Cavab: Uca Allah, Ali İmran surəsi 97-ci ayəsində belə buyurmaqdadır:
“…Ora getməyə gücü çatanların o evə (Kəbəyə) həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur. Kim bunu inkar edərsə, bilsin ki Allah aləmlərə möhtac deyildir…”
Ayədən gördüyümüz kimi, Həcc ziyarətinə getmək, maddi və mənəvi imkanları olan şəxslərə vacib qılınmışdır. Bu səbəblə imkanı olmayan şəxslərin oraya ömrü boyu getməməsi, yəni sözün əsl mənasında gedə bilməməsi onlar üçün günah sayılmaz.
Borc alaraq gedən insana; əgər borcu qaytarmaq imkanı olan ya da hardansa alacağı olan biri borç alıb həccə gedirsə, ona bir şey deyə bilmərik. Ona bunu qadağan edən hər hansı bir hökm yoxdur.
Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/7551.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.