Sual: Deyirlər ki, nəzir qurbanının ətindən nəzir deyən şəxs yeyə bilməz. Bu doğrudurmu? Bəs şükür qurbanın ətindən yeyə bilərik?
Cavab: İlk öncə bu kimi qurbanları, ildə bir dəfə qurban bayramında kəsilən qurbanla qarışdırmamaq lazımdır. Qaldı ki, nəzir qurbanı haqda deyilənlər, bəli, nəzir dediyiniz heyvanın ətindən siz və sizin ailəniz (ata-ana, nənə-baba, arvad-uşaqlarınız) yeməli deyilsiniz. Nəzir dediyiniz heyvanın ətini ehtiyac sahibi insanlara, kasıblara paylamalısız.
Ancaq şükür qurbanı, nəzir etdiyiniz qurban kimi deyildir. Onun ətindən həm özünüz həm qohum-qonşu həm də kasıb insanlara paylamaq lazımdır. Uca Allah bu haqda belə buyurur:
“Verdiyiniz hər hansı bir sədəqəni və ya nəziri şübhəsiz ki, Allah bilir. Zülm edənlərin isə heç bir köməkçisi olmayacaqdır.” (Bəqərə 2/270).
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır
Nəzir və şükür qurbanı haqda əlavə məlumatı saytımızın bu linkindən əldə edə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/990.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.