Müsəlmanlar

Valideynin icazəsi olmadan evlənə bilərikmi?

Sual: Siz, xüsusilə qız uşaqlarının ata-ananın razılığı olmasa da istədiyinə ərə gedəcəyini deyirsiz. Halbuki Allah, Bəqərə surəsi 221-ci ayəsində valideynlərə: “Müşrik kişilərə qız verməyin!” deyir. Əgər səlahiyyət tam qızın əlində olsaydı, qızın valideynlərinə Allah belə bir xəbərdarlıq etməzdi. Bəs bu barədə nə deyə bilərsiz?

Cavab: Biz, istər qız istər oğlan övladı olsun, onları istəmədikləri biri ilə evləndirilməsinin doğru olmadığını bildirmişik. Əlbəttə ki, bir insan sevdiyi, istədiyi biri ilə evlənməsi lazımdır. Dinimiz də bunu əmr edir. Lakin, bu o demək deyildir ki, övladlar öz valideynlərini bu məsələdə gözardı edəcək və valideynlər də evlənəcəkləri cütlərin bir birinə layiq, uyğun olub olmadığına baxmayacaq. Ayə, məhz buna işarət etməkdədir. Evlənəcək şəxslərin bir birinə zidd fikirdə, xasiyyətdə olması onlara gələcəkdə bir çox problemlər yaradacağını görən və bilən valideyn, əlbəttə övladına bunları bildirəcək, tövsiyə edəcəkdir. Hələ-hələ bir möminlə müşrikin bir arada ailə qurub yaşaması, yaxşı nəticələr doğurmaz.

Bəqərə surəsinin 232-ci ayəsində,  “Müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınların evlənməklərinə mane olmayın.” buyurmaqdadır.

Bu ayədə “Müvafiq qayda üzrə” ifadəsi, evlənəcək şəxslərin, Qurana və yaşadıqları örf adətə uyğun şəkildə deməkdir. Bu qaydaya rəayət etmişlərsə, bir vəkilinin/vəlisinin yəni, səlahiyyətli birinin iştirakı ilə evlənirlər. Evlənəcək şəxslərin ən yaxın vəkili də valideynləridir. Evliliyin və ya nikahın ən mühüm şərtlərindən biri, səlahiyyətli şəxslər tərəfindən şahidlərin hüzurunda  yerinə yetirilməsidir. Əksi təqdirdə, evlənəcək şəxslərin öz aralarında razılaşması və bir molla da çağırıb gizlicə kəbin kəsmələri doğru deyildir.

Ayədə işarət edilən xüsuslardan biri də; əgər ,  “Müvafiq qayda üzrə öz aralarında razılığa” gəlməmişlərsə, onda valideynlərin araya girib buna mane olma səlahiyyətlərinin olduğunu göstərir. Çünki, bu və oxşar ayələrdə evliliyin yoxlanılması məcburiyyəti olduğunu görürük.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7279.html

https://www.muselmanlar.com/fitvalar/7590.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.