Müsəlmanlar

Oğurluq edən şəxs, tutulmadan qabaq tövbə etsə, yenə də əli kəsilirmi?

Cavab: Əgər oğurluq edən şəxs, etdiyi əməlinə peşman olub, oğurluğu ortaya çıxmadan gəlib təslim olmuşsa, artıq onun əli kəsilməz. Həmin şəxs, aldığı malı sahibinə təslim etməli və ayədə buyurulduğu kimi tövbə etməlidir ki, Allah da onu əfv etsin:

“Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.” (Nisə, 4/17).

Belə etdiyi təqdirdə, artıq o öz üzərindəki oğru ləkəsini da təmizləmiş olur.

Ancaq, oğurluq edən tutulduqdan sonra oğurluğunu etiraf etməsi və ya tövbə etməsi, artıq əlinin kəsilməsinin qarşısını almaz. Tövbəsi səmimi isə Allah qəbul edər. Lakin, insanlar arasındaki hökmdə dəyişən bir şey olmaz. Yoxsa, hər tutulan bunu (tövbə məsələsini) istismar edər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Bu barədə digər sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6061.html

https://www.muselmanlar.com/fitvalar/4128.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.