Sual: Mən qurbanlıq heyvan alsam, qiyməti 200 azndirsə, 100 azn ödəyib heyvanı kəsib paylayıb, növbəti ay 100 azn-i ödəməyim uyğundurmu? Qohum bir şəxsdən alacağım üçün iki dəfəli ödənişə razıdır.
Cavab: Qurban kəsmək, namaz və oruc kimi hər kəsin yerinə yetirməsi vacib olan ibadətlərdən deyil. Bütöv bir ümmətə vacib olan ibadətlərdəndir. Yəni bu ibadəti ümmət içərisindən bir nəfər kəsərsə, digərlərinin üzərindən vaciblik qalxmış olur.
Hər bir müsəlman, imkanı nisbətində qurbanını kəsməklə və bu xeyirxah əməli yerinə yetirməklə Allahın rizasını qazanmaq istəyər. Buna imkanı çatmayanlar isə, özlərini buna məcbur etməməli, borcanmamalı və ailəsini çətin vəziyyətə düşürməməlidirlər.
Qısacası, qurbanı nisyə alıb kəsmək doğru deyil və bu xeyirxah əməli Allah bu şəkildə yerinə yetirməyi əmr eləmir.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Qurban barədə əlavə məlumat almaq istəyənlər aşağıdakı linkə baxsınlar:
https://www.muselmanlar.com/fitvalar/qurban/6418.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.