Müsəlmanlar

Aşura nədir? Aşurada baş verənlər.

Aşura nədir və Aşurada baş verənlər.

Aşura kəlməsi, ərəb dilində “aşəra” sözündən götürülüb mənası 10 deməkdir. Məhz Məhərrəm ayının 10-cü gününə istinadən ona bu ad verilmişdir.

Hicri 61-ci ilin Məhərrəm ayının 10-cu günü İmam Hüseyn və tərəfdarlarının Kərbəlada Yezid tərəfindən şəhid edildiyi gündür. Tarixə böyük bir acı olaraq damğasını vuran bu günü, müsəlmanlar böyük bir üzüntü ilə yad edərlər. Bu acı hadisədən ibrət alınacaq çox məqamlar var: İmanla küfrün, Haqla batılın, Zalımla məzlumun, Möminlə münafiqin səfləri və sifətləri, ibrət alan müsəlmanların zehnində və xatirəsində canlanmaqda, bu iki sinif bir-birindən bir daha ayırd edilməkdə və yad edilməkdədir.

Əfsuslar olsun ki, bu hadisədən sonra İslam aləmi ikiyə bölündü.  İslam aləmindən ayrılan və özlərinə “Şiə/əhli-beyt tərəfdarları” deyən bu qrup, baş verən hadisələr üzərindən yeni bir din icad etdilər. Elə bir din ki, görünüşdə haqsızlığa, zalıma qarşı qiyam edən və əhli beytin yanında yer alan, onların haqlarını qorumağa çalışanlardan ibarət… Bu fürsəti qaçırmayan Məcusilər də müsəlman cildində onlara qatılaraq və hadisələri daha da sulandıraraq, icad edilən yeni dinə siyasi bir don geydirirlər. Artıq bu dinin əsasları: İmamət və Xilafət davasıdır. Bu dava (onlara görə) xilafəti qəsb etmiş səhabələrə qarşıdır. Bu səbəblə səhabənin bir neçəsi xaric hamısının kafir olduqlarına inanırlar. Ən böyük düşmənləri isə Hz. Ömərdir və onun barədə ən iyrənc rəvayətlər nəql edərlər.

Şiə inancına görə Quranı Kərimdəki ayələrin əksəriyyəti səhabələri tənqid etməkdə və İmamlarını da tərif etməkdədir. İmamətə inanmayan heç kəsi müsəlman olaraq görməzlər. Sözdə “Sünni mənim qardaşımdı” deyərlər, amma bu sözləri bir təqiyyə ecabıdır. Təqiyyə/ikiüzlülük[1] onların dinlərində vacibdir. Məqsədlərinə nail olmaq və müsəlmanlar arasındaki kini, nefrəti canlı tutmaq üçün hər il bu Aşura məclisləri, matəmləri, mərsiyələri davam etdirirlər və imamların mövlüdlərini yad edərlər.

Əlbəttə səmimi olanlar və bu dinin teorik əsaslarından xəbəri olmayan Şiə vətəndaşlarımız, necə bir oyunun içində olduqlarından xəbərsizdir və onları məzlumiyyət üzərindən necə istismar etdiklərini, İslamdan uzaqlaşdırdırıb şirkə düşürdüklərini, müsəlmanlar arasında fitnə-fəsad saldıqlarını bilmirlər və sadəcə kor-koruna öz ayətullahlarını təqlid edirlər. Bu acı həqiqəti bilməlisiz: “Mövcud Şiəlik, İmamlarının tökülən qanının Məcusi fırçasıyla yazıya tökülmüş halıdır!” Biz bunları sadəcə tərəfsiz bir müsəlman olaraq yazdıq. Ümidimiz və bu yazdıqlarımız onları oyandırmaq üçündür.

Quranı oxuyan hər bir Müsəlman görər ki Allah, Şiəliyi də Sünniliyi də ehtiva edən bir din göndərmişdir. Sünniliyi ya da Şiəliyi özünə məzhəb və şüar edənlər, əslində dini, siyasi məqsədlərə alət edənlərin qurbanlarıdır. Çünki əsl Müsəlman, Sünniliyi də Şiəliyi də özündə cəm edən insandır.

[1] Təqiyyə barədə saytımızdakı bu elmi məqaləyə baxın: https://www.muselmanlar.com/dusunce-sahesi/6844.html