Müsəlmanlar

Zəif və əsli olmasa da təqlidçilər arasında “hədis” deyə məşhur olan sözlər.

Cavab: Bu cür sözlər çoxdur. Uydurma da olsa Quranı bilməyən lakin, hədislərə və təriqətlərə meyl edən insanların dilində məşhur olan bu sözlərdən bir neçəsini aşağıda göstərə bilərik. Məsələn:

“Ümmətimin ixtilafı rəhmətdir” sözü, Acluninin “Kəşful Xəfa” əsərində keçər. Həm əsər sahibinin özünün qeyd etdiyinə görə həm də hədis imamlarının əksəriyyətinə görə əsli olmayan bir rəvayətdir. Qurani Kərimə də zidd olduğunu bu ayələrə baxanda görə bilərsiz: Ənfal, 8/46; Nisə 4/59,83; Əli İmran3/103.

Bir başqa məşhur söz: “Elə bir vaxt gələcək ki, Sizin aranızdan bir nəfərə məndən nəql olunan bir hədis deyildikdə oturduğu yerə söykənmiş halda: “Rəsulullah belə bir şey deməz. Hədisi burax, mənə Qurandan dəlil gətir” (Əbu Yəla, Müsnədu Əbi Yəla, 3-cü cild, s. 346.) deyəcəkdir. Bu rəvayət sənədindəki Yezid ibn Əban ər-Rəqqaşi adlı ravinin ucbatından zəif qəbul olunur. (Heysəmi, Məcməu-z-zəvaid, Beyrut, 1988, 1-ci cild, s. 155). Bu söz, Bəqərə 213-cü ayəsinə də ziddir. Eyni zamanda belə deməkdə nə eyib varki? Səhabə də Peyğəmbərimizdən bir şey eşitdiyi zaman “bu sənin sözünmü yoxsa Allahdan gələn vəhydirmi?” deyə soruşublar.

Bir başqa rəvayət: “Allah bu ümməti dəlalət üzərə əsla toplamaz. Allahın əli cəmaatladır.” (Hakim, “Müstədrək, ilim, h. 102/391-111/400; Acluni, a.g.e. h.153.) İbn Həcər, bu hədis qəribdir. Hakim, bu hədis müztəribdir. Qərib olan əhli sünnənin belə bir hədis üzərindən qaidə qoymaları və bu qaidəyə uymalarıdır. Allah, kitabında “Özündən çəkinən və yaxşılıq edənlərlə bərabərdir” (Nəhl, 128) deyir. Bu rəvayət, həm günümüzə qədər baş vermiş və davam edən tarixi hadisələrə də ziddir.

Təriqətçilər arasında bir məşhur rəvayət daha var: “Çətinə düşdüyünüz zaman qəbir əhlindən kömək istəyin” (Acluni “Kəşful xafa” əsərində “xalq arasında yayılan sözləri hədis deyə rivayət edildiyini söylər və bunu da rivayət edərək bu sözün xalq sözü olduğunu deyir. Amma gəlin görün ki, hədis elmindən xəbərsiz insanlar bunu bir hədis kimi rəvayət edirlər. Bu, eyni zamanda Bəqərə, 213, Nisa 59-cü ayələrinə də ziddir.

Ən məşhur olanlardan biri də: “Ölü, arxasından yaxınlarının ağlaması səbəbiylə əzab görür.” (Buxari, Cənazi, 42)

Bu söz Ənam 164-cü ayəsindəki ifadəyə ziddir: “Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ziddiyyətə düşüb çəkişdiyiniz məsələlər barədə sizə xəbər verəcəkdir.”

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/13401.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.