Müsəlmanlar

Hər rükətdə iki səcdə etməyimizin səbəbi və dəlili nədir?

Cavab: Uca Allahın bizə buyurduğu əmr və qadağalarının bəzilərinin hikmətini biz bilsək də bəzilərini bilmirik. Buna bənzər başqa suallar da hər kəsin ağlına gəlir: “bizi niyə yaradıb? Niyə namaz qılırıq?” kimi və s. Bunu bilməliyik ki, biz həyata öz istəyimizlə gəlmədik. Həyatı bizə bəxş edən uca Allahdır. Həyat haqqı Ona aid olduğu kimi, qaydaları qoyma haqqı da Ona aiddir. Biz buna inandıq. Allahın bizimlə müqayisə olunmayacaq dərəcədə bilgisi, hikməti və yaradılış səbəbləri vardır.

Qaldı, hər rükətdə iki səcdə etməyimizin dəlili məsələsinə; bu həm Adəmdən bu yana əmr edilən bir qaydadır[1] həm də Quranda ifadə edilən “Sucud/Səcdələr” ifadəsi səbəbiylədir. Kaf surəsində:

وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَارَ السُّجُودِ

“Gecə namazı səcdələrinin ardından Onu təsbih/ibadət et” (Kaf, 40.) buyurur. Əgər hər rükətdə bir səcdə olsaydı, iki rükətli namazda iki səcdə olardı ki, bu da “sucud” kəlməsi ilə deyil, “səcdan” kəlməsi ilə ifadə edilərdi.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7707.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax. Bəqərə 2/43; Ali İmran 3/43.