Şəfaətlə əlaqəli uydurma hədislər.
Biz müsəlman olaraq, Allahın bizə şəfaət edəcəyinə inanırıq. Çünki Qurani Kərimdə bundan bəhs edən açıq aydın ayələr var. Bununla bərabər, Quranda bildirildiyi kimi şəfaətin təkcə Allaha məxsus olduğuna da iman gətirdik. Lakin bütün məzhəblər, axirətdə Allahdan başqasının da şəfaət edəcəyinə inanmaqdadır. Bu inanc eynilə təhrif olunmuş dinlərdə də mövcuddur, xüsusilə Xristianlıqda İsa əleyhissəlamın şəfaət etməsi bir iman məsələsidir.[1]
Özlərini müsəlman görənlərin də əksəriyyəti axirətdə Muhəmməd əleyhissəlamın və başqa bir çox insanların özlərinə şəfaət edəcəklərinə inanmaqdadır. Onları bu kimi düşüncələrə sövq edən əsas amil, Qurani Kərimdəki bəzi ayələrin səhv yorumlanaraq (oraya üçüncü şəxsi əlavə edərək) təhrif edilməsi və ya səhv tərcümələr olmuşdur. Biz bunları saytımızın bu linkində video dərs şəklində göstərmişik: https://www.youtube.com/watch?v=MoY_uPBNTGo&t=1s&ab_channel=KuranlaAyd%C4%B1nlanmak
İndi bu şəfaətlə əlaqəli Qurana tərs və uydurulan hədislərdən bir neçəsini sizə təqdim edirik:
Peyğəmbər əleyhissəlama nisbət edilən hədislərin birində: “Mənə şəfaət etmək haqqı verildi. Mən də bu haqqı axirətə saxladım. Axirətdə digər peyəmbərlərdən fərqli olaraq mən ümmətimin böyük günahlarına (şəfaəti uzma) şəfaət edəcəyəm.”[2]
“Müəzzinin əzan oxuduğunu eşidəndə, onun dediklərinin eynisini siz də təkrar edin. Sonra mənə salavat gətirin. Çünki, kim mənə salavat gətirirsə, Allah buna qarşılıq ona on dəfə salat/kömək edər. Daha sonra mənim üçün Allahdan Vəsilə istəyin. Vəsilə, cənnətdə Allahın qullarından bir tək insana nəsib olacaq bir məqamdır. O qulun mən olacağımı ümid edirəm. Kim mənimüçün vəsiləni istərsə, ona şəfaətim vacib olur.”[3]
“Mənim şəfaətim qiyamət günündə ümmətimdən böyük günah işləyənlərədir.”[4]
“Qiyamətdə ya Rəbb!, zərrə qədər imanı olanı cənnətə qoy!”- deyəcəyəm. Hamısı şəfaətimlə cənnətə girəcək.”[5]
Bu hədis Allahın kitabına tam tamına zidd hədisdir. Çünki Allah, Quranda müşriklərin də Allaha inandıqlarını hətta namaz qıldıqlarını, oruc tutub həcc etdiklərini bildirir. İblis belə Allahın varlığını inkar etməmişdir. Demək ki, məsələ iman edib etməmək deyil, inandım deyənlərin bu inancına sadiq qalıb əməl etməkləridir.
“Qəbrimi ziyarət edənə, şəfaətim vacib olur.”[6]
“Mədinədə vəfat etməyə gücü çatan orada vəfat etsin! Çünki mən, orada vəfat edənə şəfaət edərəm.”[7]
“Kim Quranı oxuyar, onu gözəl şəkildə əzbərləyər, halal haramını qəbul edər və bunlara rəayət edərsə, Allah bu sayədə onu cənnətə qoyar. Ailəsindən hamısı cəhənnəmlik olan on nəfəri şəfaət etmə haqqı verilir.”[8]
Bu hədisin ilk cümləsi çox doğru və Qurana tam tamına uyğun bir hədisdir. Lakin ikinci cümlə isə ilk cümləyə və Qurana tam ziddir. Çünki Allah kitabında belə buyurur:
“O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!” (İnfitar, 19)
“Qorxun o gündən ki, heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kimdən fidyə qəbul edilməyəcək, şəfaətin heç kimə faydası olmayacaq və heç kimə köməklik göstərilməyəcəkdir.” (Bəqərə, 123)
Məzhəblərin hamısı peyğəmbərdən başqa, ailmlərin, şəhidlərin, salih insanların da şəfaət edəcəyinə inanmaqdadır:
“Ümmətimdən elə alim, şəhid, saleh kəslər var ki, kimisi bir çox qəbilələrdən ibarət bir camaata şəfaət edər, kimisi bir qəbiləyə şəfaət edər, kimisi bir dəstə adama şəfaət edər, kimisi də bir nəfərə şəfaət edər və onların cənnətə girməsinə vəsilə olar“[9]
Şiəyə görə əsas şəfaəti əhli-Beyt imamları və Fatimə anamız edəcəkdir. İmam Baqir (güya) Peyğəmbərdən (s) belə nəql edir: «Qiyamət günü Allah tərəfindən nida ucalar ki, ey Fatimə, nə istəsən, kimə şəfaət istəsən qəbuldur».
Hətta Allaha məxsus olan cənnət və cəhənnəmin Fatimə anamıza mehir olaraq verildiyini iddia edən rəvayətlər vardır. İmam Sadiq (ə) istinad edilən rəvayət belədir: “Həzrəti Fatimənin mehriyyəsi behişt və cəhənnəmdir. O həzrət dostlarını behiştə və düşmanlarını cəhənnəmə göndərəcək”[10]
Görüldüyü kimi bu məzhəblər və onların din xadimləri, dini və bütün səlahiyyətləri hətta cənnət və cəhənnəmi Allahdan alıb öz əllərinə keçirmişlər. İnsanları bu şirk dolu xürafələrinə inandırmaq üçün də bütün bunların “Allahın icazəsiylə” olacağını qeyd edərlər.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/6384.html
https://www.muselmanlar.com/fitvalar/13444.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Xristianlıqdakı inancına görə bütün xristianlar İsa əleyhissəlamın şəfaəti/xilas etməsi ilə cənnətə girəcəklər. Xristianlar, şəfaət əvəzinə “xilaskarlıq” sözündən istifadə edirlər.
[2] Buxari, Davet, 1; Müslüm, İman, 334.
[3] Müslüm, Salât, 11.
[4] Tirmizi, “Sünən”; İbn Macə, “Sünən”.
[5] Buxari, “Şəfaət”. Müsned, 3/144
[6] Heysəmi, IV, 2; Beyhaki, Şuab, III, 488/3862.
[7] Tirmizi, Mənakib, 67/3917.
[8] Tirmizi, Fəzail-Quran, 13/2905; Əhməd, I, 148.
[9] Tirmizi, Qiyamət, 11.
[10] Biharul Ənvar, 43/472.