Müsəlmanlar

Bir malı almaqdan imtina edəndə verilən depoziti geri ala bilərikmi?

Sual: Hər hansı bir malı, maşını və ya evi satın alacaq ya da kiralayacaq şəxslər, ilk müqavilədə müəyyən miqdar depozit verirlər. Sonradan malı almaqdan imtina edənə bu miqdar yəni depozit çox vaxt geri qaytarılmır. Biz də sizdən bunu soruşmaq istəyirik: Depoziti qaytarmamaq olar?

Cavab: Belə bir müqavilə bağlayıb bağlamamaq sizə bağlıdır. Yəni, malı alanda hər hansı bir miqdar üzərində anlaşdıqdan sonra ilkin ödəniş üçün müəyyən bir miqdar depozit verirsiz. Bunu siz vermədən və ya qarşıdakı almadan da müqavilə bağlaya bilərsiz.

Əgər satan adam mütləq depozit almağı şərt qoşarsa, məcbur olub siz də versəniz artıq qarşı tərəf istərsə bu depoziti sizə qaytarar istərsə qaytarmaz. Çünki bir çox hallarda satan adam bu depoziti almaqla həm satıcını həm satdığı malı həm də zərərini təminat altına almış olur.

Bilavasitə, belə bir müqavilədə hər hansı problem yoxdur və satıcının hər hansı bir zərəri olmuşsa  aldığı depoziti istərsə geri qaytarmaz və bu ona halal olmuş olur.

Əlavə olaraq bunu da qeyd edək ki, bankların təminat üçün istədikləri və sizin də əmanət olaraq verdiyiniz depozitlər böyük təhlükə altına girmiş olur. Bu səbəblə banklarla belə bir müqaviləyə girməməyinizi tövsiyə edirik. Bu barədə saytımızın bu linkindəki cavaba göz atın:

İpoteka ilə ev almaq olarmı?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.