarların yolunda olmaz, məsxərə edənlərin arasında oturmaz. Ancaq Rəbbinin qanunlarından həzz alır və gecə-gündüz onun üzərində dərin-dərin düşünür” (Məzmurlar 1/1-2).
[169] Ali İmran 3/139; Nur 24/55; Rum 30/47; Mümin 40/51; Muhamməd 47/35; Münafıkun 63/8.
[170] Ayədəki “xıda”(الخداع) sözü planlaşdıraraq çaşdırmaq və aldatmaq” deməkdir (Mufrədat). Özlərinə sərf eləməyən ayələrə fərqli mənalar verib əyri yola düşən hər kəs bu sinifə daxildir. Yəhudilərin davranışı buna nümunədir (Bəqərə 2/75-79).
[171] Bəqərə 2/9.
[172] Tövbə 9/54.
[173] Haqsızlığa məruz qalan biri, məruz qaldığı haqsızlığı dilə gətirə bilər. Amma əlavə olaraq özü də qarşılıqlı pis söz söyləməsi və haqsız davranış sərgiləməsi doğru deyildir. (Şura 42/40-41)
[174] Bəqərə 2/271.
[175] Nisa 4/48.
[176] Nisa 4/13-cü ayənin dipnotuna baxın.
[177] Bəqərə 2/136-137.
[178] Bunlar, əsasən Yəhudi və Xristian din xadimləri, kitablarında mütəxəssis olanlardır.
[179] Bəqərə 2/55-56.
[180] Musa əleyhissəlam Tura gedib xalqından 40 gün uzaq qalınca Samiri və tərəfdarları bir buğa heykəli düzəltmiş, İsrail oğullarına “Bu sizin ilahınızdır. Musanın da ilahı vardır amma o, onu unutdu” demişdilər. Harun əleyhissəlam, aralarında olmasına baxmayaraq onların heykələ sitayiş etmələrinə mane ola bilməmişdi. Bax: Tə-ha 20/83-98.
[181] Bəqərə 2/63-64, 93; Əraf 7/171.
[182] Bəqərə 2/58-60.
[183] (Qatələ = قتل) feilinin kök mənası etibarsızlaşdırma və öldürmədir (Məqayis), Ali İmran 3/21.
[184] Biz hər şeyi bilirik, yeni bir biliyə ehtiyacımız yox “Qəlbimiz bağlı” dedilər.
[185] Bəqərə 2/87-88.
[186] “Lakin onlara elə göstərildi” demək, “öldürdükləri adam onlara İsa kimi göstərildi” deməkdir. Şübhə içində olmaları bu səbəbdəndir.
[187] Ali İmran 3/55-ci ayəyə görə İsa əleyhissəlam yəhudilər tərəfindən öldürülməmiş, Allah onu vəfat etdirmiş (Məryəm 19/33) bə Yəhudilərin əlindən qurtarmışdır. Onun axirətdə söyləyəcəyi “nə vaxt ki, məni vəfat etdirdin onlar üzərində nəzarətçi ancaq sən oldun” sözü (Maidə 5/117) normal şəkildə sonradan vəfat etdiyini göstərir. Zümər 39/42-ci ayəyə görə vəfat, vəzifəsi bitən ruhun bədəndən ayrılmasıdır. Allah ruhu iki şəkildə vəfat etdirir; biri yuxuda, digəri də öldüyü zaman.
[188] Yəhudi və Xristianların kafir olma səbəbləri, İsa əleyhissəlamın Allahın elçisi olduğunu bildikdən sonra bu həqiqətin üstünü örtməkləridir. (Ali İmran 3/106). Bu gün Katoliklər, onun Allahın elçisi olduğunu öncə qəbul edərlər sonra da onun ilah olduğunu deyərlər. (Katolik Kilsəsi Din və Əxlaq prinsipləri, İstanbul 2000, par. 465, 858-859).
[189] Tövrat və İncili yaxşı bilən bir Yəhudi və Xristian, İsanın Allahın elçisi olduğunu həm anlayır həm də inanır. Bu inançlarına tərs bir yol izləyənlərin əleyhinə İsa əleyhissəlam şahidlik edəcək. Onun şahidliyi, görmə ilə deyil, yaşadığı zaman etdiyi təbliğ vəzifəsi ilə əlaqəli şahidlikdir. Maidə 5/116-118.
[190] Ənam 6/146; Nəhl 16/118.
[191] Bu ayəyə əsasən, Tövrat tərcümələrində yer alan “Yəhudi olmayandan faiz ala bilərsən…” cümləsinin doğru olmadığı ortaya çıxır. Kəlmələri, özlərinə sərf etmədiyi yerlərdə əyib bükən Yəhudilərin burada da bir təhrifə yol verdikləri görülür. Əcnəbilərdən aldıqları faizi halal, öz aralrında isə faizi haram saymaları Tövratın bir bütünlüyünə də tərsdir. Tövratda ümumi qayda belədir: “Yerli və əcnəbi hər kəs üçün tək bir qaydanız olacaq. Tanrınız Rəbb mənəm!” (Levililər 24/22)
[192] Batıl yollar üçün bax: Nisa 4/29-cu ayənin dipnotu.
[193] Ali İmran 3/7.
[194] Zəbur, kəlmə olaraq “kitab, mülk, firqə, parça” mənalarına gəlir. Quranda kəlmənin cəm halı olan “Zübuü”, “firqə, parça” anlamında işlədilir (Möminun 23/53). İki ayədə Davud əleyhissəlama bir Zəbur verildiyi bildirilir (Nisa 4/163; İsra 17/55) Ənbiya 21/105-ci ayədə keçən Zəbur kəlməsi də Davuda verilən kitabla əlaqələndirlir. Beş ayədə (Ali İmran 3/184; Nəhl 16/44; Şuəra 26/196; Fatır 35/25; Qəmər 54/43) də kəlmənin cəm halı olan “zübür” ilə əvvəlkilərə işarə edilməkdə, Zəbu ilə kitab kəlməsi arasındaki əlaqəni göstərməkdədir.
[195] Əraf 7/143; Tə-ha 20/11, Qəsas 28/30, Şura 42/51.
[196] İsra 17/15; Tə-ha 20/134; Qəsas 28/47.
[197] Rad 13/43.
[198] Cin 72/26-28.
[199] Ənam 6/19.
[200] Loğman 31/13.
[201] Nisa 4/137.
[202] Ali İmran 3/59; Məryəm 19/35.
[203] Buradakı ruh, Allahdan gələn bilikdir (İsra 17/85). O bilik, Allahın İsa əleyhissəlama, anasının rəhmində olanda (Ənbiya 21/91; Təhrim 66/12) öyrətdiyi kitab və hikmətdir (Ali İmran 3/48; Məryəm 19/30-33). Beləliklə o və anası, insanlar üçün hər biri bir ayə/möcüzə olmuşdur (Məryəm 19/21; Müminun 23/50).
[204] Maidə 5/72-73.
[205] Məryəm 19/92-93.
[206] əl-Müqərrəb, Allahın özünə yaxın qəbul etdiyi mələklər və seçilən öndə gələn insanlardır. Müqərrəb mələklər yaxşı insanların qeydləri aparıldığı “İlliyyun” mühafizəçiləri (Mütaffifun 83/21), İsa əleyhissəlam da müqərrəblərdəndir (Ali İmran 3/45). Axirətdə insanlar, “əshabul məymənə”, “əshabul məşəmə” və “əs-Sabiqun” deyə üç sinifə ayrılacaqlar. Ən yüksək dərəcədə olan sabiqun/öndə olanlardır.
[207] Əraf 7/53.
[208] Ali İmran 3/101-103; Nisa 4/146; Həcc 22/78.
[209] Kəlalə, valideynləri vəfat etmiş və övladları da olmayıb ölən insandır. Anası və uşağı olmayanın anabir qardaş və bacıların alacaqları miras payları Nisa 12-də anlatılmışdır. Bunların payları, mirasın üçdə birini keçməz. Bu ayətdə verilən fətva, o kəlalədən artıq qalan malın paylaşılması ilə əlaqəlidir. Bu ayədə deyilənlər, atası və uşağı olmadan ölənin atabir qardaş və bacılarına veriləcək miras paylarıdır.
[210] Muhəmməd əleyhissəlam, rəsul yəni Allahın elçisi vəsfi ilə təbliğ etdiyi ayələrdə bir səhvə yol verməz. Əgər belə şey etsə, Allah onun şah damarını qoparacağını və ona ağır bir cəza verəcəyini bildirir (Haqq 69/44-47). Amma nəbi olaraq müxtəlif məsələlərdə səhv edə biləcəyini bildirir ki, bunun da nümunələri həm Quranda həm də hədislərdə görülməkdədir.