Müsəlmanlar

FƏLƏQ SURƏSİ

Fələq, bölünmə deməkdir. Surə 5 ayədən ibarətdir.

Bu və bundan sonrakı Nas surəsində insanı günaha aparan daxili və xarici təsirlərdən bəhs olunur. Bu kimi təsirlərdən bizi qoruyacaq olan təkcə Allahdır. Hər iki surəyə müavvizəteyn (qoruyucu iki surə) deyilməsinin səbəbi də budur.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bismillahir-Rahmənir-Rahim!

 

1. De ki, bölərək yaratma işinin[1] Rəbbinə/Sahibinə sığınıram!      قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَق

2. Yaratdığının şərrindən,                                                                          مِنْ شَرِّ مَا خَلَقَ

3. Çökdüyü vaxt gecənin[2] şərrindən,                                             وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

4. Münasibətlərə fəsad qarışdıranların[3] şərrindən,                وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَد

 5. Bir də həsəd etdiyi vaxt həsədçinin şərrindən.”                          وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

[1] Fələq; bölünmə yoluyla yaradılan deməkdir. Elmi dildə buna “mitoz bölünmə” deyilir. Hüceyrə mərkəzi ikiləşir və bölünərək çoxalmağa başlayır. Uca Allah bu kəlmənin keçdiyi bir başqa ayəsində belə buyurur: “Toxumu da, çərdəyi də bölən Allahdır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır…’(Ənam, 6/95.)

[2] Ğasaq, günəşin şualarının tamamilə yox olub gecənin qaranlığının çökdüyü və gecənin ən soyuq bölümünə deyilir. Uca Rəbbimiz, Gecə/Xüftən namazının da bu vaxt girənə qədər qılıb qurtarmağımızı istəməkdədir. Ayə belədir: Gün batmağa meyl edəndən gecənin qaranlığınadək namaz qıl… (İsra 17/78)

[3] Münasibətlər deyə tərcümə etdiyimiz (uqad=الْعُقَد) kəlməsi, bağlar mənasına gəlir (İsfəhani, “Müfrədat”). Nəffəsat= النَّفَّاثَاتِ kəlməsinin müfrədi olan نفث = nəfs bir şeyin ağızdan çıxmasına deyilir. Bu ağızdan çıxan şeylərin insanlar arasında qurulan bağlara, münasibətlərə fəsad qarışdırma yönlərinin də olması səbəbiylə onların bu kimi şərrindən Allaha sığınmaqdayıq.

Təəssüf  ki ənənə dini mənsubları bu ayəni cadu, piti işləri ilə məşğul olanlarla əlaqələndirərək, “Düyünlərə üfləyən (cadügər) qadınların  şərrindən” deyə məallandırmışlar. Üstəlik bu fikirlərinə peyğəmbər əleyhissəlam haqqında uydurulan rəvayətlərdən də  istinad gətirirlər. Belə ki bu rəvayətlərdə, Allahın elçisinin ovsunlandığı və sehrə məruz qaldığı qeyd edilir. Rəvayət qısaca belədir: “Rəsulullah, bir Yəhudi tərəfindən sehirləndi. Belə ki, o, etmədiyi bəzi şeyləri etmiş kimi hiss elədi. Bu halı günlərlə sürdü. Sonra mələyin köməkliyi ilə bu sehr quyunun dibindən çıxarılır və bu iki surə üfürülərək sehrin düyümləri açılır.” (Buxari, “Tibb” 47,48; Müslim, “Salam” 43)

Bütün bu iddialar, Allahın elçisinə bir iftiradan ibarətdir və Məkkə müşriklərinin dediklərini təsdiləməkdədir. Çünki Müşriklər, “Sən ancaq sehrlənmiş birisən” deyirdilər. (Şuara 26/185).

Qurani Kərim, insan üzərində cinlərin və şeytanların hər hansı fiziki təsirinin olmadığını bildirməkdədir. Bu səbəblə hər hansı pis iş gördüyümüz vaxt şeytanı yox özümüzü günahkar görməliyik. Cinlər və şeytanlar bizə ancaq vəsvəsə verə bilərlər. Bu həqiqəti ifadə edən ayələr belədir:

“İş bitirildikdə şeytan da deyəcək ki: “Şübhəsiz, Allah sizə həqiqəti vəd etdi. Mən də sizə vəd verdim, amma sizə verdiyim vədə xilaf çıxdım. Əslində mənim sizi məcbur edəcək bir gücüm yox idi. Mən sadəcə sizi çağırdım, siz də mənə uydunuz. Elə isə məni qınamayın, özünüzü qınayın. Artıq mən sizi xilas edə bilmərəm, siz də məni xilas edə bilməzsiniz. Şübhəsiz, mən daha əvvəl sizin məni Allaha şərik qoşmağınızı qəbul etməmişdim. Şübhəsiz, zalımlar üçün ağrılı-acılı bir əzab var” İbrahim 14/ 22

İblisin onlar haqqındakı zənni düz çıxdı. Möminlərdən bir dəstə xaric hamısı ona uydu. Halbuki şeytanın onlar üzərində heç bir hakimiyyəti/məcbur edəcək gücü yox idi. Ancaq biz axirətə inananları onun barəsində şübhədə olanlardan ayırd edək/bilək deyə (ona bu fürsəti verdik). Sənin Rəbbin hər şey üzərində həqiqi bir qoruyucudur.” (Səba 34/20)